MƏSİHİ HƏYATI
Xidmətdə «Əbədi xoşbəxt həyat!» kitabından istifadə edin
Müqəddəs Kitab dərsi keçmək üçün dərc olunan yeni broşür və kitab bizi çox sevindirdi! Daim dua edirik ki, Yehova işimizi avand etsin və biz daha çox şagird hazırlaya bilək (Mt 28:18—20; 1Kr 3:6—9). Bu yeni vəsaitlərdən necə istifadə etməliyik?
«Əbədi xoşbəxt həyat!» nəşrində yeni, interaktiv təlim üsulu təqdim olunur. Buna görə də Müqəddəs Kitab dərsinə hazırlaşarkən və ya dərs keçərkən növbəti göstərişlərə riayət etmək lazımdıra:
Materialı oxuyun və sualları müzakirə edin
Qarşısında «oxuyun» yazılmış ayələri oxuyun və şagirdə onların tətbiqini anlamağa kömək edin
Videoları göstərin və nəşrdəki suallar vasitəsilə müzakirə edin
Çalışın hər dərsi bir dəfəyə keçəsiniz
Xidmət zamanı insanın həqiqətlə nə dərəcədə maraqlandığını müəyyən etmək üçün ilk olaraq broşürü təklif edin. («İlk söhbət zamanı “Əbədi xoşbəxt həyat!” broşürünü necə təqdim etmək olar?» adlı çərçivəyə baxın.) Broşürü keçib qurtardıqdan sonra şagird dərsə davam etmək istəyərsə, onda kitabı təklif edin və 4-cü dərsdən başlayın. Əgər kiminləsə hazırda «Təlimlər» və ya «Allahın məhəbbətindən ayrılmayaq» kitabı ilə dərs keçirsinizsə, dərsi «Əbədi xoşbəxt həyat!» kitabı ilə davam etdirin və hansı dərsdən başlayacağınızı özünüz müəyyən edin.
«MÜQƏDDƏS KİTAB DƏRSİ İLƏ TANIŞLIQ» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
Şagirdlər yeni kitabdan nə öyrənəcəklər?
Nəyə görə bu videonu yeni şagirdlərə göstərmək lazımdır?
Şagirdləri tədricən qarşılarına hansı məqsədlər qoymağa və onlara çatmağa təşviq etmək lazımdır? («Hər bölmənin məzmunu və məqsədləri» adlı cədvələ baxın.)
a QEYD. «Əlavə məlumat» bölməsini dərs vaxtı araşdırmaq mütləq olmasa da, dərsə hazırlaşarkən bu mənbələrin hər birini oxumağa və izləməyə vaxt ayırın. Beləcə, hansı məlumatın şagirdinizin daha çox xoşuna gələcəyini və ona daha faydalı olacağını biləcəksiniz. Nəşrin elektron versiyasında videoların və əlavə materialların linkləri var.
HƏR BÖLMƏNİN MƏZMUNU VƏ MƏQSƏDLƏRİ |
|||
---|---|---|---|
DƏRS |
MƏZMUN |
ŞAGİRD ÜÇÜN MƏQSƏDLƏR |
|
01—12 |
Müqəddəs Kitabın sizə faydası və onun Müəllifi ilə tanışlıq |
Şagirdi Müqəddəs Kitabı oxumağa, dərsə hazırlaşmağa və ibadət görüşlərinə gəlməyə təşviq edin |
|
13—33 |
Allahın insanlar üçün etdiyi işlər və Onun bəyəndiyi ibadət |
Şagirdi həqiqəti başqaları ilə bölüşməyə və təbliğçi olmağa həvəsləndirin |
|
34—47 |
Allahın qoyduğu əxlaq qaydaları |
Şagirdi həyatını Yehovaya həsr edib vəftiz olunmağa təşviq edin |
|
48—60 |
Allahın məhəbbətindən ayrılmayın |
Şagirdə yaxşını pisdən ayırmağı və ruhani cəhətdən tərəqqi etməyi öyrədin |