MƏSİHİ HƏYATI
Kamillik və düşüncələrimiz
Kamil olub-olmadığımız təkcə söz və hərəkətlərimizdən yox, həmçinin düşüncələrimizdən də bəlli olur (Zb 19:14). Buna görə də Müqəddəs Kitab bizi təşviq edir ki, doğru, vacib, saleh, pak, sevilməli, şərəfli, nəcib, tərifəlayiq nə varsa, onlar barədə düşünək (Fp 4:8). Sözsüz ki, biz yanlış düşüncələrin yaranmasının qarşısını həmişə ala bilmərik. Lakin özünə hakim olmaq xüsusiyyəti bizə kömək edəcək ki, mənfi fikri beynimizdən çıxarıb, onu faydalı fikirlə əvəz edək. Düşüncədə kamilliyimizi qorumaq əməllərimizdə də kamil qalmağa bizə kömək edəcək (Mr 7:21—23).
Aşağıda gətirilən hər bir ayəyə əsasən hansı düşüncə tərzindən qaçmalı olduğumuzu yazın: