Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp21 №  1 s. 14—15
  • Duanın köməyi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Duanın köməyi
  • Gözətçi qülləsi (kütləvi) 2021
  • Oxşar material
  • Dua və sən
    Gözətçi qülləsi 2015
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2021
wp21 №  1 s. 14—15

Duanın köməyi

Pamela ciddi xəstəliyə tutulanda müalicəyə başladı. Amma müalicə ilə yanaşı Allaha dua edib bu çətinliyə dözmək üçün güc də istəyirdi. Bəs dua ona kömək etdi?

Pamela deyir: «Xərçəngdən müalicə aldığım müddətdə tez-tez qorxu keçirirdim. Amma Yehova Allaha dua edəndə qəlbimə rahatlıq çökürdü, qorxu çəkilib gedirdi. Hələ də xroniki ağrılarım var. Amma dua mənə müsbət əhval-ruhiyyəni qorumağa kömək edir. Məndən halımı soruşanda deyirəm: “Canım ağrıyır, amma əhvalım yaxşıdır!”»

Düzdür, bu o demək deyil ki, yalnız həyatımız üçün təhlükə yarananda dua etməliyik. Hər birimiz irili-xırdalı çətinliklərlə üzləşirik və çox vaxt öz gücümüzə onların öhdəsindən gəlmək çətin olur. Məhz bu zaman dua dadımıza çata bilər.

Müqəddəs Kitabda deyilir: «Sən qayğı yükünü Yehovaya ver, O, sənə dayaq olar, O, heç vaxt saleh insanı yıxılmağa qoymaz» (Zəbur 55:22). Bu sözlər insanı çox ruhlandırır. Deməli, dua sizə necə kömək edə bilər? Allaha düzgün dua etsəniz, O sizə çətinliyin öhdəsindən gəlməyə kömək edəcək. («Duanın gücü» adlı çərçivəyə baxın.)

Duanın gücü

Qəlb rahatlığı

Daha öncə işini itirən iş adamı indi gülümsəyir və əminliklə gəzir.

«Hər məsələ barədə diləyinizi... Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq» (Filippililərə 4:6, 7). Ürəyinizin dərdini Allaha açsanız, O sizə gərgin vəziyyətdə sakit qalmağa və düzgün davranmağa kömək edəcək.

İlahi hikmət

Daha öncə dua kitabından dua oxuyan qadın indi evdə Müqəddəs Kitabı oxuyur.

«Əgər sizlərdən kiminsə hikməti çatışmırsa, qoy hər kəsə səxavətlə və qınamadan verən Allahdan diləsin və ona veriləcək» (Yaqub 1:5). Gərgin vəziyyətdə olanda düzgün qərar vermək çətin olur. Duada Allahdan hikmət diləsəniz, O Kəlamındakı məsləhətləri yadınıza sala bilər.

Güc və təsəlli

Daha öncə xəstəxanada olan ər-arvad birlikdə parkda gəzir. Ər çəliklə gəzən arvadına nəvazişlə kömək edir.

«Çünki mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13). Yehova Qadir Allahdır. O, sizə çətinliklərin öhdəsindən gəlməyə güc verə bilər, keşməkeşli günlərinizdə sizə dayaq ola bilər (Əşiya 40:29). Müqəddəs Kitabda Yehova Allah «hər cür təsəlli Allahı» adlanır. O, «hər dərdimizdə bizə təsəlli» verə bilər (2 Korinflilərə 1:3, 4).

DUA EDİN!

Sözsüz ki, Yehova Allah sizi Ona dua etməyə məcbur etmir. Əksinə, O sizi sevdiyi üçün dua etməyə səsləyir (Ərəmya 29:11, 12). Ola bilsin, əvvəllər düşünürdünüz ki, Allah dualarınıza cavab vermir. Amma yenə də ruhdan düşməyin. Bəzən valideynlər övladlarına onların gözlədiyi tərzdə, yaxud onlar istədiyi vaxtda kömək etmirlər. Çünki daha yaxşı çıxış yolu bilirlər. Ancaq bir şey danılmaz olaraq qalır: valideynlər övladlarını sevir və onlara kömək edirlər.

Yehova Allahın sevgisi bütün valideynlərin sevgisindən qat-qat güclüdür. O sizə kömək etmək istəyir. Əgər bu məqalələrdəki məsləhətlərə əməl etsəniz, Allah dualarınıza mütləq cavab verəcək! (Zəbur 34:15; Mətta 7:7—11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş