MƏSİHİ HƏYATI
Yunus kitabından ibrət dərsləri
Allahın Kəlamında imanlı kişi və qadınların həyatı qələmə alınıb. Bunun sayəsində Yehova bizə vacib dərslər öyrədir (Rm 15:4). Bəs Yunus kitabından nə öyrənə bilərsiniz? «Ailəvi ibadət: Yunus peyğəmbər. Yehovanın mərhəmətindən öyrənin» adlı videoya baxandan sonra növbəti suallara cavab verin:
Videodakı üç təbliğçi hansı çətinliklərlə üzləşmişdi?
Bizə məsləhət veriləndə və ya məsuliyyətimiz əlimizdən alınanda Yunus kitabı bizə necə kömək edə bilər? (1İş 16:7; Yn 3:1, 2).
Yunus kitabı yaşadığımız ərazidəki insanlara düzgün yanaşmağa bizə necə kömək edə bilər? (Yn 4:11; Mt 5:7).
Xroniki xəstəliklər zamanı Yunusun hadisəsi bizə necə təsəlli verə bilər? (Yn 2:1, 2, 7, 9).
Bu videoda Müqəddəs Kitabı oxuyub üzərində düşünməyin vacibliyini necə görmək olar?