Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb22 mart s. 9
  • Sosial şəbəkələrdə dostlarınız kimdir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sosial şəbəkələrdə dostlarınız kimdir?
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Oxşar material
  • Sosial şəbəkələrdən istifadə edərkən özünüzü gözləyin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Sosial şəbəkələr barədə nəyi bilməliyəm? II hissə
    Gözətçi qülləsi 2012
  • Rəsmi veb-saytımızdan şəxsi və ailəvi öyrənmədə istifadə et
    Müqəddəs ibadətimiz 2012
  • Dost seçimində hikmətli olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
mwb22 mart s. 9

MƏSİHİ HƏYATI

Sosial şəbəkələrdə dostlarınız kimdir?

Dost deyiləndə bir-birini sevən, bir-birinə hörmət edən insanlar nəzərdə tutulur. Məsələn, Davud Calutu öldürəndən sonra Yonatanla Davud arasında sarsılmaz dostluq yarandı (1İş 18:1). Onların ikisinin də gözəl xüsusiyyətləri var idi və bu xüsusiyyətlər onları bir-birinə sevdirdi. Deməli, möhkəm dostluq dəqiq biliyə əsaslanır. Başqa insanı tanımaq üçün vaxt və güc tələb olunur. Ancaq sosial şəbəkələrdə cəmi bir düyməni basmaqla insanlar dostlaşırlar. Sosial şəbəkələrdə insanlar nə deyəcəklərini qabaqcadan götür-qoy edirlər, başqalarının onlara qarşı münasibətinə müəyyən dərəcədə təsir edə bilirlər. Bunun sayəsində onlar əslində kim olduqlarını asanlıqla gizlədə bilirlər. Buna görə də sosial şəbəkələrdə kimləri dost kimi qəbul edəcəyinizi hərtərəfli götür-qoy etmək yaxşı olardı. Tanımadığınız insanlardan gələn dostluq təkliflərini rədd etməyə çəkinməyin, düşünməyin ki, birdən onların qəlbinə dəyərsiniz. Kimlərsə bu təhlükələri nəzərə alaraq ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmirlər. Əgər siz sosial şəbəkələrdən istifadə etmək qərarına gəlmisinizsə, onda nələri yadda saxlamalısınız?

«SOSİAL ŞƏBƏKƏLƏRDƏN İSTİFADƏ EDƏRKƏN EHTİYATLI OL» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • «Sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı ol» adlı videodan səhnə. Qız dəhşət içində televizorun ekranında şəkillərinə baxır.

    Şərhlər yazmazdan və şəkillər paylaşmazdan əvvəl nələri nəzərə almalısınız?

  • «Sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı ol» adlı videodan səhnə. Tərəzinin bir gözündə qızın şəkli, digər gözündə isə qəpiklər qoyulub. Şəkil qəpiklərdən ağır gəlir.

    Sosial şəbəkələrdə dostlarınızı nəyə görə ehtiyatla seçməlisiniz?

  • «Sosial şəbəkələrdən istifadə edərkən ehtiyatlı ol» adlı videodan səhnə. İki kobud insan sosial şəbəkələrdəki postları oğlana göstərir, oğlan isə əlləri ilə gözünü yumur.

    Nəyə görə sosial şəbəkələrdə keçirdiyiniz vaxta məhdudiyyət qoymalısınız? (Ef 5:15, 16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş