MƏSİHİ HƏYATI
Allahın Kəlamını nə dərəcədə dəyərləndirirsiniz?
Müqəddəs Kitabda bu kitabın Müəllifi olan Yehova Allahın fikirləri və sözləri yazılıb (2Bt 1:20, 21). Müqəddəs Kitabda Allahın təsis etdiyi Padşahlıq vasitəsilə hakimiyyətinə bəraət qazandırılması fikri vurğulanır. Bununla da, bütün bəşəriyyətə tezliklə gözəl günlərin yetişəcəyi ümidi verilir. Müqəddəs Kitabda həmçinin səmavi Atamız olan Yehovanın gözəl keyfiyyətləri açıqlanır (Zb 86:15).
Yehovanın Kəlamı hərəmizə bir səbəbə görə əzizdir. Bəs biz bu qiymətli ənamı hər gün oxuyaraq, həyatımızda tətbiq edərək onu dəyərləndirdiyimizi göstəririk? Qoy bizim hərəkətlərimizdən «qanununu elə sevirəm ki» deyən məzmurçunun hisslərinə şərik olduğumuz görünsün (Zb 119:97).
«ONLAR MÜQƏDDƏS KİTABA DƏYƏR VERİRDİLƏR. SƏNƏDLİ FİLMDƏN PARÇA (UİLİYAM TİNDAL)» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:
Tindal nəyə görə Müqəddəs Kitabın müəyyən hissələrini tərcümə etmişdi?
Onun Müqəddəs Kitabı tərcümə etməyə çalışması nəyə görə cəsarətli addım idi?
Tindalın tərcümə etdiyi Müqəddəs Kitabın çoxlu sayda nüsxəsi İngiltərəyə necə keçirilmişdi?
Hər birimiz Allahın Kəlamını dəyərləndirdiyimizi necə göstərə bilərik?