Xidmət etmək şərəfini qiymətləndir
1. Dünyada bir çoxları təbliğ xidmətimizə necə yanaşır?
1 Bu gün Şeytan dünyasında çoxları bizim təbliğ xidmətimizə «cəfəngiyat» kimi baxır (1 Kor. 1:18—21). Əgər diqqətli olmasaq, bu cür yanlış düşüncə tərzi bizi ruhdan sala və səyimizi zəiflədə bilər (Sül. məs. 24:10; Yeşaya 5:20). Bəs bizim Yehovanın Şahidi olmaq şərəfini qiymətləndirmək üçün hansı səbəblərimiz var? (Yeşaya 43:10).
2. Nəyə görə xidməti müqəddəs iş adlandırmaq olar?
2 Müqəddəs iş. Həvari Pavel xidmətə müqəddəs bir iş kimi yanaşırdı (Rom. 15:15, 16). Nəyə görə demək olar ki, xidmət müqəddəsdir? Bu işdə iştirak etməklə biz Müqəddəs Yehova Allahla əməkdaşlıq edir, eləcə də Onun adının təqdis olunmasında öz töhfəmizi vermiş oluruq (1 Kor. 3:9; 1 Pet. 1:15). Yehova təbliğ işimizi «mədh qurbanı» kimi qəbul edir, bu səbəbdən xidmət ibadətimizin ayrılmaz hissəsidir (İbr. 13:15).
3. Nəyə görə xoş xəbəri təbliğ etmək bu qədər şərəfli işdir?
3 Yehova xoş xəbəri təbliğ etmək kimi böyük şərəfli işə hamını layiq görmür. Bu iş mələklərə tapşırılsaydı, onlar bunu məmnuniyyətlə qəbul edər, üstəlik, daha yaxşı yerinə yetirərdilər (1 Pet. 1:12). Ancaq Yehova bu böyük şərəfi saxsı qablara, bizim kimi qeyri-kamil insanlara həvalə edib (2 Kor. 4:7).
4. Xidmətimizi qiymətləndirdiyimizi necə göstərə bilərik?
4 Ən vacib iş. Bizə həvalə olunan şərəfli işi qiymətləndirdiyimiz üçün xidmət həyatımızda ən vacib yeri tutur (Filip. 1:10). Buna görə hər həftə xidmətə nə qədər vaxt sərf etdiyimizi yazırıq. Dünya şöhrətli orkestrdə çıxış etmək şərəfini qiymətləndirən musiqiçi hər dəfə çıxış etməzdən qabaq hazırlaşacaq və daim öz qabiliyyətini inkişaf etdirməyə çalışacaq. Buna bənzər tərzdə, biz də həqiqət sözünü düzgün öyrədə bilmək üçün xidmətə getməzdən qabaq hazırlaşmalı və təlim vermək qabiliyyətimizi yaxşılaşdırmalıyıq (2 Tim. 2:15; 4:2).
5. Xidmətimiz kimin üçün qiymətlidir?
5 Çatdırdığımız xəbərə bir çoxlarının biganə yanaşmasının səni ruhdan salmasına yol vermə. Unutma ki, ərazimizdə bizim gəlişimizə sevinən hələ çox adam var. Ancaq bizim məqsədimiz insanları razı salmaq deyil. Bizim üçün ən vacibi Yehovanın fikridir; və O, bizim səylərimizi yüksək qiymətləndirir (Yeşaya 52:7).