Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 11/15 s. 2
  • Audioyazılardan necə istifadə etməli?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Audioyazılardan necə istifadə etməli?
  • Müqəddəs ibadətimiz 2015
  • Oxşar material
  • Müqəddəs Kitabın audiosundan istifadə edirsiniz?
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Toplantı proqramı aydın görünür və eşidilir
    İanələriniz hara xərclənir?
  • Heç düşünmüsünüz?
    Oyanın! 2019
  • Rəsmi veb-saytımızdan başqa dildə danışan insana kömək etmək üçün istifadə et
    Müqəddəs ibadətimiz 2012
Əlavə
Müqəddəs ibadətimiz 2015
km 11/15 s. 2

Audioyazılardan necə istifadə etməli?

1. Veb-saytımızda yazılı nəşrlərdən başqa daha nə var?

1 Bir çoxları lətif kəlmələr və həqiqət sözlərini sevə-sevə jw.org saytından oxuyurlar (Vaiz 12:10). Bəs sən oradakı audioyazılardan istifadə edirsən? Audioyazıların sayəsində veb-saytımızdakı məlumatın çoxuna qulaq asmaq mümkündür. Bu yazıların bizə hansı faydası var?

2. Şəxsi mütaliə və ailəvi ibadət zamanı audioyazılardan necə istifadə edə bilərik?

2 Şəxsi mütaliə və ailəvi ibadət üçün. Yol gedəndə, yaxud gündəlik işlərlə məşğul olanda jurnalların və digər nəşrlərin audioyazısına qulaq asaraq vaxtdan səmərəli istifadə etmək olar (Efes. 5:​15, 16). Həmçinin ailəvi ibadət zamanı öz nüsxəmizdən izləyə-izləyə hər hansı bir nəşrə qulaq asa bilərik. Bu da ailəvi ibadətə rəng qatacaq. Şəxsi mütaliə zamanı da audioyazıya qulaq asa bilərsiniz, xüsusən də oxumağı yaxşılaşdırmaqda, yaxud da yeni dil öyrənməkdə bunun lap çox xeyri dəyəcək.

3. Ərazimizdə kimlər audioyazılardan bəhrələnə bilərlər?

3 Xidmət üçün. Sahəmizdə başları işdən açılmayan, oxumağa vaxt tapmayan insanlar, ola bilsin, audioyazılara qulaq asmağa etiraz etməyəcəklər. Yaxud başqa dildə danışan insanlar Padşahlıq xəbərini öz ana dillərində eşitsələr, çox güman ki, bu xəbərə hay verərlər (Həv. 2:6​—⁠8). Bəzi yerlərdə dinləmək xalqın mədəniyyətinin ayrılmaz hissəsidir. Məsələn, xmonq xalqı öz tarixini gənc nəslə şifahi ötürür, gənc nəsil isə eşitdiyini qoruyub-saxlayır. Bir çox Afrika ölkələrində rəvayətlərə qulaq asıb öyrənməyi sevirlər.

4. Audioyazılar vasitəsilə sahəmizdəki insanlara necə kömək edə bilərik?

4 Sahənizdə sakin üçün onun öz dilində audioyazı səsləndirmək faydalı olardı. Kiminsə elektron ünvanına audionəşr göndərə bilərik. Audionəşri CD diskə köçürüb, çap olunmuş versiyası ilə birlikdə maraqlanan insana vermək olar. Xidmət zamanı elektron formatda verdiyimiz kitabı, broşürü, jurnalı, yaxud bukleti payladığımız nəşr kimi hesabata daxil edə bilərik. Audioyazılar bizim şəxsi mütaliə zamanı, həmçinin Padşahlıq toxumlarını səpərkən istifadə etməyimiz üçün hazırlanıb (1 Kor. 3:⁠6)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş