«Yehovanın Şahidləri. Əməldə görünən iman, I hissə: Qaranlıqdan nura doğru»
Müqəddəs Kitabda nur həqiqətin, zülmət isə yalanın rəmzidir (Məz. 43:3; Yeşaya 5:20). Şeytan Həvvanı aldadanda dünyaya qaranlıq daxil oldu və tezliklə bəşəriyyət qatı zülmətə qərq oldu (Vəhy 12:9). «Yehovanın Şahidləri. Əməldə görünən iman, I hissə: Qaranlıqdan nura doğru» filmində qaranlığın içindən nurun necə işıq saçmağa başladığından xronoloji şəkildə bəhs edilir (Yeşaya 60:1, 2). Filmə baxdıqdan sonra növbəti suallara cavab verə bilərsinizmi?
1) Həvarilərin ölümündən sonra dünyaya qatı zülmət necə çökdü? 2) 1100-cü illərdən etibarən insanlar kilsələrin həqiqət yolundan azdıqlarını necə başa düşməyə başladılar? 3) Henri Qru və Corc Storz kimlər idi? 4) Çarlz Rasselin həyatında baş verən hansı hadisələr ona dərin təsir bağışlamışdı? 5) Rassel qardaş, onun atası və bir neçə tanışı Müqəddəs Kitabı necə öyrənirdilər və Allahın Kəlamından onlar hansı nəticələrə gəlirdilər? 6) Necə oldu ki, Rassel qardaşın Müqəddəs Kitabı öyrənmək üçün təşkil etdiyi dərnək Nelson Barborun qrupu ilə birləşdi? Sonradan Rassel qardaşı ondan ayrılmağa nə vadar etdi? 7) 1879-cu ilin iyul ayında ruhani işığın yayılmasında dönüş nöqtəsi olan hansı mühüm hadisə baş verdi? 8) Sayları getdikcə artan Müqəddəs Kitab Tədqiqatçıları xoş xəbərin yayılması üçün nə etdilər? 9) Müqəddəs Kitab Tədqiqatçıları 1914-cü ilə xeyli vaxt qalmış həmin il hansı hadisənin baş verəcəyini gözləyirdilər? 10) Rassel qardaşın ölümündən sonra Müqəddəs Kitab Tədqiqatçıları hansı çətinliklərlə üzləşdilər? 11) Ruterford qardaş və onun həmkarları həbsxanadan azad edildikdən sonra Müqəddəs Kitab Tədqiqatçıları hansı fəaliyyətə başladılar? 12) Bu filmə baxdıqdan sonra Yehovanın təşkilatı haqqında nə öyrəndin və bu, səni təşkilatı daha çox qiymətləndirməyə necə təşviq etdi? 13) Bu film maneələrə baxmayaraq, səylə təbliğ xidmətini davam etdirmək qətiyyətini necə möhkəmləndirdi? 14) Biz bu filmdən istifadə edərək qohumlarımıza, Müqəddəs Kitabı öyrətdiyimiz insanlara və başqalarına necə kömək edə bilərik?
Bu erkən Müqəddəs Kitab Tədqiqatçıları bizə necə də qiymətli miras qoyublar! Ruhani zülmətə qərq olmuş bu dünyada onlar cəsarətli və səyli nur daşıyıcıları idilər. Gəlin onların nümunəsini izləyərək «nur övladları kimi» yaşayaq (Efes. 5:8).