ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | YARADILIŞ 12—14
Sizə aidiyyəti olan əhd
Yehova Allah İbrahimlə əhd bağladı və bu əhd səmavi Padşahlıq üçün hüquqi təməl oldu
Görünür, əhd e. ə. 1943-cü ildə, İbrahim Kənana gedərkən Fərat çayını keçəndə qüvvəyə mindi
Məsihin idarə etdiyi Padşahlıq Allahın düşmənlərini məhv edənədək və yer üzünün bütün xalqlarını mübarək qılanadək bu əhd qüvvədə qalacaq
Yehova İbrahimi böyük imanına görə mübarək qıldı. Biz Yehovanın vədlərinə inanırıqsa, İbrahimlə bağlanan əhdin sayəsində hansı nemətləri alacağıq?