Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w22 aprel s. 28—s. 29 abz. 5
  • Oxucuların sualları

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oxucuların sualları
  • Gözətçi qülləsi 2022
  • Oxşar material
  • Allaha itaət et və onun and içərək verdiyi vədlərindən yararlan
    Gözətçi qülləsi 2012
  • Bilirsiniz?
    Gözətçi qülləsi 2017
  • Sözümüzün ağası olaq
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Gözətçi qülləsi 2022
w22 aprel s. 28—s. 29 abz. 5

Oxucuların Sualları

Müqəddəs Kitabda and içməklə bağlı nə deyilir?

And içmək «çox vaxt Allahı şahid tutaraq nəyisə edəcəyini təntənəli və rəsmi şəkildə bəyan etmək, yəni söz vermək deməkdir». Bu, ya şifahi, ya da yazılı şəkildə ola bilər.

İsa Məsih demişdi: «Ümumiyyətlə, and içməyin... Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun. Bundan artığı Şərirdəndir» (Mət. 5:33—37). Bəziləri İsanın bu sözlərinə görə and içməyin düzgün olmadığını düşünür. Əlbəttə, İsa bilirdi ki, Musanın qanununda bəzi hallarda israillilərdən and içmək tələb olunurdu. Bilirdi ki, Allahın mömin bəndələri and içmişdi (Yar. 14:22, 23; Çıx. 22:10, 11). O, Yehovanın da and içdiyini bilirdi (İbr. 6:13—17). Deməli, İsa heç vaxt and içməməli olduğumuzu nəzərdə tutmurdu. O, bu sözlərlə demək istəyirdi ki, boş şeyə görə, mənasız yerə and içmək düzgün deyil. Biz sözümüzün üstündə durmağa müqəddəs bir öhdəlik kimi baxmalıyıq. Sözümüzün ağası olmalıyıq.

Bəs and içmək tələb olunan vəziyyətlərdə nə etməliyik? Əvvəla, düşünün, and içdiyiniz şeyi edə biləcəksiniz? Əgər buna əmin deyilsinizsə, yaxşısı budur, and içməyin. Allahın Kəlamı bizi xəbərdar edir: «Nəzir deməmək nəzir deyib onu yerinə yetirməməkdən yaxşıdır» (Vaiz 5:5). İkincisi, and içdiyiniz şeyin Müqəddəs Kitab prinsiplərinə uyğun gəlib-gəlmədiyini müəyyən edin və tərbiyə olunmuş vicdanınıza uyğun davranın. Bu hansı prinsiplərdir?

Kişi məhkəmədə and içir. O, sağ əlini qaldırıb, sol əlini isə Müqəddəs Kitabın üstünə qoyub.

Bəzi andlar Allahın iradəsinə zidd deyil. Məsələn, Yehovanın Şahidi olan bəy-gəlin nikaha daxil olarkən bir-birlərinə and içirlər. Onlar Allahın və şahidlərin qarşısında söz verir ki, nə qədər ki yer üzündə yaşayırlar, bir-birlərini sevəcəklər, qayğı göstərəcəklər və dərin hörmət bəsləyəcəklər. (Bəzi ər-arvadlar nikah kəsilən zaman məhz bu sözləri deməsələr də, yenə də Allahın qarşısında and içiblər.) Bundan sonra onlar ər-arvad elan olunur. Onların nikahları ömürlük olmalıdır (Yar. 2:24; 1 Kor. 7:39). Nikah andının içilməsi düzgündür və Allahın iradəsinə uyğundur.

Bəzi andlar Allahın iradəsinə ziddir. Məsələn, əsl məsihilər əllərinə silah alıb ölkəni müdafiə etmək və ya Allaha ibadətdən imtina etmək kimi andlar vermirlər. Bunu etsələr, Allahın əmrini pozmuş olarlar. Məsihilər bu dünyaya məxsus olmamalıdırlar, buna görə də biz münaqişələrə, müharibələrə qarışmamalıyıq (Yəh. 15:19; Əşy. 2:4; Yaq. 1:27).

Bəzi hallarda and içmək vicdan məsələsidir. İsa Məsih demişdi: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin» (Luka 20:25). Bəzən and içməmişdən öncə bu məsləhəti ciddi götür-qoy etmək lazımdır.

Məsələn, məsihi vətəndaşlıq və ya pasport almaq istəyəndə öyrənir ki, o, sədaqət andı içməlidir. Əgər o, bu andla Allahın qanununa zidd gedəcək bir şeyi etməyə söz verəcəksə, Müqəddəs Kitaba əsasən tərbiyə olunmuş vicdanı bu andı içməyə yol verməyəcək. Amma ola bilsin, dövlət icazə verəcək ki, o, andın sözlərində dəyişiklik etsin və beləcə, vicdanına zidd getmədən and içə bilsin.

Sözləri dəyişdirilmiş sədaqət andını içməklə məsihi Romalılara 13:1 ayəsindəki prinsipə uyğun davranmış ola bilər. Orada deyilir: «Qoy hər kəs hökumətə tabe olsun». Yehova mümkün olduğu qədər hökumətə tabe olmağı buyurduğu üçün məsihi belə qənaətə gələ bilər ki, belə bir andı verməkdə qəbahət bir şey yoxdur.

And içərkən əşyalardan istifadə etmək və ya hansısa jesti etmək tələb olunanda da məsihi tərbiyə olunmuş vicdanına uyğun davranmalıdır. Qədimdə romalılar və skiflər qılıncla anda içirdilər. Bununla onlar dedikləri sözün doğruluğuna müharibə allahını şahid tuturdular. Yunanlar isə and içəndə əllərini göyə qaldırırdılar. Bununla onlar göstərirdilər ki, ilahi bir qüvvə var, o, deyilənləri və edilənləri müşahidə edir və insan onun qarşısında məsuliyyət daşıyır.

Əlbəttə ki, Yehovanın xidmətçisi yalan ibadətlə bağlı olan heç bir dövlət rəmzinə and içməyəcək. Bəs əgər məhkəmədə sizdən gözlənilirsə ki, əlinizi Müqəddəs Kitabın üzərinə qoyub, doğru şahidlik verəcəyinizə and içəsiniz, onda necə? Ola bilsin, siz bunu etmək qərarına gələcəksiniz, çünki Müqəddəs Kitabda sadiq insanların müəyyən jestlərin müşayiəti ilə and içdiyi deyilir (Yar. 24:2, 3, 9; 47:29—31). Bu zaman unutmayın ki, siz Allah qarşısında hər şeyi düz danışacağınıza and içirsiniz. Ona görə də sizə verilən istənilən suala düzgün cavab vermək üçün hazırlıqlı olmalısınız.

Müqəddəs Kitab prinsipləri

  • Mətta 5:37: «Qoy “bəli”niz bəli olsun, “xeyr” sözünüz xeyr olsun».

  • Yəhya 15:19: «Siz dünyaya məxsus deyilsiniz».

  • Qanunun təkrarı 5:9: «Allahınız Yehova tam sədaqət tələb edən [Allahdır]».

  • Romalılara 13:1: «Hər kəs hökumətə tabe olsun».

  • Luka 20:25: «Padşaha məxsus şeyləri padşaha, Allaha məxsus şeyləri Allaha verin».

  • 1 Butrus 2:12: «Başqa xalqların arasında bundan sonra da nümunəvi davranın ki,.. [insanlar] yaxşı işlərinizi müşahidə [etsinlər]».

Yehova ilə münasibətlərimiz bizim üçün çox qiymətlidir. Ona görə də and içməmişdən əvvəl dua etməliyik və bu andın vicdanımıza, yaxud Müqəddəs Kitab prinsiplərinə zidd getmədiyinə əmin olmalıyıq. Əgər and içmək qərarına gəliriksə, onda sözümüzün üstündə durmalıyıq (1 But. 2:12).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş