Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w22 avqust s. 2—7
  • Əziz gənclər, daim yetkinliyə doğru irəliləyin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Əziz gənclər, daim yetkinliyə doğru irəliləyin
  • Gözətçi qülləsi 2022
  • Başlıqlar
  • Oxşar material
  • YETKİNLİYƏ DOĞRU NECƏ İRƏLİLƏYƏ BİLƏRSİNİZ?
  • MƏQSƏDLƏR QOYMAQ YETKİNLƏŞMƏYİNİZƏ KÖMƏK EDƏCƏK
  • Məhəbbətinizi artırın
    Gözətçi qülləsi 2023
  • Yehova ilə əbədiyyən dost olun
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Ruhani cəhətdən tərəqqi edin
    Gözətçi qülləsi 2016
  • Məqsədlər qoyun və onlara nail olun
    Gözətçi qülləsi 2022
Əlavə
Gözətçi qülləsi 2022
w22 avqust s. 2—7

TƏLİM MƏQALƏSİ 32

Əziz gənclər, daim yetkinliyə doğru irəliləyin

«Hər şeydə məhəbbətlə inkişaf edək» (EFES. 4:15).

NƏĞMƏ 56 Həqiqətə bağlan

İCMALa

1. Bir çox gənclər hansı gözəl nailiyyətlər əldə ediblər?

HƏR il minlərlə gənc vəftiz olunur. Əgər siz də təzəlikcə vəftiz olunmusunuzsa, həm bacı-qardaşlar, həm də Yehova sizə görə çox sevinir! (Məs. 27:11). Bir anlıq bu vaxta qədər nələrə nail olduğunuz haqda düşünün. Siz Müqəddəs Kitabı dərindən araşdırmısınız, bəlkə də, buna bir neçə il sərf etmisiniz. Nəticədə, əmin olmusunuz ki, Müqəddəs Kitab Allahın Kəlamıdır. Ən əsası isə bu kitabın müəllifini tanımısınız və Onu sevmisiniz. Yehovaya sevginiz o qədər artdı ki, özünüzü Ona həsr edib vəftiz olundunuz. Əhsən sizə!

2. Bu məqalədə nə haqda danışacağıq?

2 Şübhəsiz, vəftizə qədər çoxlu sınaqlardan keçmisiniz. Amma böyüdükcə yeni sınaqlarınız olacaq. Şeytan çalışacaq ki, Yehovaya məhəbbətinizi soyutsun, daha Ona ibadət etməyəsiniz (Efes. 4:14). Şeytanın buna nail olmasına imkan verməyin. Bəs Yehovaya sadiq qalmağa və həsr olunanda verdiyiniz sözün üstündə durmağa sizə nə kömək edəcək? Yerinizdə dayanmayın, yetkinliyə doğru irəliləyin (İbr. 6:1). Bəs bunu necə edə bilərsiniz?

YETKİNLİYƏ DOĞRU NECƏ İRƏLİLƏYƏ BİLƏRSİNİZ?

3. Vəftizdən sonra bütün məsihilər nə etməlidir?

3 Həvari Bulus Efesdəki məsihilərə gözəl məsləhət vermişdi, vəftizdən sonra hər birimiz bu məsləhətə əməl etməliyik. O, onları «yetkin» məsihi olmağa təşviq etmişdi (Efes. 4:13). Başqa sözlə, onlar ruhani inkişaflarını davam etdirməli idilər. Bulus ruhani inkişafı körpə uşağın inkişafına bənzətmişdi. Uşaq dünyaya gələndə valideynlər sevinir, ürəyi fərəhlə dolur. Amma uşaq ömür boyu körpə qala bilməz, vaxt keçdikcə «uşağa xas cəhətləri qırağa» qoymalıdır (1 Kor. 13:11). Eyni şeyi məsihilər haqda da demək olar. Vəftiz olunandan sonra biz ruhani cəhətdən inkişaf etməyə davam etməliyik. Gəlin bu sahədə bizə kömək edəcək bəzi məsləhətlərə nəzər salaq.

4. Hansı xüsusiyyət ruhani cəhətdən inkişaf etməyinizə kömək edə bilər? İzah edin (Filippililərə 1:9).

4 Yehovaya məhəbbətinizi gücləndirin. Artıq sizin ürəyinizdə Yehovaya böyük məhəbbət var. Amma bu məhəbbətinizi gücləndirə bilərsiniz. Bunu necə etmək olar? Həvari Bulus Filippililərə 1:9 ayəsində bunun bir yolunu göstərmişdi. (Ayəni oxuyun.) O, dua edirdi ki, filippililərin məhəbbəti «artdıqca artsın». Deməli, biz də məhəbbətimizi artıra bilərik. Buna «dəqiq bilik və tam dərrakə» sayəsində nail olmaq olar. Yehova haqda biliyimiz artdıqca Ona məhəbbətimiz artır, xüsusiyyətlərini, gördüyü işləri daha da qiymətləndiririk. Biz bütün qəlbimizlə istəyirik ki, Yehovanı razı salaq, Onu məyus edəcək hərəkətə yol verməyək. Allahın iradəsini dərk etmək və buna uyğun davranmaq üçün var gücümüzlə çalışırıq.

5, 6. Yehovaya məhəbbətimizi necə artıra bilərik? İzah edin.

5 Yehovaya məhəbbətimizi artırmaq üçün Onun Oğlunu daha yaxından tanımalıyıq, çünki Oğul Atasının xüsusiyyətlərini mükəmməl surətdə əks etdirir (İbr. 1:3). İsanı tanımağın ən gözəl yolu dörd Müjdəni araşdırmaqdır. Əgər Müqəddəs Kitabı hər gün oxumağı vərdiş etməmisinizsə, bəlkə, elə bu gündən başlayasınız? İsa haqqında oxuyanda onun keyfiyyətlərinə xüsusilə fikir verin. İnsanlara onun yanında olmaq, onunla danışmaq xoş idi; o, balaca uşaqları qucağına alırdı (Mark 10:13—16). Şagirdləri onun yanında özlərini rahat hiss edirdilər, düşüncələrini dilə gətirməyə çəkinmirdilər (Mət. 16:22). Bununla İsa Atasının xüsusiyyətlərini əks etdirirdi. Yehova da bizimlə elə münasibət yaradır ki, Ona rahat yaxınlaşırıq. Duada bütün ürəyimizi Ona boşalda bilirik. Arxayınıq ki, O bizi qınamır, bizi sevir və bizim qayğımızı çəkir (1 But. 5:7).

6 İsa insanlara şəfqətlə yanaşırdı. Həvari Mətta yazmışdı: «İsa camaatı görəndə onların halına acıdı, çünki bu adamlar çobansız qoyunlar kimi yazıq və dağınıq idilər» (Mət. 9:36). Bəs Yehova haqda nə demək olar? İsa belə demişdi: «Mənim göydəki Atam bu kiçiklərdən bircəciyinin belə məhv olmasını istəmir» (Mət. 18:14). Görün Yehova bizi nə qədər çox istəyir! İsanı yaxından tanıdıqca Yehovaya məhəbbətimiz daha da güclənir.

7. Yetkin məsihilərlə ünsiyyət sizə necə kömək edə bilər?

7 Yığıncağınızdakı yetkin bacı-qardaşlarla vaxt keçirmək, onları yaxından tanımaq sizə məhəbbətinizi artırmağa və bir məsihi kimi yetkinləşməyə kömək edə bilər. Onların ürəyinin necə sevinc dolu olduğuna fikir verin. Onlar Yehovaya xidməti seçdikləri üçün qətiyyən peşman deyillər. Onlardan Yehovaya xidmət etdikləri illər ərzində yaşadıqları maraqlı hadisələri danışmalarını xahiş edin. Vacib qərar qarşısında olanda onlardan məsləhət istəyin. Axı «çoxlu məsləhətçi olan yerdə... uğur gələr» (Məs. 11:14).

Şəkillər: 1) Gənc bacı «Həyat necə yaranıb?» və «Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab» broşürləri vasitəsilə araşdırma aparır. 2) Həmin bacı məktəbdə müəlliminə və sinif yoldaşlarına hazırladığı təqdimatı təqdim edir.

Məktəbdə təkamül nəzəriyyəsi tədris olunarsa, buna hazırlıqlı olmaq üçün nə edə bilərsiniz? (8 və 9-cu abzaslara baxın)

8. Müqəddəs Kitabda yazılanlarla bağlı ürəyinizdə şübhə yaranarsa, nə edə bilərsiniz?

8 Şübhələri aradan qaldırın. İkinci abzasda qeyd olunduğu kimi, Şeytan sizin ruhani inkişafınıza əngəl olmağa çalışacaq. Onun əl atdığı üsullardan biri sizdə Müqəddəs Kitab təlimlərinə şübhə oyatmaqdır. Məsələn, ola bilsin, gələcəkdə kimlərsə sizi Yaradanın var olduğunu təkzib edən təkamül təliminə inandırmağa çalışacaq. Bəlkə də, balaca olanda bu haqda heç düşünmürdünüz. Amma indi böyümüsünüz və ola bilsin, məktəbdə sizə təkamül barədə dərs keçirlər. Müəllimlərinizin təkamüllə bağlı dediyi fikirlər sizə inandırıcı, məntiqli gələ bilər. Amma, ola bilsin, onlar Yaradanın varlığına dair sübutların dərinliyinə varmayıblar. Məsəllər 18:17 ayəsindəki prinsipi unutmayın: «Birinci iddia qaldıran haqlı görünər, ta qarşı tərəf gəlib sorğu-sual edənədək». Məktəbdə eşitdiklərinizi kor-koranə qəbul etməkdənsə, yaxşı olar ki, Müqəddəs Kitabdakı həqiqətləri diqqətlə araşdırasınız. Nəşrlərimizdə axtarış aparın. Əvvəllər təkamülə inanmış bacı-qardaşlarla söhbət edinb. Bizi sevən bir Yaradanın olduğuna nəyə görə əmin olduqlarını soruşun. Bu kimi söhbətlər sizi təşviq edə bilər ki, Yaradanın varlığına dair sübutları araşdırasınız.

9. Melisanın hadisəsindən nə öyrəndiniz?

9 Melisac adlı bacı yaradılışla bağlı araşdırma aparmağın böyük xeyrini görüb. O deyir: «Məktəbdə təkamül çox inandırıcı şəkildə tədris olunur. Əvvəl-əvvəl məndə yaranan şübhələri boğurdum, qorxurdum ki, birdən araşdırma aparsam, təkamülün doğru olduğu qənaətinə gələrəm. Amma sonra düşündüm ki, Yehova bizim Ona kor-koranə ibadət etməyimizi istəmir. Buna görə də suallarıma cavab axtarmağa başladım. “Qayğıkeş Yaradan mövcuddurmu?” kitabını, həmçinin “Həyat necə yaranıb?” və “Həyatın əmələ gəlməsi. Beş vacib suala cavab” adlı broşürləri oxudum. Mənə elə bu lazım imiş. Kaş lap əvvəldən araşdırma aparardım».

10, 11. Əxlaqi təmizliyinizi qorumağa sizə nə kömək edə bilər? (1 Salonikililərə 4:3, 4).

10 Yanlış hərəkətlərdən uzaq durun. Yeniyetməlik dövründə cinsi istəklər güclü ola bilər. Bəzən də kimlərsə gəncləri cinsi əxlaqsızlıq etməyə təhrik edir. Şeytanın məqsədi odur ki, siz cinsi istəklərinizə məğlub olasınız. Bəs əxlaqınızı təmiz saxlamağa sizə nə kömək edə bilər? (1 Salonikililərə 4:3, 4 ayələrini oxuyun.) Duada ürəyinizi Yehovaya boşaldın. Keçirdiyiniz hissləri Ona danışın, Ondan güc istəyin (Mət. 6:13). Unutmayın ki, Yehova sizə cəza vermək yox, kömək etmək istəyir (Zəb. 103:13, 14). Müqəddəs Kitabın da sizə böyük köməyi dəyə bilər. Əvvəlki abzasda adı çəkilən Melisaya natəmiz fikirləri beynindən qovmaq çox çətin idi. O deyir: «Müqəddəs Kitabı hər gün oxumaq mənə bu fikirlərlə mübarizə aparmağa kömək etdi. Oxuduqlarım mənə xatırlatdı ki, mən Yehovaya məxsusam və həyatda Ona ehtiyacım var» (Zəb. 119:9).

11 Problemlərinizi təkbaşına həll etməyə çalışmayın. Bu haqda valideynlərinizlə danışın. Düzdür, bu cür şəxsi məsələlər haqda danışmaq asan deyil, amma bu, çox vacibdir. Melisa deyir: «Mən duada Yehovadan cəsarət istədim, sonra isə atama problemimi danışdım. Bu söhbətdən sonra xeyli yüngülləşdim. Bilirdim ki, Yehova mənimlə qürur duyur».

12. Düzgün qərar verməyə sizə nə kömək edə bilər?

12 Müqəddəs Kitab prinsiplərini əldə rəhbər tutun. Valideynləriniz tədricən sizə sərbəst qərarlar verməyə icazə verəcəklər. Amma sizin həyat təcrübəniz yenə də çox deyil. Bəs Yehova ilə dostluğunuza mənfi təsir edəcək hərəkətləri etməməyə sizə nə kömək edə bilər? (Məs. 22:3). Görün Kari adlı bacıya düzgün qərarlar verməyə nə kömək edib. O başa düşdü ki, yetkin məsihiyə hər addımı üçün qanun lazım deyil. Kari deyir: «Anladım ki, mən sadəcə qanunları yox, Müqəddəs Kitab prinsiplərini başa düşməliyəm». Müqəddəs Kitabı oxuyarkən özünüzə növbəti sualları verin: «Bu hadisədən Yehova haqda nə öyrənirəm? Düzgün qərar verməyimə kömək edəcək hansısa prinsiplər var? Əgər varsa, onları tətbiq etməyimin mənə hansı xeyri olacaq?» (Zəb. 19:7; Əşy. 48:17, 18). Müqəddəs Kitabı oxumağın və oradakı prinsiplərin üzərində düşünməyin sayəsində Yehovaya xoş gedəcək qərarlar vermək sizə daha asan olacaq. Bir məsihi kimi yetkinləşdikcə Yehovanın düşüncə tərzini dərk edəcəksiniz və görəcəksiniz ki, hər vəziyyətə dair qanuna ehtiyac yoxdur.

İki gənc bacı birlikdə «Gözətçi qülləsi» jurnalından məqaləyə hazırlaşır.

Gənc bacı nə cür dostlar seçib? (13-cü abzasa baxın)

13. Yaxşı dostların sizə hansı köməyi dəyə bilər? (Məsəllər 13:20).

13 Yehovanı sevənlərlə dostluq edin. Qeyd olunduğu kimi, kimlərlə dostluq etməyiniz məsihi kimi inkişafınızda böyük rol oynayacaq. (Məsəllər 13:20 ayəsini oxuyun.) Sara adlı bacı xidmətdə sevincini itirirdi. Görün ona yenidən Yehovaya ibadətdə sevinc duymağa nə kömək etdi. Sara deyir: «Mən düz vaxtında gözəl dostlar tapdım. Bir gənc bacı ilə birlikdə hər həftə “Gözətçi qülləsi”ni araşdırırdıq. Digər rəfiqəmin köməyi ilə yığıncaqda şərhlər verməyə başladım. Onların köməyi sayəsində mən fərdi mütaliəyə və duaya daha çox önəm verdim. Yehova ilə dostluğum möhkəmləndi və yenidən sevinc duydum».

14. Jülyen qardaş yaxşı dostları necə tapdı?

14 Bəs sizə yaxşı təsir edəcək dostları necə tapa bilərsiniz? Hal-hazırda ağsaqqal kimi xidmət edən Jülyen deyir: «Gənc olanda təbliğ etdiyim əməkdaşlarımla dostlaşdım. Onlar çox şövqlü idilər, mənə xidmətin necə məmnunluq gətirdiyini görməyə kömək etdilər. Mən qarşıma tamvaxtlı xidmət etməyi məqsəd qoydum. Həmçinin başa düşdüm ki, ancaq öz yaşıdlarımla oturub-durmaqla gözəl və maraqlı dostluqlardan özümü məhrum edirəm. Sonralar Beyteldə də yaxşı dostluqlar qurdum. Onların nümunəsi mənə əyləncə seçimində daha diqqətli olmağa kömək etdi. Bunun sayəsində Yehovaya daha da yaxınlaşdım».

15. Bulus Timutiyə dostluqla bağlı hansı məsləhəti vermişdi? (2 Timutiyə 2:20—22).

15 Ola bilsin, görürsünüz ki, yığıncaqda dostluq etmək istədiyiniz insan sizə pis təsir edə bilər. Onda nə edəcəksiniz? Həvari Bulus bilirdi ki, birinci əsrdə yığıncaqda bəziləri məsihiyə uyğun davranmır. Ona görə də Timutiyə məsləhət görmüşdü ki, onlardan uzaq dursun. (2 Timutiyə 2:20—22 ayələrini oxuyun.) Yehova ilə dostluğumuz çox qiymətlidir. Böyük zəhmətlə qurduğumuz bu münasibətləri kiminsə zəiflətməsinə yol verməməliyik (Zəb. 26:4).

MƏQSƏDLƏR QOYMAQ YETKİNLƏŞMƏYİNİZƏ KÖMƏK EDƏCƏK

16. Qarşınıza nə cür məqsədlər qoymalısınız?

16 Dəyərli məqsədlər qoyun. Elə məqsədlər qoyun ki, imanınızı möhkəmləndirsin və yetkinləşməyinizə kömək etsin (Efes. 3:16). Məsələn, qərar verə bilərsiniz ki, fərdi mütaliəyə və Müqəddəs Kitabı oxumağa müntəzəm olaraq vaxt ayırasınız (Zəb. 1:2, 3). Bəlkə də, dualarınızın sayını artırmaq və daha da dolğunlaşdırmaq lazımdır. Yaxud da əyləncə seçimində və ona sərf etdiyiniz vaxt məsələsində özünüzə daha çox hakim olmalısınız (Efes. 5:15, 16). Yetkinliyə doğru can atmağınız Yehovanın qəlbini sevindirəcək.

Əvvəlki şəkildə «Gözətçi qülləsi» jurnalından məqaləyə hazırlaşan bacılardan biri yaşı bacıya bazarlıq etməyə kömək edir.

Bu gənc bacı qarşısına hansı məqsədi qoyub? (17-ci abzasa baxın)

17. Başqalarına kömək etməklə özünüzə necə kömək etmiş olursunuz?

17 Başqalarına kömək etmək yetkinləşməyinizdə böyük rol oynayır. İsa demişdi: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). Siz vaxtınızı və gənclik gücünüzü başqalarına köməyə sərf etsəniz, özünüz də xeyir görəcəksiniz. Məsələn, qarşınıza məqsəd qoya bilərsiniz ki, yığıncağınızdakı yaşlı, xəstə bacı-qardaşlara dayaq olasınız. Onlara ev işlərində kömək edə bilərsiniz, yaxud elektron cihazdan istifadə etməyi öyrədə bilərsiniz. Qardaşlar dindaşlarına kömək etmək üçün yığıncaq xidmətçisi olmağa can ata bilərlər (Filip. 2:4). Xoş müjdəni təbliğ etməklə isə yığıncaqdan kənardakı insanlara məhəbbət göstərmiş olacaqsınız (Mət. 9:36, 37). Mümkündürsə, hansısa tamvaxtlı xidmət növünü məqsəd qoyun.

18. Tamvaxtlı xidmət inkişafınıza necə kömək edə bilər?

18 Tamvaxtlı xidmətə başlasanız, bir məsihi kimi yetkinləşmək üçün çoxlu imkanınız olacaq. Öncül xidməti Padşahlıq Müjdəçiləri Məktəbində oxumaq üçün qarşınızda qapı açır. Həmçinin Beyteldə və ya tikinti layihələrində xidmət edə bilərsiniz. Keytlin adlı gənc öncül bacı deyir: «Təcrübəli bacı-qardaşlarla xidmətdə əməkdaşlıq etmək vəftizdən sonra inkişaf etməyimdə böyük rol oynadı. Onların nümunəsi məni təşviq etdi ki, Müqəddəs Kitab biliklərimi dərinləşdirim və müəllimlik qabiliyyətimi artırım».

19. Yetkinliyə doğru irəliləmək sizə hansı nemətləri gətirəcək?

19 Yetkinliyə doğru irəlilədikcə çoxlu nemətlər alacaqsınız. Bunun sayəsində gəncliyinizi boş məqsədlərə hədər etməyəcəksiniz (1 Yəh. 2:17). Yanlış qərarların gətirdiyi qəlb ağrısını yaşamayacaqsınız. Əksinə, həyatda gerçək uğura nail olacaqsınız və əsl xoşbəxtlik duyacaqsınız (Məs. 16:3). Sizin gözəl nümunəniz həm gənc, həm də yaşlı dindaşlarınızı ruhlandıracaq (1 Tim. 4:12). Ən əsası isə Yehovanı razı saldığınız və Onunla möhkəm dostluğa sahib olduğunuz üçün qəlbiniz sülh və məmnunluqla dolacaq (Məs. 23:15, 16).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Nəyə görə vəftizdən sonra ruhani cəhətdən inkişaf etməyə davam etməliyik?

  • Gənclər yetkinliyə doğru irəliləmək üçün hansı addımları ata bilərlər?

  • Dəyərli məqsədlər qoymaq yetkinləşməyimizə necə kömək edə bilər?

NƏĞMƏ 88 Mənə yollarını öyrət

a Gənclərin vəftiz olunduğunu görəndə hamımız çox sevinirik. Təbii ki, vəftizdən sonra ruhani inkişafı davam etdirmək lazımdır. Bu məqalədən hər birimiz görəcəyik ki, təzəlikcə vəftiz olunan gənclər yetkinliyə doğru necə irəliləyə bilər.

b Həmçinin jw.org saytında «Həyatın əmələ gəlməsi» bölməsinə baxa bilərsiniz.

c Bəzi adlar şərtidir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş