ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ƏŞİYA 29—33
«Padşah salehlik uğrunda hökmranlıq edəcək»
Padşah olan İsa Məsih yığıncağın qeydinə qalmaları üçün «rəhbərlər», yəni ağsaqqallar təyin edir
Sığınacaq insanı leysandan qoruduğu kimi, onlar da yığıncağı üzərlərinə qasırğa kimi gələn təqiblərdən və məyusluqdan qoruyurlar.
«Susuz diyarda axar çaylar» kimi, onlar da ilahi biliklərə susayanların susuzluğunu yatırmaq üçün onları pak, şəffaf həqiqətlərlə təmin edirlər.
«İstidən qovrulan diyarda nəhəng qaya kölgəsi» kimi, onlar da Allahın yolunda yeriməsi üçün xalqa rəhbərlik verərək rahatlıq gətirirlər