ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YƏHYA 7, 8
İsa Atasını şərəfləndirirdi
İsa hər sözü və hərəkəti ilə səmavi Atasını şərəfləndirirdi. İsa istəyirdi ki, insanlar onun təbliğ etdiyi sözlərin Allahdan gəldiyini bilsinlər. Buna görə də o, vəzini Müqəddəs Yazılara əsaslandırırdı və tez-tez onlardan sitat gətirirdi. Camaatdan tərif eşidəndə İsa tərifi Yehovaya yönəldirdi. Onun qayəsi Yehovanın tapşırdığı işi başa çatdırmaq idi (Yh 17:4).
Növbəti vəziyyətlərdə İsadan necə nümunə götürə bilərik?
Müqəddəs Kitab dərsi keçəndə, yaxud kürsüdən təlim verəndə
Tərif eşidəndə
Vaxtı necə keçirməyi qərarlaşdıranda