Yaxşı müəllim olmaq üçün ən vacib xüsusiyyət
1. Yaxşı müəllim olmaq üçün ən vacib xüsusiyyət hansıdır?
1 Yaxşı Müqəddəs Kitab müəllimi olmaq üçün nə lazımdır? Ali təhsil? Təcrübə, yoxsa fitri istedad? Əslində, bu, Qanunun icrası olan, İsanın şagirdlərini tanımağa kömək edən, eləcə də Yehovanın dörd əsas xüsusiyyəti arasında üstünlük təşkil edən ən vacib xüsusiyyətdir (Yəh. 13:35; Qalat. 5:14; 1 Yəh. 4:8). Bu xüsusiyyət məhəbbətdir. Yaxşı müəllim məhəbbət təzahür etdirməlidir.
2. İnsanları sevmək nə üçün vacibdir?
2 İnsanlara məhəbbət. Böyük müəllim İsa insanlara məhəbbətlə yanaşırdı və bu da, öz növbəsində, insanları ona qulaq asmağa təşviq edirdi (Luka 5:12, 13; Yəh. 13:1; 15:13). Əgər biz də insanları seviriksə, onda hər bir fürsətdən istifadə edərək onlara təbliğ edəcəyik. Təqiblər və insanların laqeyd münasibəti bizə əngəl olmayacaq. Biz təbliğ etdiyimiz insanlara səmimi maraq göstərəcək və təqdiməmizi onları narahat edən şeylərə uyğunlaşdıracağıq. Müqəddəs Kitabı öyrətdiyimiz insana təkcə dərs keçməklə yox, həm də keçəcəyimiz dərsə qabaqcadan hazırlaşmaqla vaxt ayıracağıq.
3. Müqəddəs Kitab həqiqətlərini sevmək xidmətimizdə bizə necə kömək edir?
3 Müqəddəs Kitab həqiqətlərinə məhəbbət. İsa Məsih həmçinin Müqəddəs Kitab həqiqətlərini də sevir və onlara dəyərli bir xəzinə kimi yanaşırdı (Mat. 13:52). Əgər biz həqiqəti seviriksə, şövqlə danışacağıq, bunun da sayəsində insanlar bizə daha həvəslə qulaq asacaqlar. Bu cür məhəbbət bizə diqqətimizi öz məhdudiyyətlərimizə cəmləmək əvəzinə, çatdırdığımız xəbərin vacibliyinə yönəltməyə kömək edəcək. Bununla da xidmətdə bir o qədər həyəcanlanmayacağıq.
4. Məhəbbəti necə inkişaf etdirə bilərik?
4 Məhəbbət inkişaf etdirmək. Özümüzdə insanlara qarşı məhəbbəti necə yetişdirə bilərik? Yehova və Oğlunun göstərdiyi məhəbbətin üzərində düşünməklə və ərazimizdəki insanların ruhani cəhətdən dəhşətli vəziyyətdə olduğunu unutmamaqla (Mark 6:34; 1 Yəh. 4:10, 11). Müqəddəs Kitab həqiqətlərinə məhəbbətimiz müntəzəm olaraq şəxsi öyrənmə keçirməyin və öyrəndiklərimizin üzərində dərindən düşünməyin sayəsində artacaq. Məhəbbət ruhun bəhrəsidir (Qalat. 5:22). Buna görə də, biz Yehovadan müqəddəs ruh diləyə və məhəbbətimizi artırması üçün kömək istəyə bilərik (Luka 11:13; 1 Yəh. 5:14). Ali təhsilimizdən, həqiqətdə neçə il olmağımızdan və qabiliyyətlərimizdən asılı olmayaraq, biz məhəbbət təzahür etdirməklə yaxşı Müqəddəs Kitab müəllimi ola bilərik.