MƏSİHİ HƏYATI
Xidmətdə püxtələşək. Kamera və domofon qarşısında təbliğ
NƏ ÜÇÜN VACİBDİR? Texnika sahəsindəki inkişafa və cinayətkarlığın artmasına görə çoxları evinin qapısına kamera və ya domofon quraşdırır. Ola bilsin, üzünü görmədiyimiz, amma bizi görən adama müjdəni təbliğ etmək bizə çətin gəlir. Növbəti məsləhətlər kamera və ya domofon qarşısında əminliklə şəhadət verməyə kömək edəcək.
NECƏ ETMƏLİ?
Nikbin olun. Bir çox ev sakinləri kamera və ya domofonla da söhbət edir
Nəzərə alın ki, bəzi kameralar qapının zəngi basılmazdan əvvəl yazmağa başlayır və qapıya yaxınlaşdığınız andan ev sakini sizi müşahidə edib dinləyə bilər
Ev sakini cavab verəndə üz-üzə danışırmış kimi kameraya və ya domofona danışın. Gülümsəyin, təbii jestlərlə danışın. Ev sakininə üzbəüz nə deyərdinizsə, onu da deyin. Üzünüzü kameraya çox yaxın tutmayın. Ev sakini cavab verməsə, səsli mesaj saxlamayın
Nəzərə alın ki, söhbət bitəndən sonra da ev sakini sizi müşahidə edə və dinləyə bilər