Ön söz
Bütün dünyada milyonlarla insan psixoloji problemlərdən əziyyət çəkir. Təhsilindən, maddi vəziyyətindən, mənşəyindən, dinindən, cavan və ya yaşlı olmasından asılı olmayaraq, hər kəs narahatlıq yaradan simptomlarla mübarizə aparır. Psixi (mental) xəstəliklər nədir və insanlara necə təsir edir? Bu jurnalda düzgün tibbi müalicə almağın vacibliyindən, həmçinin bu cür xəstəliklərdən əziyyət çəkən insanlar üçün Müqəddəs Kitabdakı faydalı məsləhətlərdən danışılacaq.