Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb21 yanvar s. 11
  • Yehovaya xidmət etməyi seçin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya xidmət etməyi seçin
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Oxşar material
  • Vəftiz ən gözəl məqsəddir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Vəftiz — məsihi üçün tələb
    Gözətçi qülləsi 2018
  • Məsihçi vəftizi üçün tələblər
    Gözətçi qülləsi 2006
  • Vəftiz və Allahla dostluq
    Müqəddəs Kitab əslində nə öyrədir?
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
mwb21 yanvar s. 11
Yehovaya xidmət yolu. Bu yolda Müqəddəs Kitabı öyrənmək, yığıncaqda iştirak etmək, təbliğ və vəftizlə bağlı yol nişanları qoyulub.

Vəftizə gedən yolda nə qədər yol qət etmisiniz?

MƏSİHİ HƏYATI

Yehovaya xidmət etməyi seçin

Gənc təbliğçilər və Müqəddəs Kitabı öyrənənlər, vəftiz olunmağı qarşınıza məqsəd qoymusunuz? Nəyə görə vəftiz olunmaq lazımdır? Özünü Yehovaya həsr etmək və vəftiz olunmaq Yehova ilə xüsusi münasibətlərin başlanğıcıdır (Zb 91:1). Bu həmçinin insanı xilasa aparır (1Bt 3:21). Bu addımları atmağa sizə nələr kömək edə bilər?

Öyrəndiklərinizin həqiqət olduğuna əmin olun. Suallarınız yarananda axtarış aparın (Rm 12:2). Hansı dəyişikliklər etməyin lazım olduğunu müəyyən edin və bunları edin. Amma əmin olun ki, bunu Yehovanı razı salmaq istədiyiniz üçün edirsiniz (Ms 27:11; Ef 4:23, 24). Kömək üçün həmişə Ona dua edin. Arxayın olun ki, Yehova qüdrətli müqəddəs ruhu vasitəsilə sizi güclü edəcək sizə dayaq olacaq (1Bt 5:10, 11). Bunun üçün zəhmət çəkməyə dəyər. Yehovaya xidmət ən gözəl həyat yoludur (Zb 16:11).

«VƏFTİZƏ GEDƏN YOL» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Bəziləri vəftiz olunmaq üçün hansı maneələri aşmışlar?

  • Özünüzü Yehovaya həsr etmək üçün lazım olan imana necə sahib ola bilərsiniz?

  • Bəzilərini vəftizə doğru irəliləməyə nə təşviq etmişdi?

  • Yehovaya xidmət etməyi seçənlər hansı nemətləri alır?

  • Həsr olunmanın və vəftizin mənası nədir?

Vəftiz məruzəsinin sonunda natiq vəftiz olmağa hazırlaşan kəslərdən ayağa qalxıb aşağıdakı iki suala hündürdən və aydın cavab verməyi xahiş edəcək:

Günahlarından tövbə edib özünü Yehovaya həsr etmisən və Onun İsa Məsih vasitəsilə bəxş etdiyi xilas yolunu qəbul etmisən?

Vəftiz olunmaqla Yehovanın Şahidi olduğunu, bununla da Yehovanın təşkilatına qoşulduğunu göstərirsən. Bunu dərk edirsən?

Vəftiz olacaq təbliğçilər bu sualları müsbət cavablandırmaqla fidyə qurbanlığına iman etdiklərini hamının qarşısında bəyan edir və özlərini Yehovaya qeyd-şərtsiz həsr etdiklərini göstərirlər (Rm 10:9, 10).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş