Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/15 s. 3
  • Təlim vəsaitlərimiz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Təlim vəsaitlərimiz
  • Müqəddəs ibadətimiz 2015
  • Oxşar material
  • Həqiqəti öyrədək
    Gözətçi qülləsi 2018
  • Təlim vəsaitlərindən məharətlə istifadə edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • «Hər cür adam»a təbliğ et
    Müqəddəs ibadətimiz 2012
  • Axtarış vəsaitlərindən istifadə edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Əlavə
Müqəddəs ibadətimiz 2015
km 7/15 s. 3

Təlim vəsaitlərimiz

1. Məsihilər hansı mənada ustaya bənzəyirlər?

1 Ustalar müxtəlif alətlərdən istifadə edirlər. Alətlərin bəziləri hərdənbir, xüsusi işlər üçün lazım olur, əsas alətlər isə tez-tez işlənir. Səriştəli ustanın əsas alətləri həmişə əlinin altında olur və o, həmin alətlərdən məharətlə istifadə edir. Müqəddəs Kitab hər bir məsihini təşviq edir ki, özünü xidmətə həsr etsin və alnıaçıq işçi olsun (2 Tim. 2:15). Bəs bizim ən əsas əlatimiz nədir? Bu, Allahın Kəlamıdır. Şagird hazırlayarkən əsas alət kimi ondan istifadə edirik (Mət. 28:19, 20). Buna görə də biz çalışmalıyıq ki, həqiqət kəlamından düzgün istifadə etməyi bacaraq. Ancaq bizim tez-tez istifadə etdiyimiz digər alətlər də var və bütün məsihilər insanlara həqiqəti öyrətmək üçün onlardan məharətlə istifadə etməyi öyrənməlidirlər (Məs. 22:29).

2. Bizim hansı əsas alətlərimiz var?

2 Əsas alətlərimiz. Müqəddəs Kitabla yanaşı daha hansı alətlərdən istifadə etməliyik? Müqəddəs Kitab həqiqətlərini əsas dərs vəsaiti vasitəsilə öyrədirik. Bu kitabı bitirdikdən sonra insana Müqəddəs Kitab prinsiplərini gündəlik həyatda tətbiq etməyi öyrətmək üçün «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabını keçirik. Buna görə də bu iki kitabdan məharətlə istifadə etməyi bacarmalıyıq. Əsas alətlərimizə müəyyən broşürlər də daxildir. Müqəddəs Kitab dərsi keçməyə başlamaq üçün əsas alətlərdən biri «İlahi müjdə» broşürüdür. Öyrənən insanlara təşkilat haqda məlumat vermək üçün əsas alət «Yehova Allahın müasir xalqı» broşürüdür. Şagird hazırlamağa kömək edən videoları, məsələn, «Müqəddəs Kitabı öyrənmək nəyə görə lazımdır», «İbadət görüşlərimiz necə keçirilir?», «Allahın adı» adlı videoları yaxşı işlətməyi öyrənməliyik.

3. «Müqəddəs ibadətimiz» vərəqəsinin gələcək buraxılışlarında nə olacaq?

3 «Müqəddəs ibadətimiz» vərəqəsinin gələcək buraxılışlarında əlimizdə olan əsas təlim vəsaitlərindən məharətlə istifadə etmək üçün bizə məsləhətlər veriləcək. Bu alətlərdən məharətlə istifadə etməyə çalışsaq, Allahdan olan məsləhəti izləmiş olacağıq: «Özünə və verdiyin təlimə həmişə diqqət yetir. Bunlardan bərk-bərk yapış, çünki bu yolla həm özünü, həm də sənə qulaq asanları xilas edəcəksən» (1 Tim. 4:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş