Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w21 fevral s. 25
  • Hər şey bir təbəssümdən başladı!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hər şey bir təbəssümdən başladı!
  • Gözətçi qülləsi 2021
  • Oxşar material
  • Araba ilə təbliğin bəhrələri
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Məhəbbət — həqiqi məsihiləri səciyyələndirən xüsusiyyət. Birliyi qoruyun
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
  • Pandemiya zamanı təbliğdən qalmadılar
    Yehovanın Şahidlərinin sərgüzəştləri
  • Allah qadınların ləyaqətinə hörmətlə yanaşır
    «Gözətçi qülləsi»nin 2012-ci il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
Əlavə
Gözətçi qülləsi 2021
w21 fevral s. 25

Hər şey bir təbəssümdən başladı!

Helen ədəbiyyat arabasının yanında durub gülümsəyir. İki qız onun yanından keçir.

İKİ qız Filippinin Bagio şəhərində işgüzar ərazi ilə yol gedirdi. Onlar ictimai şahidlik arabasını gördülər, amma yaxınlaşmadılar. Arabanın yanında duran Helen adlı bacı onlara baxıb, mehribancasına gülümsədi. Bu qızlar yollarına davam etdilər, amma Helenin səmimi təbəssümü onların gözünün qabağından getmədi.

Daha sonra onlar avtobusla evlərinə qayıdarkən bir ibadət evinin divarında böyük lövhədə jw.org yazısını gördülər. Onların yadına düşdü ki, bu, daha öncə şahidlik arabasının üzərində gördükləri eyni yazıdır. İkisi də avtobusdan düşdü və ibadət evinə yaxınlaşdı. Orada darvazanın üstündəki cədvəldə müxtəlif yığıncaqların vaxtına göz gəzdirdilər.

Həmin iki qız ibadət evində Heleni görəndə gülümsəyirlər.

Bu iki qız növbəti görüşlərdən birinə getdi. Onlar ibadət evinə daxil olanda kimi görsələr yaxşıdır? Heleni! Onlar dərhal tanıdılar ki, bu həmin mehriban təbəssümlü qadındır. Helen deyir: «Qızlar mənə tərəf gələndə bir az həyəcanlandım. Düşündüm ki, yəqin, nəyisə düz etməmişəm». Amma bu qızlar Helenə hər şeyi izah etdilər.

Həm görüş, həm də ünsiyyət qızların çox xoşuna gəldi. Onlar bacı-qardaşların yanında özlərini çox rahat hiss edirdi. Görüşdən sonra bacı-qardaşların ibadət evini təmizlədiyini görəndə onlar da kömək etmək istədiklərini dedilər. Qızlardan biri artıq bu ölkədə yaşamır, o biri qız isə ibadət görüşlərinə gəlməyə başladı və Müqəddəs Kitabı öyrənməyə razılaşdı. Hər şey bir təbəssümdən başladı!

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş