MƏSİHİ HƏYATI
Təbliğ və təlim — şagird hazırlamaq işinin özəyi
İsa davamçılarına gedib şagird hazırlamağı tapşırmışdı (Mt 28:19). Bu işə təbliğ etmək, həmçinin təlim vermək daxildir. Vaxtaşırı özümüzdən soruşmalıyıq: Şagird hazırlamaq işinin özəyi olan bu işlərdə necə püxtələşə bilərəm?
TƏBLİĞ
Biz insanların yanımıza gəlməsini gözləməməliyik, «layiqli adamları» özümüz axtarmalıyıq (Mt 10:11). Xidmətdə iştirak edəndə hər fürsətdən istifadə edərək qarşımıza çıxanlarla söhbət etməyə çalışırıq? (Hv 17:17). Həvari Bulusun can-dildən təbliğ etməsi sayəsində Lidiya Məsihin şagirdi oldu (Hv 16:13—15).
«Toxumunu səhər çağı səp, axşama qədər qoy əlin boş durmasın» (Vz 11:6)
«DURMADAN MÜJDƏNİ ÖYRƏDƏK: QEYRİ-FORMAL TƏBLİĞ VƏ EV-EV TƏBLİĞ» ADLI VİDEOYA BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:
Samuel gündəlik həyatında həqiqət toxumunu fəal surətdə necə səpirdi?
Nəyə görə təbliğin bütün növlərində iştirak etməliyik?
Gündəlik həyatınızda Padşahlıq müjdəsini kimlərə çatdıra bilərsiniz?
TƏLİM
Şagird hazırlamaq üçün biz adamlara, sadəcə nəşr verməklə kifayətlənməməliyik. Ruhani cəhətdən inkişaf etmələri üçün onlarla təkrar-təkrar söhbət etmək və Müqəddəs Kitab dərsi keçmək lazımdır (1Kr 3:6—9). Bəs əgər kiməsə həqiqəti öyrətmək üçün göstərdiyimiz cəhdlər gözlədiyimiz nəticəni vermirsə, onda necə? (Mt 13:19—22). Ürəyi münbit torpaq kimi olan adamları axtarmağa davam etməliyik (Mt 13:23; Hv 13:48).
«Mən əkdim, Apollos suladı, Allah isə böyütdü» (1Kr 3:6)
«DURMADAN MÜJDƏNİ ÖYRƏDƏK: İCTİMAİ YERLƏRDƏ TƏBLİĞ VƏ ŞAGİRDLƏRƏ TƏLİM VERMƏK» ADLI VİDEOYA BAXDIQDAN SONRA AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:
Solomon və Meri Ezekiellə həyat yoldaşının ürəyindəki həqiqət toxumlarını necə suladılar?
Xidmətin bütün növlərində, eləcə də ictimai təbliğdə iştirak edərkən məqsədimiz nə olmalıdır?
Biz insanlara həqiqəti öyrətmək işinə daha çox necə diqqət yetirə bilərik?