Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb21 may s. 13
  • Ailədə məhəbbət göstərin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailədə məhəbbət göstərin
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Oxşar material
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Ailədə xoşbəxtliyə necə nail olmaq olar?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allaha məqbul olan ailə həyatı
    Allah bizdən nə tələb edir?
  • Daimi nikahın iki açarı
    Ailə xoşbəxtliyinin sirri
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
mwb21 may s. 13
Ailə ibadət görüşündə birlikdə nəğmə ifa edir.

MƏSİHİ HƏYATI

Ailədə məhəbbət göstərin

Məhəbbət ailə üzvlərini birləşdirən bağdır. Məhəbbət olmasa, ailədə nə birlik olar, nə də əməkdaşlıq. Ərlə arvad bir-birinə və övladlarına məhəbbətlərini necə göstərə bilərlər?

Qayğıkeş ər arvadının tələbatlarına, fikirlərinə və hisslərinə anlayışla yanaşır (Ef 5:28, 29). O, ailəsinin həm maddi, həm də ruhani cəhətdən qayğısına qalır, məsələn, müntəzəm ailəvi ibadət axşamı keçirir (1Tm 5:8). Ərini sevən qadın isə ona tabe olur və dərin hörmət bəsləyir (Ef 5:22, 33; 1Bt 3:1—6). Onların hər ikisi bir-birini ürəkdən bağışlayır (Ef 4:32). Qayğıkeş valideyn hər bir övladına diqqət göstərir və onlara Yehovanı sevməyi öyrədir (Qn 6:6, 7; Ef 6:4). Onların uşaqları məktəbdə hansı çətinliklərlə üzləşirlər? Yaşıdlarının təzyiqinə necə sinə gərirlər? Ailədə məhəbbət hökm sürəndə hamı özünü əmin-amanlıqda hiss edir.

«AİLƏDƏ TÜKƏNMƏZ MƏHƏBBƏT GÖSTƏRİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • «Ailədə tükənməz məhəbbət göstərin» adlı videodan səhnə. İbadət görüşündən evə qayıtdıqdan sonra ər-arvad bir ayəni birlikdə müzakirə edir.

    Qayğıkeş ər arvadının qeydinə qaldığını və əzizlədiyini necə göstərir?

  • «Ailədə tükənməz məhəbbət göstərin» adlı videodan səhnə. İbadət görüşündən qayıdan bacı məsihi olmayan ərini səbirlə dinləyir və öz sevgisinə əmin edir.

    Ərini sevən qadın ona dərin hörmət bəslədiyini necə göstərir?

  • «Ailədə tükənməz məhəbbət göstərin» adlı videodan səhnə. Ailə qəlyanaltı edərkən ibadət görüşündə xoşlarına gələn fikirləri bölüşür.

    Qayğıkeş valideynlər Allahın Kəlamını övladlarına necə aşılayır?

ELEKTRON CİHAZLARLA BAĞLI XƏBƏRDARLIQ

Elektron cihazlar ailəyə ayırdığımız vaxtı asanlıqla oğurlaya bilər. Valideynlər özlərinin və uşaqlarının elektron cihazlardan istifadə etməsinə vaxt məhdudiyyəti qoya bilərlər. Bundan başqa, valideynlər qərar verməlidir ki, azyaşlı uşaqları internetdə ünsiyyət etsin, ya yox. Həmçinin onların kiminlə ünsiyyət etdiklərinə də nəzarət etməlidirlər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş