Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb22 sentyabr s. 13
  • «Əbədi xoşbəxt həyat!» nəşrinin xüsusiyyətləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Əbədi xoşbəxt həyat!» nəşrinin xüsusiyyətləri
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
  • Oxşar material
  • Dərs keçərkən videolardan istifadə edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • «Gözətçi Qülləsi»nin yeni təlim nəşri
    Gözətçi qülləsi 2008
  • Rəqəmsal texnologiyalardan düzgün istifadə edin
    Oyanın! 2015
  • Bəli, əlinizdəki təlim nəşridir!
    Gözətçi qülləsi 2012
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2022
mwb22 sentyabr s. 13

MƏSİHİ HƏYATI

«Əbədi xoşbəxt həyat!» nəşrinin xüsusiyyətləri

«Əbədi xoşbəxt həyat!» nəşrindəki videolar və düşündürücü suallar xoşunuza gəlir? Bəs «Bəzi insanlar deyir», «Məqsəd» və «Əlavə məlumat» hissələri necə? Dərs keçən zaman bu kitabın başqa hansı xüsusiyyətləri sizin köməyinizə çatır? (Mt 28:19, 20).

«JW Library» tətbiqində «Əbədi xoşbəxt həyat!» kitabı. «Mənbələr: Bölmə 1» düyməsini göstərən şəkil.

Mənbələr. Əgər kitabın çap versiyası ilə dərs keçirsinizsə, onda videolar da daxil olmaqla mənbələrin hamısını necə tapa bilərsiniz? Kitabın elektron formatında dörd bölmədən birini seçin. Dərslərin adlarının siyahısından sonra «Mənbələr» başlığı gəlir. Həmin bölmə üçün olan bütün mənbələr orada yerləşir. (1-ci şəklə baxın.)

«Çap formatında». Əgər elektron cihaz vasitəsilə dərs keçirsinizsə, onda vaxtaşırı «Çap formatında» funksiyasından istifadə edə bilərsiniz. Sizə lazım olan dərsi açın, sonra səhifənin yuxarısında yerləşən alətlər panelində üç nöqtəyə basıb, «Çap formatında» funksiyasını seçin. Bu format sizə kömək edəcək ki, müzakirə etdiyiniz materialın dərsin ümumi mövzusu ilə necə əlaqəli olduğunu görəsiniz. Elektron formata qayıtmaq istəyəndə yenidən səhifənin yuxarısındakı üç nöqtəyə basın və «Elektron formatda» funksiyasını seçin.

«JW Library» tətbiqində «Əbədi xoşbəxt həyat!» kitabı. «Hazıram?» və «Əlavələr» düymələrini göstərən şəkillər.

«Hazıram?» Kitabın sonunda yerləşən bu çərçivələrdə yığıncaqla birgə təbliğ etmək və vəftiz olunmaq üçün əsas tələblər yer alır. (2-ci şəklə baxın.)

Əlavələr. Bu hissədə bəzi vacib mövzularla bağlı ətraflı məlumat yerləşir. Kitabın elektron formatında hər əlavənin sonunda link var. Həmin linki basanda yenidən dərsə, qaldığınız yerə qayıdacaqsınız. (2-ci şəklə baxın.)

İnkişaf edən şagirdlərlə hətta vəftiz olunandan sonra da «Əbədi xoşbəxt həyat!» kitabını axıra kimi keçib qurtarın. Şagird vəftiz olunsa belə, onunla dərs keçəndə saatı və təkrar söhbəti hesabatınıza daxil edin. Hesabatınızda həmçinin onun özünü də şagird kimi qeyd edin. Sizi müşayiət edən və dərsdə iştirak edən təbliğçi də saatı yaza bilər.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş