MƏSİHİ HƏYATI
Bacılar hansı məqsədlərə can ata bilər?
Bacılar Padşahlığın işinə böyük töhfə verir (Zb 68:11). Onlar çoxlu Müqəddəs Kitab dərsi keçir. Öncüllərin böyük əksəriyyəti bacılardır. Minlərlə zəhmətkeş bacı beytelli, xüsusi tamvaxtlı müjdəçi, tərcüməçi, tikinti layihələrində könüllü və ya xidmətçi kimi fəaliyyət göstərir. Yetkin bacılar ailələrini və yığıncağı ruhlandırır (Ms 14:1). Bacılar ağsaqqal və yığıncaq xidmətçisi kimi xidmət edə bilməsələr də, qarşılarına ruhani məqsədlər qoya bilərlər. Əgər siz də bacısınızsa, hansı məqsədlərə can ata bilərsiniz?
Təcrübəsi az olan bacılara kömək edin (Tt 2:3—5)
Daha çox və daha keyfiyyətli xidmət edin
Yeni dil öyrənin
Təbliğçiyə tələbat olan əraziyə köçün
Beyteldə xidmət etmək, yaxud teokratik binaların tikintisində kömək etmək üçün blank doldurun
Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün blank doldurun
«“AĞAMIZIN YOLUNDA CANLA-BAŞLA ÇALIŞAN” QADINLAR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:
Bacıların şərhləri sizi necə ruhlandırdı?