Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwb23 iyul s. 11
  • Ailənizə sevinc bəxş edə bilərsiniz

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ailənizə sevinc bəxş edə bilərsiniz
  • Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • Oxşar material
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Tərbiyə Yehovanın sevgisinin ifadəsidir
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
  • Müqəddəs Kitab prinsipləri ilə övladınıza düzgün yolu öyrədin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
  • «Atana və anana hörmət et»
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
Əlavə
Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
mwb23 iyul s. 11
Şəkillər: «Ailənizdə sevinc hökm sürsün» adlı videodan şəkillər. 1) Valideynləri şirniyyat yeyərkən qızları onları seyr edir. 2) Qızlar ailəvi ibadət zamanı gülürlər. 3) Qızlardan biri xəstə halda divanda uzanan anası ilə maraqlanır.

MƏSİHİ HƏYATI

Ailənizə sevinc bəxş edə bilərsiniz

Yehova istəyir ki, ailələr xoşbəxt olsun (Zb 127:3—5; Vz 9:9; 11:9). Amma bu dünyanın yaratdığı stres və ailə üzvlərimizin səhvləri sevincimizə kölgə sala bilər. Ailənin hər bir üzvü ailədəki sevincə töhfə vermək üçün nə edə bilər?

Ər arvadına hörmət qoyur (1Bt 3:7). Onunla vaxt keçirir. Yoldaşına qarşı anlayışlıdır, ondan gücündən artığını gözləmir və arvadının onun üçün, ailəsi üçün etdiklərini qiymətləndirir (Kl 3:15). O, yoldaşına olan sevgisini dilə gətirir və onu tərifləyir (Ms 31:28, 31).

Qadın ərini dəstəkləmək üçün əlindən gələni edir (Ms 31:12). O, ərinə tabe olur, onunla əməkdaşlıq edir (Kl 3:18). Həmçinin əri ilə nəzakətlə danışır. Başqalarının yanında da əri haqqında hörmətcil danışır (Ms 31:26).

Valideynlər övladlarına vaxt ayırır (Qn 6:6, 7). Övladlarına onları sevdiklərini deyir (Mt 3:17). Uşaqlarına tərbiyə, öyüd-nəsihət verəndə bunu məhəbbətlə və bəsirətlə edir (Ef 6:4).

Uşaqlar valideynlərinə hörmət qoyur və onlara itaət edir (Ms 23:22). Onlar valideynləri ilə fikirlərini və hisslərini bölüşür. Onlar valideynlərini sayıb, sözünə qulaq asır (Ms 19:20).

«AİLƏNİZDƏ SEVİNC HÖKM SÜRSÜN» ADLI VİDEOYA BAXANDAN SONRA NÖVBƏTİ SUALA CAVAB VERİN:

• Ailələrində sevinc hökm sürməsi üçün ailənin hər bir üzvü nə etdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş