MƏSİHİ HƏYATI
Allahın xalqının qazandığı yaxşı adı qoruyub saxlayaq
İnsanlar Yehovanın Şahidlərinin davranışlarına fikir verir (1Kr 4:9). Özümüzdən soruşa bilərik: «Sözlərim və əməllərim Yehovanın adına şərəf gətirir?» (1Bt 2:12). Sözsüz, biz Yehovanın Şahidlərinin uzun illər ərzində qazandığı şərəfli ada ləkə gətirəcək bir şey etmək istəmirik (Vz 10:1).
Aşağıdakı vəziyyətlərdə məsihinin necə davranmalı olduğunu və müvafiq Müqəddəs Kitab prinsipini yazın:
İmanınıza şərik olmayan insan qəzəbli şəkildə sizi tənqid edərsə
Pal-paltarınız, maşınınız və ya eviniz səliqəsiz və çirkli olarsa
Yerli qanunlar sizə haqsız və ya ağır gələrsə
Görün Yazı şöbəsindəki tədqiqatçılar qazandığımız yaxşı ada necə töhfə verirlər.
«HƏQİQƏTƏ GÖSTƏRİLƏN MƏHƏBBƏT VƏ HÖRMƏT» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:
Məlumatları dəqiq şəkildə çatdırmaq üçün təşkilatın çoxlu zəhmət çəkdiyini bilmək sizə necə təsir edir?