Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w21 mart s. 14—19
  • Müqəddəs Kitabdan güc alaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabdan güc alaq
  • Gözətçi qülləsi 2021
  • Başlıqlar
  • Oxşar material
  • DAVUD PADŞAHDAN NƏ ÖYRƏNƏ BİLƏRİK?
  • HƏVARİ BULUSDAN NƏ ÖYRƏNƏ BİLƏRİK?
  • MÜQƏDDƏS KİTABDAKI DİGƏR MÖMİN İNSANLARDAN NƏ ÖYRƏNƏ BİLƏRİK?
  • Yehovaya tam güvən. Və özünü təhlükəsizlikdə hiss et
    Gözətçi qülləsi 2011
  • Yehova qədimdə xidmətçilərini xilas edirdi
    Gözətçi qülləsi 2008
  • «Mən zəif olanda güclüyəm»
    Gözətçi qülləsi 2020
  • «Mənə sənin iradənə əməl etməyi öyrət»
    Gözətçi qülləsi 2012
Əlavə
Gözətçi qülləsi 2021
w21 mart s. 14—19

TƏLİM MƏQALƏSİ 11

Müqəddəs Kitabdan güc alaq

«Qoy xidmətçilərinə dözüm və təsəlli verən Allah sizə Məsih İsanın düşüncə tərzini bəxş etsin» (ROM. 15:5).

NƏĞMƏ 94 Allahın Kəlamına görə minnətdarıq

İCMALa

1. Yehovanın xalqı hansı çətinliklərlə üzləşir?

OLA BİLSİN, hal-hazırda çətin bir sınağınız var. Məsələn, yığıncaqdan kimsə xətrinizə dəyib (Yaq. 3:2). İş və ya məktəb yoldaşlarınız Yehovaya xidmət etdiyiniz üçün sizi lağa qoyur (1 But. 4:3, 4). Ailə üzvləriniz yığıncaqlara getməyinizə və ya imanınızı başqalarına danışmağınıza mane olur (Mət. 10:35, 36). Üzləşdiyiniz sınaq sizə ağır gəlirsə, Yehovaya xidməti dayandırmaq fikrinə düşə bilərsiniz. Amma əmin olun ki, Yehova istənilən sınağın öhdəsindən gəlməyiniz üçün hikmət və dözməyiniz üçün güc verəcək.

Üzləşdiyimiz problemin həllini tapmaq üçün mütaliəni necə edə bilərik?

  1. Bacı Müqəddəs Kitabı oxumazdan öncə dua edir.

    1. DUA EDİN

    Müqəddəs Kitabı oxumazdan əvvəl Yehovaya dua edin. Xahiş edin ki, oxuyacağınız parçadan necə yararlana biləcəyinizi görməyə kömək etsin (3-cü abzasa baxın)

  2. Həmin bacı həvari Bulusun həbsdə əli qandallı ola-ola necə məktub yazdığını təxəyyülündə canlandırır.

    2. TƏXƏYYÜLÜNÜZDƏ CANLANDIRIN

    Müqəddəs Kitabı oxuyarkən özünüzü əsas personajın yerində təsəvvür edin (4-cü abzasa baxın)

  3. Bacı Müqəddəs Kitabdan oxuduqlarının dərinliyinə varır, o, «Allahın Padşahlığı haqqında “ətraflı şəhadət verin”» kitabına baxır.

    3. OXUDUQLARINIZIN DƏRİNLİYİNƏ VARIN

    Oxuduğunuz parça və onu özünüzə necə tətbiq edəcəyiniz barədə yaxşıca düşünün (5-ci abzasa baxın)

  4. Bacı skamyada parkda əyləşib yanındakı qadına təbliğ edir.

    4. TƏTBİQ EDİN

    Öyrəndiklərinizə əməl edin ki, daha yaxşı qərarlar verəsiniz, qəlb rahatlığı tapasınız və imanınız güclənsin (6-cı abzasa baxın)

2. Romalılara 15:4 ayəsinə əsasən, Allahın Kəlamını oxumaq bizə necə kömək edə bilər?

2 Müqəddəs Kitabda qeyri-kamil insanların ağır sınaqlara tab gətirdiyi ilə bağlı təfsilatlı məlumatlar yer alır. Nəyə görə Yehova bunları yazdırıb? Çünki O istəyir ki, biz o insanlardan nümunə götürək. Yehovanın ilhamı ilə həvari Bulus məhz bu fikri vurğulamışdı. (Romalılara 15:4 ayəsini oxuyun.) Oxuduqlarımız bizə təsəlli və ümid verə bilər. Amma Müqəddəs Kitabdan fayda əldə etmək üçün onu sadəcə oxumaq kifayət deyil. Oxuduqlarımız düşüncəmizi formalaşdırmalı və ürəyimizin dərinliyinə nüfuz etməlidir. Məsələn, hansısa problemin öhdəsindən gəlmək üçün məsləhətə ehtiyacınız varsa, mütaliə zamanı növbəti dörd addımı ata bilərsiniz: 1) dua edin, 2) təxəyyülünüzdə canlandırın, 3) oxuduqlarınızın dərinliyinə varın və 4) tətbiq edin. Gəlin görək bu addımların hər birinə nələr daxildirb və bu cür mütaliə üsulu ilə Davud padşahın və həvari Bulusun həyatında baş verənlərdən nə öyrənə bilərik.

Bacı Müqəddəs Kitabı oxumazdan öncə dua edir.

1. DUA EDİN

Müqəddəs Kitabı oxumazdan əvvəl Yehovaya dua edin. Xahiş edin ki, oxuyacağınız parçadan necə yararlana biləcəyinizi görməyə kömək etsin (3-cü abzasa baxın)

3. Müqəddəs Kitabı oxumazdan əvvəl nə etməliyik və nə üçün?

3 1) Dua edin. Müqəddəs Kitabı oxumazdan əvvəl Yehovaya dua edin. Xahiş edin ki, oxuyacağınız parçadan necə yararlana biləcəyinizi görməyə kömək etsin. Məsələn, hansısa problemdən çıxış yolu axtarırsınızsa, lazımi prinsipləri tapmaq üçün kömək istəyin (Filip. 4:6, 7; Yaq. 1:5).

Həmin bacı həvari Bulusun həbsdə əli qandallı ola-ola necə məktub yazdığını təxəyyülündə canlandırır.

2. TƏXƏYYÜLÜNÜZDƏ CANLANDIRIN

Müqəddəs Kitabı oxuyarkən özünüzü əsas personajın yerində təsəvvür edin (4-cü abzasa baxın)

4. Müqəddəs Kitabdan oxuduğunuz hadisəni təxəyyülünüzdə necə canlandıra bilərsiniz?

4 2) Təxəyyülünüzdə canlandırın. Yehova hər birimizə təxəyyül kimi möhtəşəm qabiliyyət verib. Müqəddəs Kitabdan oxuduğunuz hansısa hadisəni canlandırmaq üçün onu xəyalınızda təsəvvür edin və özünüzü əsas personajın yerinə qoyun. Həmin personajın gördüklərini təxmin etməyə, keçirdiyi hissləri duymağa çalışın.

Bacı Müqəddəs Kitabdan oxuduqlarının dərinliyinə varır, o, «Allahın Padşahlığı haqqında “ətraflı şəhadət verin”» kitabına baxır.

3. OXUDUQLARINIZIN DƏRİNLİYİNƏ VARIN

Oxuduğunuz parça və onu özünüzə necə tətbiq edəcəyiniz barədə yaxşıca düşünün (5-ci abzasa baxın)

5. Oxuduqlarımızın dərinliyinə varmaq nə deməkdir və bunu necə etmək olar?

5 3) Oxuduqlarınızın dərinliyinə varın. Dərinliyinə varmaq oxuduğumuz parça və onu özümüzə necə tətbiq edəcəyimiz barədə yaxşıca düşünmək deməkdir. Bunun sayəsində fikirlər arasında əlaqəni daha yaxşı tutmaq və mövzunu daha dərindən başa düşmək olur. Müqəddəs Kitabın dərinliyinə varmadan oxumaq ona bənzəyir ki, masanın üzərindəki pazzl hissəciklərinə baxırıq, amma onları birləşdirmirik. Oxuyub düşünəndə isə biz sanki bu hissəcikləri birləşdiririk və bütün şəkli aydın görürük. Buna nail olmaq üçün bu kimi suallara cavab tapmağa çalışın: «Hadisədəki əsas personaj özünə kömək etmək üçün nə etdi? Yehova ona necə kömək etdi? Buradan öyrəndiklərim çətinliklərə tab gətirməyə necə kömək edə bilər?»

Bacı skamyada parkda əyləşib yanındakı qadına təbliğ edir.

4. TƏTBİQ EDİN

Öyrəndiklərinizə əməl edin ki, daha yaxşı qərarlar verəsiniz, qəlb rahatlığı tapasınız və imanınız güclənsin (6-cı abzasa baxın)

6. Öyrəndiklərimizi nə üçün tətbiq etməliyik?

6 4) Tətbiq edin. İsa Məsih demişdi ki, öyrəndiklərinə əməl etməyən evini qum üzərində tikmiş adama bənzəyir. O, çox çalışır, lakin bütün zəhməti hədər gedir. Çünki şiddətli külək, tufan olanda ev uçur, darmadağın olur (Mət. 7:24—27). Eynilə biz də dua edir, oxuduğumuzu təxəyyülümüzdə canlandırır və dərinliyinə varırıqsa, lakin öyrəndiklərimizi tətbiq etmiriksə, zəhmətimiz hədər getmiş olacaq. Təqiblərlə və sınaqlarla üzləşəndə onlara tab gətirmək üçün imanımız güclü olmayacaq. Amma mütaliə edib, öyrəndiklərimizə əməl edəndə daha yaxşı qərarlar veririk, qəlb rahatlığı tapırıq və imanımız daha güclü olur (Əşy. 48:17, 18). Gəlin görək müzakirə etdiyimiz bu dörd addımı tətbiq edərək Davud padşahdan nə öyrənə bilərik.

DAVUD PADŞAHDAN NƏ ÖYRƏNƏ BİLƏRİK?

7. Müqəddəs Kitabdakı hansı hadisə haqqında danışacağıq?

7 Heç olubmu ki, dostunuz, yaxud ailə üzvünüz etibarınızı sarsıtsın? Onda Davud padşahın başına gələn hadisələri oxumağınızın sizə çox köməyi olacaq. Oğlu Absalam ona satqın çıxmışdı, taxtını ələ keçirmək istəyirdi (2 İşm. 15:5—14, 31; 18:6—14).

8. Yehovanın köməyini görmək üçün nə edə bilərsiniz?

8 1) Dua edin. Bu hadisəni oxumazdan əvvəl Yehovaya dua edin. Üzləşdiyiniz pis rəftara görə hansı hissləri keçirdiyinizi Ona danışın (Zəb. 6:6—9). Nə hiss edirsinizsə, hər şeyi deyin. Sonra Yehovadan xahiş edin ki, oxuduğunuz parçadan bu çətinliyin öhdəsindən gəlməyinizə kömək edəcək prinsipləri tapmağa kömək etsin.

9. Davudla Absalam arasında olan hadisələri qısaca nəql edin.

9 2) Təxəyyülünüzdə canlandırın. Hadisələrin necə cərəyan etdiyini, Davudun keçirdiyi hissləri təsəvvür etməyə çalışın. Oğlu Absalam illərlə çalışır ki, xalqın ürəyini ələ alsın (2 İşm. 15:7). Absalam münasib məqamın yetişdiyini görəndə bütün İsrail ərazisinə casuslar göndərir. Onlara tapşırır ki, xalqı onu padşah kimi qəbul etməyə təşviq etsinlər. O hətta Davudun ən yaxın dostlarından və məsləhətçilərindən biri olan Əxtufili də qiyamda ona qoşulmağa təhrik edir. Absalam özünü padşah elan edir, daha sonra isə həmin vaxt, ola bilsin, ağır xəstə olan Davudu tutmağa və öldürməyə cəhd edir (Zəb. 41:1—9). Davud ona qarşı olan sui-qəsddən xəbər tutur və Yerusəlimdən qaçır. Nəticədə, Absalamın ordusu ilə Davudun adamları döyüşür, üsyankar ordu məğlub olur, Davudun oğlu Absalam qətlə yetirilir.

10. Davud padşah sınaqlar qarşısında nə edə bilərdi?

10 Sonra başına gələnlərə görə Davudun hansı hisslər keçirdiyini təsəvvür edin. İstəkli oğlu Absalam və etibar etdiyi dostu Əxtufil ona xain çıxdı. Davuda əziz olan bu iki nəfər onun qəlbini yaraladı, hətta onu öldürməyə cəhd etdi. Davudun başqa dostlarına da etibarı sarsıla bilərdi, düşünə bilərdi ki, onlar da Absalama qoşulub. Ya da təkcə özünü düşünərək başını götürüb ölkədən qaça bilərdi. Yaxud o, dilxor olub, özünə qapana bilərdi. Amma Davud bunların heç birini etmədi, o, bu ağır sınağın öhdəsindən gəldi. Görəsən nəyin sayəsində?

11. Davud çətin vəziyyətdə necə davrandı?

11 3) Oxuduğunuzun dərinliyinə varın. Bu hadisədə hansı prinsipləri tapa bilərsiniz? Növbəti sual üzərində düşün: «Davud özünə necə kömək etdi?» O təlaşa düşmədi, tələsik, düşünülməmiş qərarlar vermədi. Nə də qorxuya qapılıb, nə edəcəyi ilə bağlı çaş-baş qalmadı. O, kömək üçün Yehovaya dua etdi. Həmçinin dostlarından da kömək istədi. Üstəlik, ləngimədən verdiyi qərarları həyata keçirdi. Davudun qəlbi yaralı olsa da, başqalarına etibarı itmədi, ürəyi nifrətlə dolmadı. O, yenə də Yehovaya və dostlarına güvənirdi.

12. Yehova Davuda necə kömək etdi?

12 Yehova Davuda necə kömək etdi? Bir az axtarış aparsanız, görəcəksiniz ki, Yehova Davuda bu sınağın öhdəsindən gəlmək üçün güc verdi (Zəb. 3:1—8; müqəddimə). O, Davudun atdığı hər addımı avand edirdi. Həmçinin Davuda sadiq olan, onu qoruyan dostlarına da dayaq olurdu.

13. Kimsə qəlbinizə ağır yara vurubsa, Davuddan necə örnək ala bilərsiniz? (Mətta 18:15—17).

13 4) Tətbiq edin. Düşünün: «Davuddan necə örnək ala bilərəm?» Ola bilsin, məsələni həll etmək üçün dərhal hərəkətə keçməlisiniz. Vəziyyətdən asılı olaraq, İsanın Mətta 18-ci fəsildə yazılmış məsləhətinə ya olduğu kimi əməl edə bilərsiniz, ya da oradakı prinsipə uyğun davrana bilərsiniz. (Mətta 18:15—17 ayələrini oxuyun.) Hisslərə qapılaraq tələm-tələsik qərar vermək lazım deyil. Yehovaya dua etməlisiniz ki, vəziyyətin öhdəsindən gəlməyə sizə qəlb rahatlığı və hikmət versin. Dostlarınıza etibarınızı itirməyin, əksinə, onların köməyini qəbul edin (Məs. 17:17). Ən əsası isə Yehovanın Kəlamı vasitəsilə verdiyi məsləhətlərə uyğun davranın (Məs. 3:5, 6).

HƏVARİ BULUSDAN NƏ ÖYRƏNƏ BİLƏRİK?

14. 2 Timutiyə 1:12—16 və 4:6—11, 17—22 ayələri hansı vəziyyətlərdə sizə təsəlli verə bilər?

14 Ola bilsin, Yehovaya xidmət etdiyiniz üçün ailə üzvləriniz tərəfindən təqiblərə məruz qalırsınız. Yaxud, ola bilsin, yaşadığınız ölkədə Yehovanın xalqının fəaliyyəti məhdudlaşdırılıb, yaxud qadağan olunub. Bu halda sizə 2 Timutiyə 1:12—16 və 4:6—11, 17—22 ayələri təsəlli verə bilərc. Həvari Bulus bu ayələri həbsdə olarkən yazmışdı.

15. Yehovadan nə xahiş edə bilərsiniz?

15 1) Dua edin. Bu ayələri oxumazdan öncə Yehovaya probleminizi və buna görə keçirdiyiniz hissləri danışın. Nə hiss edirsinizsə, hər şeyi deyin. Sonra Yehovaya dua edin ki, Bulus haqda oxuduqlarınızdan lazımi prinsiplər tapasınız və hazırkı çətinlik qarşısında necə davranacağınızı biləsiniz.

16. Bulusun başına gələnləri qısaca nəql edin.

16 2) Təxəyyülünüzdə canlandırın. Özünüzü Bulusun yerində təsəvvür edin. Bulus Romada həbsdədir. Onu qandallayıblar. O bundan öncə də həbsdə olmuşdu. Amma bu dəfə edam olunacağına tam əmindir. Bəzi dostları ondan üz döndərib, üstəlik, fiziki cəhətdən taqətdən düşüb (2 Tim. 1:15).

17. Bulus necə davrana bilərdi?

17 Bulus bundan öncə verdiyi qərarların peşmançılığını çəkə bilərdi. Düşünə bilərdi ki, başqa cür davransaydı, indi həbs olunmazdı. Onun ürəyində Asiya əyalətində ondan üz döndərən insanlara qarşı nifrət oyana bilərdi. Ya da o biri dostlarına etibarı sarsıla bilərdi. Amma Bulus bunların heç birini etmədi. O, dostlarına yenə də güvənirdi və Yehovanın onu mükafatsız qoymayacağına əmin idi. Görəsən nəyin sayəsində?

18. Bulus çətin sınaq zamanı necə davrandı?

18 3) Oxuduğunuzun dərinliyinə varın. Düşünün: «Bulus özünə necə kömək etdi?» Hətta ölümlə üz-üzə olsa da, Bulus mühüm məsələni, Yehovanın adını şərəfləndirməyi unutmadı. Eyni zamanda o, həmişə başqalarını ruhlandırmaq haqda düşünürdü. O, Yehovaya güvənirdi, daima dua edirdi (2 Tim. 1:3). O, bütün fikrini-zikrini ona arxa çevirənlərə cəmləmirdi, ona müxtəlif yollarla dayaq olan, ona sadiq olan dostlarına minnətdar idi. Bundan əlavə, Bulus Allahın Kəlamını mütaliə etməkdən qalmırdı (2 Tim. 3:16, 17; 4:13). Ən əsası isə, o, tam əmin idi ki, Yehova və İsa onu sevir, onu atmayıblar və sədaqətli xidmətinə görə ona mükafat verəcəklər.

19. Yehova Bulusa necə kömək etdi?

19 Yehova Bulusa qabaqcadan bildirmişdi ki, məsihi olduğu üçün təqiblərə məruz qalacaq (Həv. 21:11—13). Bəs O, Bulusa necə kömək etdi? Dualarına cavab verdi, daha sonra onu gücləndirdi (2 Tim. 4:17). Yehova Bulusu əmin etmişdi ki, uğrunda ağır zəhmət çəkdiyi mükafatı alacaq. Bundan əlavə, Bulusun sadiq dostlarını onun köməyinə göndərmişdi.

20. Romalılara 8:38, 39 ayələrinə əsasən, Bulusa sınaqlara dözməyə nə kömək etdi və siz ondan necə örnək ala bilərsiniz?

20 4) Tətbiq edin. Düşünün: «Bulusdan necə örnək ala bilərəm?» Bulus kimi, biz də bilirik ki, imanımıza görə təqiblərə məruz qalacağıq (Mark 10:29, 30). Sınaqlar zamanı sadiq qalmaq üçün Yehovaya güvənməli, Ona dua etməli və Müqəddəs Kitabı müntəzəm mütaliə etməliyik. Həmçinin Yehovanı şərəfləndirməyin ən mühüm məsələ olduğunu heç vaxt unutmamalıyıq. O zaman Bulus kimi, biz də arxayın ola bilərik ki, Yehova bizi heç vaxt atmayacaq. Heç kim və heç nə Onun bizi sevməsinə mane ola bilməz. (Romalılara 8:38, 39 ayələrini oxuyun; İbr. 13:5, 6.)

MÜQƏDDƏS KİTABDAKI DİGƏR MÖMİN İNSANLARDAN NƏ ÖYRƏNƏ BİLƏRİK?

21. Ayaya və Hektora üzləşdikləri çətinliklərin öhdəsindən gəlməyə nə kömək etdi?

21 Müqəddəs Kitabdakı mömin insanların nümunəsi bizə istənilən çətinliyin öhdəsindən gəlməyə güc verə bilər. Məsələn, Yaponiyada öncül kimi xidmət edən Aya bacı Yunusun nümunəsi sayəsində ictimai şahidlik vermək qorxusunun öhdəsindən gəlib. İndoneziyadan olan Hektor adlı bir gəncin valideynləri Yehovaya xidmət etmir. Rutun nümunəsi onu təşviq etdi ki, Yehova haqda öyrənsin və Ona qulluq etsin.

22. Müqəddəs Kitaba əsaslanan audio və video materiallardan, «İman örnəkləri» rubrikasından tam faydalanmaq üçün nə edə bilərsiniz?

22 Sizə qüvvət verəcək Müqəddəs Kitab nümunələrini necə tapa bilərsiniz? Videolar, bədii qiraət və «İman örnəkləri» rubrikası Müqəddəs Kitabdakı hadisələri canlandırmağa kömək edird. Amma onlara baxmazdan, qulaq asmazdan və ya oxumazdan öncə Yehovaya dua edin, Ondan xahiş edin ki, həyatınızda tətbiq edəcəyiniz konkret fikirlər tapmağınıza kömək etsin. Özünüzü əsas personajın yerində təsəvvür edin. Hadisənin dərinliyinə varın, düşünün, Yehovanın bu sadiq xidmətçiləri çətinliyin öhdəsindən gəlmək üçün özləri nə etdi, Yehova onlara necə kömək etdi. Sonra isə öyrəndiyiniz dərsləri öz vəziyyətinizə tətbiq edin. Yehovanın sizə bu vaxta qədər etdiyi köməyə görə minnətdarlığınızı bildirin. Həmçinin qoy minnətdar olduğunuz başqalarına dayaq olmağınızdan və ruhlandırmağınızdan görünsün.

23. Əşiya 41:10, 13 ayələrinə əsasən, Yehova bizə nəyi vəd edir?

23 Şeytanın idarə etdiyi bu dünyada həyat çox çətindir. Hətta bəzən insan özünü çarəsiz hiss edir (2 Tim. 3:1). Amma narahat olmağımıza, qorxmağımıza əsas yoxdur. Yehova nələr yaşadığımızdan agahdır. O vəd edir ki, yıxılan anımızda qüvvətli sağ əli ilə bizi bərk-bərk tutacaq. (Əşiya 41:10, 13 ayələrini oxuyun.) Yehovanın köməyinə tam arxalandığımız üçün və Müqəddəs Kitab da bizə güc verdiyi üçün biz istənilən çətinliyin öhdəsindən gələ bilərik.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Müqəddəs Kitabdakı nümunələrdən özümüz üçün dərs götürməyə hansı dörd addım kömək edə bilər?

  • Davud padşahın və həvari Bulusun nümunəsindən nə öyrəndiniz?

  • Müqəddəs Kitabdakı hansı personaj haqda daha dərindən mütaliə etmək istəyərdiniz?

NƏĞMƏ 96 Allahın Kəlamı bir xəzinədir

a Müqəddəs Kitabdakı hadisələrin çoxu göstərir ki, Yehova xidmətçilərini sevir və sınaqlar zamanı onlara kömək etməyə hazırdır. Bu məqalədə araşdıracağıq ki, Müqəddəs Kitabı mütaliə edərkən oxuduqlarımızdan daha çox fayda əldə etmək üçün nə edə bilərik.

b Burada tövsiyə olunan üsul mütaliə etməyin yollarından biridir. «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitinin «Müqəddəs Kitab» mövzusunun «Müqəddəs Kitabı oxumaq və başa düşmək» başlığı altında mütaliə etmək üçün digər tövsiyələr yer alır.

c Yığıncaqda «Gözətçi qülləsi»nin müzakirəsində bu ayələri oxumayın.

d jw.org saytında «İman örnəkləri. Müqəddəs Kitabda adları çəkilən kişi və qadınlar» başlığına baxın. (MÜQƏDDƏS KİTAB TƏLİMLƏRİ > ALLAHA İMAN bölməsinə daxil olun.)

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş