ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 SALONİKİLİLƏRƏ 1—5
«Bundan sonra da bir-birinizə təsəlli verin və bir-birinizi möhkəmləndirin»
Vəziyyətindən asılı olmayaraq, hər bir məsihinin başqalarını ruhlandırmaq imkanı var. Məsələn, xəstəlik və digər çətinliklərə görə «çoxlu mübarizələr» apararaq yığıncaq görüşlərinə gələndə, xidmətdə iştirak edəndə biz dindaşlarımızı ruhlandırırıq (1Sk 2:2, haş.). Bundan başqa, qabaqcadan düşünsək və ya araşdırma aparsaq, çətinlikdə olan dindaşlarımıza təsəlli verə bilərik.
Müəyyən çətinliyi olan dindaşınızı ruhlandırmaq üçün haradan faydalı məlumat tapa bilərsiniz?
Yığıncaqda kimə təsəlli vermək istəyərdiniz?