ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ
Sizin padşahınız kimdir?
İsraillilər təkəbbürlə padşah tələb etdilər (1İş 8:4, 5; it-2-E s. 163, abz. 1)
Gözəgörünməz Hökmdar olan Yehova onları qane etmədi (1İş 8:7, 8; w11 1/1 s. 27, abz. 1)
Yehova onları bu tələblərinin nəticəsindən xəbərdar etdi (1İş 8:9, 18; w10 15/1 s. 30, abz. 9)
Yehova yaratdığı bütün varlıqlar üzərində həmişə Hökmran olub. O, çox mehriban, təbəələrinin ləyaqətinə hörmət edən Hökmdardır. Onun hakimiyyətinə tabe olsaq və dəstəkləsək, əbədi nemətlər qazanacağıq.
DÜŞÜNÜN: «Yehovanın hakimiyyətinə tabe olduğumu həyatımda necə göstərirəm?»