Sadə təqdimələr
Noyabr ayının ilk şənbəsində Müqəddəs Kitab öyrənməsinə başlamaq üçün
«Bu çətin anlarda biz hamımız ailədə gərgin münasibətlərə səbəb olan çətinliklərlə üzləşirik. Sizcə, biz ailəmizin xoşbəxt olmasına kömək edən etibarlı rəhbərliyi haradan tapa bilərik?» Cavab verməsinə izin ver. Sonra həmsöhbətinə «Gözətçi Qülləsi» jurnalının oktyabr—dekabr sayını ver və 14 və 15-ci səhifədəki başlıqlardan birini və ən azı bir ayəni müzakirə et. Jurnalı təklif et və təkrar baş çəkib növbəti suallardan birini müzakirə edəcəyini söz ver.
GÖZƏTÇİ QÜLLƏSİ Oktyabr—dekabr
«Sizcə, uşaqlara körpə yaşlarından Allah haqqında öyrətmək lazımdır, yoxsa onların böyüməsini gözləyib, özlərinin istədikləri dini seçmələrinə imkan vermək lazımdır? [Cavab verməsinə izin ver.] Fikir verin, Müqəddəs Kitab atalara nə etməyi məsləhət görür. [Efeslilərə 6:4 ayəsini oxu.] Bu jurnalda valideynlərin övladlarına Allah haqqında necə öyrətməli olduqları barədə məsləhətlər verilir».