Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb20 fevral s. 3
  • Mahnılardan nə öyrənirik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mahnılardan nə öyrənirik?
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
  • Oxşar material
  • Bizi Yehovaya yaxınlaşdıran mahnılar
    İanələriniz hara xərclənir?
  • Yehovanı nəğmədə şövqlə tərənnüm edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Bizi ruhlandıran həmd nəğmələri!
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
  • Mütaliə üçün tövsiyə
    Gözətçi qülləsi 2023
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2020
mwb20 fevral s. 3
Bacı-qardaşlar təbiət qoynunda gitara çalıb oxuyurlar.

MƏSİHİ HƏYATI

Mahnılardan nə öyrənirik?

Ən çox sevdiyiniz mahnılar hansılardır? Nəyə görə onları sevirsiniz? Yəqin fikir vermisiniz ki, onların klipində gündəlik həyatdan olan səhnələr canlandırılır. Mahnıların mövzuları və musiqisi müxtəlifdir. Ona görə də onların arasında hamının zövqünə uyğun olan mahnı var. Bununla belə, mahnılar və onların klipi sadəcə əylənmək üçün deyil.

Mahnıların hər biri bizə məsihi kimi həyatımızda və ibadətimizdə tətbiq etmək üçün nə isə öyrədir. Bəzi mahnılar qonaqpərvərlik, birlik, dostluq, cəsarət, məhəbbət və iman haqqındadır. Digərləri Yehovaya geri dönmək, bağışlamaq, hər gün Allaha sadiq qalmaq, ruhani məqsədlərə can atmaq barədədir. Hətta mobil telefondan tarazlı istifadə etmək barədə də mahnı var. Bəs siz mahnılardan başqa hansı sahələrdə faydalanmısınız?

«YENİ DÜNYA YAXINDIR» ADLI KLİPƏ BAXANDAN SONRA NÖVBƏTİ SUALLARA CAVAB VERİN:

  • Yaşlı ər-arvad gələcəkdə alacaqları hansı nemətlər haqqında fikirləşir? (Yr 12:3)

  • Yehovanın verdiyi vədləri yerinə yetirməyə qadir olduğuna imanımızı necə möhkəmləndirə bilərik?

  • Tezliklə kimlər bir-birinə qovuşacaq?

  • Padşahlıq ümidi bizə indiki çətinliklərə dözməyə necə kömək edir? (Rm 8:25)

AİLƏVİ İBADƏT ÜÇÜN TƏKLİF

Növbəti kliplərə baxandan sonra iki suala cavab verin: «Bu videolardan nə öyrəndim? Bunu həyatımda necə tətbiq edə bilərəm?»

  • «Təlaşa düşmə»

  • «Yehovayla vəhdətdə olaq»

  • «Hazıram hər an»

  • «Vacib şeylər»

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş