Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb22 sentyabr s. 5
  • Nikah ömürlük ittifaqdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nikah ömürlük ittifaqdır
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Oxşar material
  • Müqəddəs Kitabda subaylıq və evlilik
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Nikah məhəbbətli Allahın hədiyyəsidir
    Allahın məhəbbətindən ayrılmayın
  • Xoşbəxt nikaha hazırlıq
    Ailə xoşbəxtliyinin sirri
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
mwb22 sentyabr s. 5
Cütlük birgə təbliğ edir.

MƏSİHİ HƏYATI

Nikah ömürlük ittifaqdır

Xoşbəxt məsihi ailələri Yehovaya şərəf gətirir, ərlə arvada isə sevinc bəxş edir (Mr 10:9). Xoşbəxt, möhkəm ailəyə sahib olmaq üçün məsihilər həyat yoldaşı seçərkən Müqəddəs Kitabdakı prinsiplərə uyğun davranmalıdırlar.

Gəncliyin qaynar çağında ehtiras güclü olur. Bu isə insana düzgün qərarlar verməyə mane olur. Ona görə də bu dövr keçəndən sonra kiminləsə görüşməyə başlayın (1Kr 7:36). Subaylıq illərindən ağılla istifadə edin, Allahla münasibətlərinizi möhkəmləndirin və məsihi keyfiyyətlərinə yiyələnin. Onda ailənizin xoşbəxt olmasına töhfə verə biləcəksiniz.

Kiminləsə ailə qurmağa razılıq verməzdən əvvəl insanın daxili varlığını tanımağa çalışın (1Bt 3:4). Əgər ürəyinizdə ciddi şübhələr baş qaldırırsa, bu barədə həmin adamla söhbət edin. İstənilən münasibətdə olduğu kimi, nikahda da insanı birinci növbədə özünün nə əldə edəcəyi düşündürməməlidir, əksinə, o, qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir (Fp 2:3, 4). Əgər ailə qurmazdan əvvəl Müqəddəs Kitab prinsiplərinə əməl etsəniz, onda xoşbəxt ailə həyatı üçün gözəl təməl qoyacaqsınız.

«NİKAHA HAZIRLIQ. III HİSSƏ. MƏSRƏFLƏRİ HESABLAYIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Bacının Şeynlə münasibəti necə idi?

  • Bəs vaxt keçdikcə o nələri sezdi?

  • Valideynləri ona necə kömək etdi və o hansı qərarı verdi?

Qardaş görüşən vaxt növbəti suallar barədə düşünə bilər:

Bu bacıda hansı məsihi keyfiyyətləri var? O, Allahın Padşahlığını hər şeydən üstün tutduğunu necə göstərir? Müqəddəs Kitabdakı məsləhətlərə və təşkilatın göstərişlərinə əməl edir? Başqalarına qarşı qayğıkeşdir?

Bacı görüşən vaxt növbəti suallar barədə düşünə bilər:

Bu qardaşda hansı məsihi keyfiyyətləri var? O, ibadəti və yığıncaqdakı məsuliyyətlərini işdən, puldan, idman və əyləncədən üstün tutur? Ailə üzvləri ilə necə rəftar edir? Başqalarına qarşı qayğıkeşdir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş