Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 avqust s. 8—13
  • Peyğəmbərliklərdən öyrənin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Peyğəmbərliklərdən öyrənin
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • PEYĞƏMBƏRLİKLƏRİ NƏYƏ GÖRƏ ARAŞDIRMALIYIQ?
  • PEYĞƏMBƏRLİKLƏRİ NECƏ ARAŞDIRMAQ LAZIMDIR?
  • DƏMİRLƏ GİLDƏN OLAN AYAQLAR BARƏDƏ ÖYRƏNMƏYİN VACİBLİYİ
  • «ŞİMAL PADŞAHI», «CƏNUB PADŞAHI» VƏ SİZ
  • PEYĞƏMBƏRLİKLƏRƏ DİQQƏT KƏSİLİN
  • Padşahlıq hakimiyyət sürür!
    Gözətçi qülləsi 2022
  • Axırzamanda «şimal padşahı» olmuş dövlətlər
    Gözətçi qülləsi 2020
  • Şimal padşahı bu gün kimdir?
    Gözətçi qülləsi 2020
  • Dənyal peyğəmbərin nümunəsini izləyin
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2023
w23 avqust s. 8—13

TƏLİM MƏQALƏSİ 34

Peyğəmbərliklərdən öyrənin

«Ağıllı adamlarsa dərk edəcək» (DƏN. 12:10).

NƏĞMƏ 98 Allahdan ilham almış Müqəddəs Yazılar

İCMALa

1. Peyğəmbərlikləri araşdırmağı necə sevə bilərik?

PEYĞƏMBƏRLİKLƏR. Onları araşdırmaq xoşunuza gəlir? Ben adlı gənc qardaş deyir: «Peyğəmbərlikləri araşdırmağı çox xoşlayıram». Onunla razısınız? Yoxsa bunun çətin olduğunu düşünürsünüz? Bəlkə, bu sizə cansıxıcı gəlir? Bilsəniz ki, Yehova Müqəddəs Kitaba peyğəmbərlikləri nəyə görə yazdırıb, fikriniz dəyişər.

2. Bu məqalədə nə haqda danışacağıq?

2 Bu məqalədə öyrənəcəyik ki, peyğəmbərlikləri nəyə görə və necə araşdırmaq lazımdır. Daha sonra Dənyalın yazdığı iki peyğəmbərliyə nəzər salacağıq və görəcəyik ki, onları başa düşmək bizə nədə kömək edə bilər.

PEYĞƏMBƏRLİKLƏRİ NƏYƏ GÖRƏ ARAŞDIRMALIYIQ?

3. Müqəddəs Kitabdakı peyğəmbərlikləri başa düşmək üçün nə etməliyik?

3 Peyğəmbərlikləri başa düşmək üçün köməyə ehtiyacımız var. Belə bir nümunəyə baxaq: Tutaq ki, siz heç vaxt olmadığınız bir yerə getmisiniz. Amma yanınızdakı dostunuz həmin əraziləri yaxşı tanıyır. O bilir ki, siz indi haradasınız və hansı yol hara aparır. Yəqin, onunla yola çıxdığınıza görə sevinərsiniz. Yehova da belə bir dostdur. O, hansı zaman kəsiyində yaşadığımızı və qarşıda bizi nələrin gözlədiyini yaxşı bilir. Buna görə də peyğəmbərlikləri başa düşmək üçün Ondan kömək istəməliyik (Dən. 2:28; 2 But. 1:19, 20).

Ərlə arvad «Dənyal. İmanla keçən ömür» filminə baxır.

Peyğəmbərlikləri araşdırmaq bizi gələcək hadisələrə hazırlayır (4-cü abzasa baxın)

4. Nəyə görə Yehova Öz Kəlamına peyğəmbərliklər yazdırıb? (Ərəmya 29:11). (Həmçinin şəklə baxın.)

4 Hər bir valideyn istəyər ki, uşaqlarının gözəl gələcəyi olsun. Yehova da bunu istəyir. (Ərəmya 29:11 ayəsini oxuyun.) Amma insanlardan fərqli olaraq, Yehova gələcəyimizin necə olacağını dəqiqliklə deyə bilər. Baş verəcək vacib hadisələri bizim də bilməyimiz üçün Yehova Kəlamına peyğəmbərliklər yazdırıb (Əşy. 46:10). Onlar Yehovanın bizə sevərək verdiyi bir hədiyyədir. Bəs Müqəddəs Kitabdakı peyğəmbərliklərin doğrudan da gerçəkləşəcəyinə necə əmin ola bilərik?

5. Gənclər Maksdan nə öyrənə bilər?

5 Məktəbdə gənc məsihilərin ətrafındakı əksər uşaqlar Müqəddəs Kitaba məhəl qoymur. Onların dedikləri və hərəkətləri bu gənclərin ürəyinə şübhə sala bilər. Belə bir şey Maks adlı qardaşla da baş vermişdi. O deyir: «Məktəbdə oxuyan vaxt valideynlərimin mənə həqiqi dini öyrətdiyinə və Müqəddəs Kitabın Allahdan olduğuna şübhə etməyə başladım». Bəs valideynləri buna necə yanaşdı? «Onlar bunu sakit qarşıladı, halbuki bilirdim ki, çox narahatdırlar»,— deyə Maks bölüşür. Valideynləri onun suallarına Müqəddəs Kitabdan cavab verdilər. Maks da öz tərəfindən bəzi şeylər etdi. O deyir: «Müqəddəs Kitabdakı peyğəmbərlikləri özüm də araşdırmağa başladım və öyrəndiklərimi yığıncaqdakı gənclərlə müzakirə etdim. Bundan sonra əmin oldum ki, Müqəddəs Kitabda yazılanlar Allahdandır».

6. Şübhələriniz varsa, nə etməlisiniz və nəyə görə?

6 Əgər siz də Maks kimi Müqəddəs Kitabda yazılanların həqiqət olduğuna şübhə edirsinizsə, özünüzü qınamayın. Amma şübhələrin qarşısını almaq üçün dərhal tədbir görün. Şübhə pas kimidir. Əgər paslanmağın qarşısını almasaq, o, dəyərli bir şeyi yararsız hala sala bilər. İmanınızı paslandıran şübhələri aradan qaldırmaq üçün bu sual üzərində düşünməlisiniz: «Müqəddəs Kitabda gələcəklə bağlı deyilənlərə inanıram?» Əgər buna tam əmin deyilsinizsə, yaxşı olar ki, yerinə yetmiş peyğəmbərlikləri araşdırasınız. Bəs bunu necə edə bilərsiniz?

PEYĞƏMBƏRLİKLƏRİ NECƏ ARAŞDIRMAQ LAZIMDIR?

Bacı «Gözətçi qülləsi» jurnalının 2022-ci il may sayından şimal və cənub padşahları haqda peyğəmbərliyi araşdırır.

Dənyal kimi Yehovaya etibarımızı artırmaq üçün peyğəmbərlikləri təvazökarlıqla, dərindən və düzgün niyyətlə araşdırmalıyıq (7-ci abzasa baxın)

7. Dənyal peyğəmbərlikləri necə araşdırırdı? (Dənyal 12:10). (Həmçinin şəklə baxın.)

7 Müqəddəs Kitabda yazılan peyğəmbərlikləri necə araşdırmaq lazımdır? Bu sahədə Dənyal gözəl nümunədir. O, peyğəmbərlikləri düzgün niyyətlə — həqiqəti bilmək məqsədi ilə araşdırırdı. Həmçinin Dənyal təvazökar idi, başa düşürdü ki, Yehova Ona yaxın olan və Ona itaət edən insanlara peyğəmbərlikləri dərk etməyə kömək edəcək (Dən. 2:27, 28; Dənyal 12:10 ayəsini oxuyun). O, kömək üçün Yehovaya üz tutmaqla təvazökar olduğunu göstərmişdi (Dən. 2:18). Bundan əlavə, Dənyal oxuduqlarının dərinliyinə varırdı. O, Müqəddəs Kitabın həmin vaxt mövcud olan hissələrini araşdırırdı (Ərm. 25:11, 12; Dən. 9:2). Siz onun nümunəsini necə izləyə bilərsiniz?

8. Nəyə görə bəziləri peyğəmbərliklərin yerinə yetdiyinə inanmaq istəmir? Bəs biz nə etməliyik?

8 Niyyətinizi yoxlayın. Peyğəmbərlikləri həqiqəti bilmək istədiyiniz üçün araşdırırsınız? Əgər belədirsə, Yehova sizə kömək edəcək (Yəh. 4:23, 24; 14:16, 17). Amma əfsuslar olsun ki, bəziləri Müqəddəs Kitabdakı peyğəmbərlikləri başqa niyyətlə araşdırır. Onlar ümid edirlər ki, Müqəddəs Kitabın Allahdan olmadığını göstərən dəlillər tapacaqlar, bununla da nəyin yaxşı, nəyin pis olduğuna özlərinin qərar verməsinə haqq qazandıra biləcəklər. Lakin araşdırmanı düzgün niyyətlə etmək lazımdır. Bundan əlavə, peyğəmbərlikləri başa düşmək üçün bizdə bir vacib xüsusiyyət olmalıdır.

9. Peyğəmbərlikləri başa düşmək üçün hansı xüsusiyyət lazımdır? İzah edin.

9 Təvazökar olun. Yehova təvazökar insanlara kömək edəcəyinə söz verir (Yaq. 4:6). Ona görə də peyğəmbərlikləri başa düşmək üçün Ondan kömək istəməliyik. Həmçinin təvazökarıqsa, qəbul edəcəyik ki, sadiq nökərin köməyinə də ehtiyacımız var. Axı Yehova onları bizə vaxtlı-vaxtında ruhani qida vermək üçün təyin edib (Luka 12:42). Yehova nizam-intizam Allahıdır. Ona görə də məntiqlidir ki, Kəlamdakı həqiqətləri başa düşməyimiz üçün bir mənbədən istifadə edər (1 Kor. 14:33; Efes. 4:4—6).

10. Esterin nümunəsindən nə öyrənirsiniz?

10 Dərinliyə varın. Sizə maraqlı gələn peyğəmbərliyi araşdırmaqdan başlaya bilərsiniz. Ester bacı belə də etmişdi. Onun üçün Məsihin gəlişi ilə bağlı peyğəmbərliklər maraqlı idi. Ester deyir: «15 yaşımda bu peyğəmbərliklərin həqiqətən də İsadan əvvəl yazıldığını göstərən sübutları axtarmağa başladım». Ölü dəniz əlyazmaları haqda oxuduqları onu buna əmin etdi. Ester qeyd edir: «Onlardan bəziləri İsanın yaşadığı dövrdən əvvəl yazılmışdı. Deməli, orada yazılan peyğəmbərliklər Allahdandır». Ester bildirir ki, onları başa düşmək üçün dəfələrlə oxumalı olsa da, bu əziyyəti çəkməyə dəydi. O, Müqəddəs Kitabdakı bir sıra peyğəmbərlikləri araşdırdıqdan sonra belə demişdi: «İndi Müqəddəs Kitabda yazılanların həqiqət olduğu mənə gün kimi aydındır».

11. Müqəddəs Kitabın həqiqət olduğuna əmin olmaq bizə nədə kömək edir?

11 Artıq bəzi peyğəmbərliklərin necə yerinə yetdiyini görəndə Yehovaya və Ondan aldığımız göstərişlərə etibarımız möhkəmlənir. Müqəddəs Kitabda gələcəyə dair də peyğəmbərliklər var. Onlar kömək edir ki, problemlərimizə baxmayaraq, ümidimizi itirməyək. Gəlin Dənyalın yazdığı iki peyğəmbərliyə qısaca nəzər salaq. Onlar hal-hazırda yerinə yetir. Bu peyğəmbərlikləri başa düşmək bizə hikmətli qərarlar verməyə kömək edəcək.

DƏMİRLƏ GİLDƏN OLAN AYAQLAR BARƏDƏ ÖYRƏNMƏYİN VACİBLİYİ

12. Dəmirlə gilin qarışığından olan ayaqlar nəyi təmsil edir? (Dənyal 2:41—43).

12 Dənyal 2:41—43 ayələrini oxuyun. Navuxodonosor padşahın yuxuda gördüyü heykəlin ayaqları dəmirlə yumşaq gilin qarışığından idi. Bu peyğəmbərliyi «Dənyal» və «Vəhy» kitabındakı digər peyğəmbərliklərlə tutuşduranda belə qənaətə gəlirik ki, ayaqlar dünyanın aparıcı dövlətləri olan Böyük Britaniya ilə Birləşmiş Ştatları təmsil edir. Dənyal peyğəmbər bu ittifaq barədə demişdi ki, o, «qismən möhkəm, qismən kövrək» olacaq. Bəs nəyə görə qismən kövrək? Çünki o, sadə xalqa (yumşaq gilə) görə tam gücü ilə fəaliyyət göstərə bilmirb.

13. Dənyalın peyğəmbərliyi bizə hansı vacib həqiqətləri açıqlayır?

13 Nəhəng heykəldən, əsas da onun ayaq hissəsindən vacib dərslər öyrənirik. Birincisi, Böyük Britaniya ilə Birləşmiş Ştatlar qüdrətli bir ittifaq olduğunu sübut edib. Məsələn, Birinci və İkinci Dünya müharibəsində onlar qalib gələn dövlətlərin sırasında idi. Lakin vətəndaşları arasında gedən daxili çəkişmələrə görə bu dövlətlər zəifləyib və zəifləməyə davam edir. İkincisi, Allahın Padşahlığı bütün insan hökumətlərinə son qoymazdan əvvəl Böyük Britaniya ilə Birləşmiş Ştatlar hakimiyyət sürən son qüdrətli dövlətlər olacaq. Hətta ara-sıra başqa dövlətlər bu ittifaqa qarşı çıxsa da, onu əvəz etməyə müvəffəq olmayacaq. Bunu haradan bilirik? Çünki Allahın Padşahlığını təmsil edən «daş» heykəlin ayaq hissəsini məhv edəcək. Ayaqlar isə qeyd olunduğu kimi, Böyük Britaniya ilə Birləşmiş Ştatları təmsil edir (Dən. 2:34, 35, 44, 45).

14. Dəmir və gil ayaqlarla bağlı peyğəmbərliyi başa düşmək qərarlarımıza necə təsir edəcək?

14 Dənyalın dəmirlə gil ayaqlar barədə olan peyğəmbərliyinin həqiqət olduğuna əminsiniz? Bu sizin həyat tərzinizdən görünəcək. Siz tezliklə məhv olacaq bu dünyada maddiyyat dalınca qaçmayacaqsınız (Luka 12:16—21; 1 Yəh. 2:15—17). Təbliğ etməyin, şagird hazırlamağın vacibliyini yadda saxlayacaqsınız (Mət. 6:33; 28:18—20). Qısaca olaraq Dənyalın bu peyğəmbərliyini araşdırdıq. İndi isə növbəti suallar vasitəsilə özünüzü yoxlayın: «Allahın Padşahlığının tezliklə bütün insan hökumətlərinə son qoyacağına əminəm? Bu, verdiyim qərarlardan görünür?»

«ŞİMAL PADŞAHI», «CƏNUB PADŞAHI» VƏ SİZ

15. Bu gün «şimal padşahı» və «cənub padşahı» kimdir? (Dənyal 11:40).

15 Dənyal 11:40 ayəsini oxuyun. «Dənyal» kitabının 11-ci fəslində iki padşahdan, yaxud siyasi qüvvədən danışılır. Onlar dünyaya hökmranlıq etmək uğrunda bir-biri ilə çarpışır. Bu peyğəmbərliyi Müqəddəs Kitabdakı digər peyğəmbərliklərlə tutuşduranda belə qənaətə gəlirik ki, «şimal padşahı» Rusiya və onun müttəfiqləri, «cənub padşahı» isə Böyük Britaniya ilə Birləşmiş Ştatlardırc.

Şəkillər: 1) Öncəki şəkildə olan ər-arvadın əlləri qandallanıb, amma onlar qətiyyətlə dayanıblar. Arxa fonda Rusiyanın Ağ evi və xəritəsi var. Silahlı qüvvələr hərbi təyyarə, avtomat silahlar və hərbi tanklarla hücum edir. 2) Öncəki şəkildə olan bacı qətiyyətlə dayanıb. Arxa fonda ABŞ konqres binası və Birləşmiş Ştatlarla Böyük Britaniyanın xəritəsi var. Etirazçılar mitinq keçirir, bu zaman isə hərbi tanklar və hərbi gəmilər hücuma keçir.

«Şimal padşahı» ilə «cənub padşahı»nın bizi təqib edəcəyi əvvəlcədən deyilmişdi. Bunu dərk etmək imanımızı möhkəmləndirir və hədsiz narahatlıq keçirməməyə kömək edir (16—18 abzaslara baxın)

16. «Şimal padşahı» Allahın xalqı ilə necə rəftar edir?

16 «Şimal padşahı» onun hakimiyyəti altında yaşayan Allahın xalqını təqib edir. Yehovanın Şahidlərindən bəziləri imanlarına görə döyülür və həbsə atılır. Amma «şimal padşahı»nın etdikləri onları qorxuya salmır, əksinə, imanlarını möhkəmləndirir. Çünki onlar bilir ki, Dənyal bu təqiblərin olacağını peyğəmbərlik etmişdid (Dan. 11:41). Bunu bilmək bizə kömək edir ki, ümidimizi möhkəm saxlayaq və Yehovaya sadiq qalaq.

17. «Cənub padşahı»nın hakimiyyəti altında yaşayan Allahın xidmətçilərinin üzləşdiyi sınaqlar hansılardır?

17 Keçmişdə «cənub padşahı» da Yehovanın xalqını təqib edib. Məsələn, Birinci və İkinci Dünya müharibəsi zamanı xeyli qardaşımız müharibəyə getməkdən imtina etdiyinə görə həbs olunmuşdu, həmçinin bəzi uşaqlar bayrağa təzim etmədiklərinə görə məktəbdən qovulmuşdu. Son on illiklər ərzində isə bu padşahın hakimiyyəti altında yaşayan Yehovanın xidmətçiləri gizli bir təhlükə ilə üzləşir. Məsələn, ola bilər ki, seçkilər zamanı məsihi hansısa siyasi partiyanın və ya namizədin tərəfini tutmaq istəsin. O, səsvermədə iştirak etməsə də, ola bilsin, ürəyində hansınınsa qalib gəlməsini arzulasın. Doğrudan da, təkcə əməldə yox, fikrimizdə və ürəyimizdə də bitərəf qalmaq çox vacibdir! (Yəh. 15:18, 19; 18:36).

18. «Şimal padşahı» ilə onun rəqibi arasındakı çəkişməyə necə yanaşmalıyıq? (Həmçinin şəklə baxın.)

18 Müqəddəs Kitabdakı peyğəmbərliklərə inanmayan insanlar «cənub padşahı» ilə «şimal padşahı»nın çəkişdiyini görəndə bərk narahat olurlar (Dən. 11:40). Hər iki padşah dünyanı məhv etmək üçün yetərincə nüvə silahına sahibdir. Amma bilirik ki, Yehova heç vaxt qoymaz ki, belə bir şey baş versin (Əşy. 45:18). Buna görə də bu iki padşah arasındakı düşmənçilik bizi qorxuya salmır, əksinə imanımızı möhkəmləndirir. Bu, sübut edir ki, Şeytan dünyasının sonuna az qalıb.

PEYĞƏMBƏRLİKLƏRƏ DİQQƏT KƏSİLİN

19. Peyğəmbərliklərlə bağlı nəyi dərk etməliyik?

19 Biz bəzi peyğəmbərliklərin necə yerinə yetəcəyini bilmirik. Heç Dənyal peyğəmbər də yazdığı hər şeyin mənasını tam başa düşmürdü (Dən. 12:8, 9). Bununla belə, peyğəmbərliyin necə yerinə yetəcəyini bilmiriksə, bu o demək deyil ki, o, yerinə yetməyəcək. Əmin ola bilərik ki, keçmişdə olduğu kimi indi də Yehova məsləhət bildiyi vaxtda lazım olan hər şeyi bizə açıqlayacaq (Ams. 3:7).

20. Tezliklə hansı peyğəmbərliklər yerinə yetəcək və biz nə etməliyik?

20 Qarşıda hansı peyğəmbərliklər yerinə yetəcək? «Sülh və təhlükəsizlik» bəyanatı veriləcək (1 Salon. 5:3). Daha sonra dünyanın siyasi qüvvələri yalan dinə hücum edib onu məhv edəcək (Vəhy 17:16, 17). Bundan sonra onlar Allahın xalqına hücum edəcək (Hizq. 38:18, 19). Bu hadisələr Armageddon adlanan sonuncu müharibəyə gətirib çıxaracaq (Vəhy 16:14, 16). Əminliklə deyə bilərik ki, bütün bunlar yaxın zamanlarda baş verəcək. O vaxta qədər isə gəlin Müqəddəs Kitabdakı peyğəmbərliklərə diqqət kəsilək və başqalarına da bu sahədə kömək edək. Bununla səmavi Atamıza minnətdar olduğumuzu göstərəcəyik.

YADINIZDADIRMI?

  • Peyğəmbərlikləri nəyə görə araşdırmalıyıq?

  • Peyğəmbərlikləri necə araşdırmalıyıq?

  • Böyük Britaniya ilə Birləşmiş Ştatlar və Rusiya ilə onun müttəfiqləri haqda deyilən hansı peyğəmbərliklər yerinə yetib?

NƏĞMƏ 95 Həqiqət nuru parlayır

a Dünyada vəziyyət günü-gündən pisləşsə də, əmin ola bilərik ki, bizi qarşıda parlaq gələcək gözləyir. Müqəddəs Kitabdakı peyğəmbərlikləri araşdırmaq buna əmin olmağa kömək edir. Bu məqalədə öyrənəcəyik ki, onları hansı səbəblərə görə araşdırmalıyıq. Həmçinin Dənyalın yazdığı iki peyğəmbərliyə qısaca nəzər salacağıq və görəcəyik ki, onları başa düşməyin bizə hansı köməyi dəyir.

b «Gözətçi qülləsi» jurnalının 2012-ci il 15 iyun sayında yerləşən «Yehova tezliklə nəyin baş verəcəyini açıqlayır» adlı məqalənin 7—9 abzaslarına baxın.

c «Gözətçi qülləsi» jurnalının 2020-ci il may sayında yerləşən «“Şimal padşahı” bu gün kimdir?» adlı məqalənin 3 və 4-cü abzaslarına baxın.

d «Gözətçi qülləsi» jurnalının 2020-ci il may sayında yerləşən «“Şimal padşahı” bu gün kimdir?» adlı məqalənin 7—9 abzaslarına baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş