Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/10 s. 2
  • Xidmətdə əlimdən gələni edirəmmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Xidmətdə əlimdən gələni edirəmmi?
  • Müqəddəs ibadətimiz 2010
  • Oxşar material
  • Yeqovanın xatırlatmalarını çoxmu sevirsiniz?
    Gözətçi qülləsi 2001
  • Yehovanın öyüdləri etibarlıdır
    Gözətçi qülləsi 2013
  • Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin
    Gözətçi qülləsi 2013
  • Xidmətinizi tam yerinə yetirirsiniz?
    Gözətçi qülləsi 2019
Əlavə
Müqəddəs ibadətimiz 2010
km 7/10 s. 2

Xidmətdə əlimdən gələni edirəmmi?

1. Sadiq məsihçiləri nə narahat edə bilər?

1 Nə vaxtsa özünüzə belə bir sual vermisinizmi? Ola bilsin, qocalıq və zəif səhhətiniz ucbatından, yaxud da ailə məsuliyyətiniz artdığından xidmətdə əvvəlkindən daha az iştirak etdiyiniz üçün məyusluğa qapılırsınız. Üç uşaq böyüdən bir bacı yazır ki, ailəsinin qayğısına qalmaq üçün çoxlu vaxt və qüvvə sərf etdiyindən xidmətə çox az vaxtı qalır, buna görə də vicdanı onu narahat edir. Bu kimi məsələlərdə tarazlı olmağa nə kömək edər?

2. Yehova bizdən nə gözləyir?

2 Yehova bizdən nə gözləyir? Şübhəsiz, bizlərdən hər birimiz xidmətdə daha çox iştirak etmək istəyirik. Lakin çox vaxt arzularımızla imkanlarımız üst-üstə düşməyə bilər. Daha çox xidmət etmək istəməyimiz özümüzdən razı insan olmadığımızı göstərir. Ancaq unutmamalıyıq ki, Yehova imkanlarımızın məhdud olduğunu bilir və gücümüzdən artıq heç nə tələb etmir (Məz. 103:13, 14). Yaxşı, bəs onda O, bizdən nə gözləyir? Yehova istəyir ki, biz əlimizdən gələni edərək Ona canla-başla xidmət edək (Kolos. 3:23).

3. Xidmətdə gücümüzün nəyə çatdığını necə müəyyən edə bilərik?

3 Bəs nəyə gücümüz çatdığını biz necə müəyyən edə bilərik? Duada Yehovadan xahiş edə bilərik ki, vəziyyətimizi olduğu kimi görməyə kömək etsin (Məz. 26:2). Bizi yaxşı tanıyan və nədə dəyişiklik etməli olduğumuzu deməyə çəkinməyən etibarlı və yetkin məsihçi dostumuz da bu işdə bizə kömək edə bilər (Sül. məs. 27:9). Həmçinin unutmaq lazım deyil ki, vəziyyətimiz hər an dəyişə bilər, buna görə də öz şərait və imkanlarımızı müntəzəm olaraq nəzərdən keçirmək yaxşı olardı (Efes. 5:10).

4. Xidmətə dair aldığımız xatırlatmalara necə yanaşmalıyıq?

4 Xatırlatmalara necə yanaşmalıyıq? Adətən, qaçış üzrə yarışlarda azarkeşlər iştirakçıları yarışa həvəsləndirirlər. Onların məqsədi yarışçıları çaşdırmaq yox, hədəfə çatmağa kömək etməkdir. Eynilə, yığıncaq görüşlərində və nəşrlərimizdə yubanmadan təbliğ etməyə təşviq olunmağımız və aldığımız xatırlatmalar bizim xeyrimizə xidmət edir və onların məqsədi səylərimizin kifayət qədər olmadığını göstərmək deyil (2 Tim. 4:2). Əmin ola bilərik ki, əgər əlimizdən gələni etməyə çalışsaq, Yehova Onun adı naminə göstərdiyimiz «məhəbbəti» və çəkdiyimiz zəhməti unutmayacaq (İbr. 6:10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş