ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | KOLOSLULARA 1—4
Köhnə şəxsiyyəti əyninizdən çıxarıb, yeni şəxsiyyəti geyinin
Bəlkə də, həqiqəti öyrənəndən sonra özünüzdə böyük dəyişikliklər etmisiniz. Əmin olun ki, göstərdiyiniz cəhdlərə görə Yehova sizdən razı qalıb (Hz 33:11). Lakin köhnə şəxsiyyətə xas olan cəhətlərin yenidən baş qaldırmaması üçün və yeni şəxsiyyəti daima təzahür etdirmək üçün usanmadan cəhd göstərmək lazımdır. Hansı sahələrdə çalışmalı olduğunuzu görmək üçün növbəti suallar barədə düşünün:
Mənə qarşı haqsızlıq edən kəsə hələ də acıqlıyam?
Tələsəndə və ya yorğun olanda belə, səbirli ola bilirəm?
Ağlıma əxlaqsız fikirlər gələndə dərhal onları qovuram?
Başqa irqə və ya xalqa mənfi münasibət bəsləyirəm?
Bu yaxınlarda elə olub ki, hövsələdən çıxım, yaxud kiminləsə kobud danışım?