MƏSİHİ HƏYATI
Məhəbbətinizdən ötrü Yehovaya şükür edirik
Saloniki yığıncağı çətinliklərə baxmayaraq, dindaşlarına məhəbbət göstərmişdi (2Sk 1:3, 4). Bu gün də Yehovanın xalqı bütün dünyadakı bacı-qardaşlarına eyni cür məhəbbət göstərir. jw.org saytındakı «İanələriniz hara xərclənir?» adlı silsilə məqalələrdə göstərilir ki, bu çətin zəmanədə ianələrinizlə dindaşlarınıza necə yardım edilir. Göstərdiyiniz məhəbbətə və səxavətə görə sizə ürəkdən minnətdarıq.
«SİZDƏN ÖTRÜ HƏR ZAMAN ALLAHA ŞÜKÜR EDİRİK» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
• İanələrimizlə hansı işlər görülür?
• Ehtiyacı olan dindaşlarımıza maddi yardım göstərməyin ən yaxşı yolu nədir? (Həmçinin jw.org saytındakı «Bolluq əskikliyi doldurur» adlı məqaləyə baxın.)