Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp22 №  1 s. 6—7
  • 1 | Ayrı-seçkilik etməyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 1 | Ayrı-seçkilik etməyin
  • Gözətçi qülləsi (kütləvi) 2022
  • Başlıqlar
  • Oxşar material
  • Təlim:
  • Mənası:
  • Siz nə edə bilərsiniz?
  • 3 | Düşüncənizi dəyişin
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Müqəddəs Kitab həyatları dəyişir
    Gözətçi qülləsi 2009
  • Nifrət zəncirini necə qırmaq olar?
    Gözətçi qülləsi (kütləvi) 2022
  • Nifrət zəncirinin başlanğıcı
    Gözətçi qülləsi (kütləvi) 2022
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2022
wp22 №  1 s. 6—7
Qaradərili kişi ağdərili gülərüz kişinin şəklini tutub, ağdərili kişi qaradərili gülərüz kişinin şəklini tutub. Arxa fonda qəzəbli adamların şəkilləridir.

NİFRƏT ZƏNCİRİNİ NECƏ QIRMAQ OLAR?

1 | Ayrı-seçkilik etməyin

Təlim:

«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (HƏVARİLƏRİN İŞLƏRİ 10:34, 35).

Mənası:

Yehovaa Allah insanlara milliyyətinə, irqinə, dərisinin rənginə və ya mədəniyyətinə görə qiymət vermir. Əksinə, Onun üçün başqa şey — insanın daxili aləmi vacibdir. Həqiqətən də, «insan zahiri görür, Allah isə ürəyi» (1 İşmuil 16:7).

Siz nə edə bilərsiniz?

Biz insanların ürəyini görmürük. Amma Allahdan nümunə götürərək, insanlar arasında ayrı-seçkilik etməyə bilərik. İnsanlara kütlə kimi baxmayın, hər kəsə fərdi yanaşın. Əgər ürəyinizdə kimlərəsə qarşı, məsələn, hansısa irqə və ya millətə qarşı mənfi hisslərin olduğunu görürsünüzsə, bu hisslərdən qurtulmaq üçün duada Allahdan kömək istəyin (Zəbur 139:23, 24). Sidqi-ürəkdən Yehova Allaha dua etsəniz, əmin olun ki, O, duanızı eşidəcək və sizə qərəzsiz olmağa kömək edəcək (1 Butrus 3:12).

a Yehova Allahın adıdır (Zəbur 83:18).

«Əvvəllər ağdərili insanla sakit oturmağı belə bacarmırdım... Mən özümü beynəlxalq qardaşlığın üzvü kimi hiss etdim» (TAYTUS).

Real həyatdan nümunə. TAYTUS

Nifrət zəncirini qırdı

Taytus.

Taytus quldur dəstəsinin üzvü idi. Onların dəstəsi irqi ayrı-seçkiliyi dəstəkləyən qanunlara etiraz edirdi. O deyir: «Biz dava salmaq üçün şəhərin qaraların girməsi qadağan olunan yerlərinə, məsələn, mehmanxanalara, barlara gedirdik». Taytus etiraf edir ki, onu bu cür davranmağa ürəyindəki nifrət hissi təhrik edirdi. O deyir: «Kişi və ya qadın olmasından asılı olmayaraq, kiminləsə sözüm çəp gələndə ilk zərbəni həmişə mən vururdum».

Taytus Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənəndə dəyişməyə başladı. Müqəddəs Kitabdan oxuduqları ona güclü təsir edirdi. Xüsusən də bir ayə onun ürəyini riqqətə gətirmişdi. Həmin ayədə Allah vəd edir ki, gələcəkdə «ölüm olmayacaq. Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq» (Vəhy 21:3, 4).

Əvvəl-əvvəl Taytus ürəyindən nifrəti silib ata bilmirdi. O deyir: «Düşüncə tərzimi və davranışımı dəyişmək çox çətin idi». Amma Həvarilərin işləri 10:34, 35 ayələri ona kömək etdi. Orada Allahın ayrı-seçkilik etmədiyi yazılıb.

Bəs bunun Taytusa hansı faydası oldu? O deyir: «İrqi və dərisinin rəngi müxtəlif olan Yehovanın Şahidləri arasında səmimi məhəbbəti görəndə başa düşdüm ki, bu, həqiqi dindir. Hələ vəftiz olmamışdan əvvəl ağdərili Şahid məni öz evinə nahara dəvət etmişdi. Bu, sanki yuxu idi. Əvvəllər ağdərili insanla sakit oturmağı belə bacarmırdım, o ki qaldı evində oturub onunla nahar edim. Mən özümü beynəlxalq qardaşlığın üzvü kimi hiss etdim».

Taytusun hekayəsini «Gözətçi qülləsi» jurnalının 2009-cu il oktyabr—dekabr sayının 20—21 səhifələrindən oxuya bilərsiniz.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş