«Əmr etdiyim sözlər ürəyinə həkk olunsun»
Çoban quzularının qeydinə qaldığı kimi, valideynlər də övladlarına qayğı göstərməlidirlər. Çünki uşaqlar asanlıqla yollarını azıb təhlükə ilə üzləşə bilərlər (Məs. 27:23). Valideynlər öz məsuliyyətlərini necə yerinə yetirə bilərlər? Övladlarının düşüncəsindəkiləri və ürəyindəkiləri bilmək üçün valideynlər hər gün onlarla ünsiyyət etməlidirlər (Məs. 20:5). Həmçinin odadavamlı materiallardan istifadə edərək övladlarının imanını möhkəmləndirməlidirlər ki, sınaqlar vaxtı mətin qala bilsinlər (1 Kor. 3:10—15). «Əmr etdiyim sözlər ürəyinə həkk olunsun» filmi müntəzəm ailəvi ibadətin nə qədər vacib olduğunu göstərir. Ailəlikcə bu filmə baxın və növbəti sualları müzakirə edin.
1) Tomasın ailəsinin ruhani cəhətdən zəifləməsinə nə səbəb olmuşdu? 2) Tomas qardaşın ailəvi ibadət keçirmək cəhdləri əvvəl-əvvəl nəyə görə boşa çıxırdı? 3) Müqəddəs Kitabda uşağı yaxşı böyütmək üçün hansı düstur var? (Qan. 6:6, 7). 4) Ailədə yaxşı ünsiyyətin olmasına nə kömək edə bilər? 5) Valideynlər uşaqlarına görə hansı qurbanları verməlidirlər? 6) Martin qardaşla həyat yoldaşının Tomasın ailəsinə hansı müsbət təsiri olmuşdu? (Məs. 27:17). 7) Ailəvi ibadətin yaxşı keçməsi üçün ailə başçısı qabaqcadan necə hazırlaşmalıdır? 8) Tomas qardaş ailəsindəki vəziyyəti düzəltmək üçün hansı addımları atmağa başladı? 9) Ailəvi ibadəti müntəzəm keçirmək nəyə görə vacibdir? (Efes. 6:4). 10) Filmdə ailəvi ibadət üçün hansı məsləhətlər var? 11) Tomas qardaş təmkinini pozmadan, eyni zamanda qətiyyətlə Markusa düzgün davranmağın vacibliyini necə başa saldı? (Ərm. 17:9). 12) Tomas və Monika Rebekaya Castinlə bağlı düzgün qərar çıxartmağa necə kömək etdi? (Mark 12:30; 2 Tim. 2:22). 13) Həyatlarında dəyişiklik edərkən Tomas və Monika imanlarını necə göstərdilər? (Mət. 6:33). 14) Bu film ailə başçısının ruhani cəhətdən ailəsinin qeydinə qalmalı olduğunu necə vurğulayır? (1 Tim. 5:8). 15) Bir ailə başçısı kimi nəyə qətiyyətlisən?
AİLƏ BAŞÇILARI ÜÇÜN QEYD. Filmin əsasında duran tamaşa 2011-ci ilin regional toplantısında səhnələşdirilmişdi. Yəqin o vaxt tamaşaya baxanda öz ailəvi ibadətinizdə hansı məqamları yaxşılaşdırmalı olduğunuzu özünüz üçün qeyd etmişdiniz. Bəs indi vəziyyət nə yerdədir? Əgər yenə də müəyyən dəyişikliklər lazımdırsa, onda ailənizin əbədi rifahı naminə bu barədə dua edib hərəkətə keçin (Efes. 5:15—17).