Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w23 avqust s. 14—17
  • Həyat yoldaşınız pornoqrafiyaya baxır?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat yoldaşınız pornoqrafiyaya baxır?
  • Gözətçi qülləsi 2023
  • Başlıqlar
  • Oxşar material
  • GÜNAHSIZ TƏRƏF NƏ EDƏ BİLƏR?
  • ONA KÖMƏK EDƏ BİLƏRSİNİZ?
  • ƏRİNİZ PORNOQRAFİYAYA BAXMAĞA DAVAM EDİR?
  • Pornoqrafiya ailənizi dağıda bilər
    Ailələrə komək
  • Niyə pornoqrafiyadan uzaq durmalısan?
    Gənclərin sualları
  • Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?
    «Gözətçi qülləsi»nin 2013-cü il buraxılışından olan təlim məqalələri (ingilis dilində)
  • Şeytanın tələsinə qarşı etibarlı müdafiə
    Gözətçi qülləsi 2019
Əlavə
Gözətçi qülləsi 2023
w23 avqust s. 14—17
Bacı çarpayısının yanında yerə bükülüb ağlayır. Arxa fonda çərçivədə toy şəkilləri var.

Həyat yoldaşınız pornoqrafiyaya baxır?

  • «Məndə elə hiss yaranırdı ki, ərim hər dəfə mənə xəyanət edir».

  • «Özümü alçalmış, çirkin, dəyərsiz hiss edirdim».

  • «Bu barədə heç kimlə danışa bilmirdim. Sakitcə əzab çəkirdim».

  • «Mənə elə gəlirdi ki, Yehovanın vecinə deyiləm».

Bu sözlər göstərir ki, ər pornoqrafiyaya baxanda qadın nə qədər əzab çəkir. Üstəlik, əgər ər bunu xəlvətdə aylarla, hətta illərlə edibsə, qadına bundan sonra ərinə etibar etmək çətin ola bilər. Bir qadın demişdi: «Mənə elə gəlirdi ki, indiyə kimi ərimi tanımamışam. Bəlkə, məndən gizlətdiyi başqa şeylər də var?»

Bu məqalə pornoqrafiyaya baxan kişilərin arvadları üçün hazırlanıba. Məqalədə onlara təskinlik verəcək Müqəddəs Kitab prinsipləri yer alır. Həmçinin bu məqalə onları Yehovanın məhəbbətinə, dəstəyinə əmin edəcək, onlara emosional və ruhani cəhətdən dirçəlməyə kömək edəcəkb.

GÜNAHSIZ TƏRƏF NƏ EDƏ BİLƏR?

Siz ərinizin hər addımını nəzarət altında saxlaya bilməzsiniz. Amma bəzi məsləhətlər sizə narahatlığınızı azaltmağa və qəlb rahatlığı duymağa kömək edə bilər. Gəlin bu məsləhətlərin bəzilərinə nəzər salaq.

Özünüzü günahlandırmayın. Əri pornoqrafiyaya baxırsa, qadın səhvi özündə görə bilər. Alisəc elə gəlirdi ki, bir qadın kimi gözəgəlimli deyil. O belə fikirləşirdi: «Yoxsa ərim niyə məni qoyub başqa qadınlara baxsın?» Bəzi qadınlar isə özlərini verdikləri reaksiyaya görə günahlandırırlar, düşünürlər ki, bununla vəziyyəti daha da qəlizləşdirirlər. Danyela deyir: «Özümü qəzəbi ilə ailəsini dağıdan acıqlı bir qadın kimi görürdüm».

Əgər siz də eyni hissləri keçirirsinizsə, bilin ki, Yehova ərinizin hərəkətinə görə sizin cavabdeh olduğunuzu düşünmür. Yaqub 1:14 ayəsində deyilir: «Hər kəs öz nəfsi ilə tovlanıb aldanaraq sınanır» (Rom. 14:12; Filip. 2:12). Yehova sizi günahlandırmır, əksinə, Ona sədaqətinizi qiymətləndirir (2 Saln. 16:9).

Bir şeyi başa düşmək lazımdır ki, əgər ər pornoqrafiyaya baxırsa, bu o demək deyil ki, arvadı bir qadın kimi yararsızdır. Bu mövzu ilə bağlı mütəxəssislər qeyd edir ki, pornoqrafiyanın yaratdığı şəhvət hissini heç bir qadın təmin edə bilməz.

Hədsiz narahatlıq keçirməyin. Katerina deyir ki, gecə-gündüz ərinin pornoqrafiyaya baxması haqda düşünürdü. Françes də buna oxşar fikirlər deyir: «Ərimin harada olduğunu bilməyəndə fikir məni götürür. Bütün günü əsəb keçirirəm». Bəzi bacılar müəyyən dindaşlarının yanında sıxılır, çünki ola bilsin, bu dindaşları yoldaşının problemini bilir. Başqa bacılar isə özlərini tənha hiss edirlər. Onlara elə gəlir ki, heç kim onların vəziyyətini başa düşmür.

Bu cür hisslər keçirmək təbiidir. Amma bütün günü bu barədə düşünməklə özünüzü daha da təlaşa salacaqsınız. Ondansa fikrinizi Yehova ilə münasibətinizə cəmləyin. Bu sizi güclü edəcək (Zəb. 62:2; Efes. 6:10).

Sizə bir şey də kömək edə bilər: Müqəddəs Kitabdakı nümunələri oxuya bilərsiniz. Orada dərdli qadınların Yehovaya dua edib təskinlik tapması barədə yazılıb. Yehova onların problemini həmişə aradan qaldırmasa da, ürəklərinə toxtaqlıq verirdi. Məsələn, «Hənnə çox kədərli idi». Amma «o, Yehovaya xeyli dua etdi» və bundan sonra qəlb rahatlığı tapdı. Halbuki vəziyyətinin bundan sonra necə olacağını bilmirdi (1 İşm. 1:10, 12, 18; 2 Kor. 1:3, 4).

Öncəki şəkildə olan bacı ürəyini boşaldır və həyat yoldaşı ilə iki ağsaqqal ona diqqətlə qulaq asır.

Ərin də, arvadın da ağsaqqalların köməyinə ehtiyacı ola bilər

Həmçinin ağsaqqallardan kömək istəyin. Onlar sizin üçün «küləkdən daldalanacaq, leysandan sığınacaq» olacaq (Əşy. 32:2). Bəlkə də onlar sizə hansısa etibarlı bacını məsləhət görəcək. Ona dərdinizi danışıb təsəlli tapa bilərsiniz (Məs. 17:17).

ONA KÖMƏK EDƏ BİLƏRSİNİZ?

Ərinizə pornoqrafiya vərdişinə üstün gəlməyə kömək etmək sizdə alınar? Bəlkə də alınar. Müqəddəs Kitabda deyilir ki, hansısa problemi həll etmək və ya güclü düşmənə üstün gəlmək üçün «iki nəfər bir nəfərdən yaxşıdır» (Vaiz 4:9—12). Araşdırmalar göstərir ki, yoldaşının bu asılılıqdan qurtulması üçün ər-arvadın birgə çalışması çox vaxt yaxşı nəticələr verir və ailədə yenidən etibar yaranır.

Əlbəttə ki, çox şey yoldaşınızın özündən asılıdır. O bu vərdişi tərgitmək istəyir? Bunun üçün əlindən gələni etməyə hazırdır? Yehovaya yalvarıb Ondan güc diləyir? Kömək üçün ağsaqqallara yaxınlaşır? (2 Kor. 4:7; Yaq. 5:14, 15). Pornoqrafiyaya baxmamaq üçün hansısa tədbirlər görüb? Məsələn, elektron cihazlardan istifadəsinə məhdudiyyət qoyur? Onu pornoqrafiyaya baxmağa şirnikləndirən vəziyyətlərdən uzaq olur? (Məs. 27:12). Köməyinizi qəbul etməyə, sizə qarşı tamamilə dürüst olmağa hazırdır? Əgər elədirsə, ona kömək edə bilərsiniz.

Necə? Bir nümunəyə baxaq. Felişa adlı bacının əri İtan uşaqlıqdan pornoqrafiya aludəçisidir. Felişa elə şərait yaradır ki, ərində pornoqrafiyaya baxmaq istəyi yarananda öz hisslərini Felişaya rahat deyə bilir. İtan bölüşür: «Yoldaşımla açıq danışıram. Sağ olsun, mənə kömək edir ki, özümə müəyyən sərhədlər qoyum və tez-tez mənimlə maraqlanır. Həmçinin mənə internetdən nə qədər, harada istifadə edəcəyimə nəzarət etməyə kömək edir». Əlbəttə ki, ərinin pornoqrafiya asılılığı Felişanın qəlbini yaralayır, amma o deyir: «Hirslənməyimin, pis olmağımın nə mənası? Bu ki ərimə bu bəladan qurtulmağa kömək etməyəcək. Yoldaşımla onun çətinliyi haqda danışırıq, bundan sonra ona öz hisslərimi rahat deyə bilirəm, o da öz hərəkəti ilə məni incitməməyə daha qətiyyətli olur».

Bu cür söhbətlər ərə pornoqrafiyadan uzaq olmağa kömək etməklə yanaşı, qadına da yenidən ərinə etibar etməyə kömək edir. Çünki ər öz zəifliyi, hara getdiyi, nə işlə məşğul olduğu haqda arvadı ilə açıq danışanda arada gizli bir şey də qalmır və arvadın ona etibarı yaranır.

Bəs siz də eyni tərzdə yoldaşınıza kömək edə bilərsiniz? Onda, bəlkə, bu məqaləni birlikdə oxuyub müzakirə edəsiniz? Yoldaşınız məqsəd qoyacaq ki, pornoqrafiyadan qurtulsun və sizin etibarınızı yenidən qazansın. Onun problemi barədə danışmaq istədiyinizə görə yoldaşınız sizə qəzəblənməməlidir, əksinə, bu vərdişinin sizə necə təsir etdiyini başa düşməyə çalışmalıdır. Siz də öz növbənizdə ona dəstək olun ki, bu cəhdləri boşa çıxmasın və etibarınızı yenidən qazana bilməsi üçün ona şans verin. Hər ikiniz də bilməlisiniz ki, insanı pornoqrafiyaya baxmağa nə sövq edir və bunun öhdəsindən necə gəlmək olard.   

Ola bilsin, qorxursunuz ki, yoldaşınızla bu barədə danışsanız, aranızda münaqişə yaranacaq. Bəlkə, ikinizin də ürəyinə yatan ağsaqqaldan kömək istəyəsiniz? Ondan xahiş edə bilərsiniz ki, məsələni müzakirə edən zaman bir müddət yanınızda oturub söhbətinizə istiqamət versin. Bir şeyi bilməyiniz lazımdır: yoldaşınız pornoqrafiyaya baxmaq asılılığından qurtulsa da, ola bilsin, ona yenidən etibar edə bilməyiniz üçün sizə xeyli vaxt lazım olacaq. Amma təslim olmayın. Münasibətinizdəki kiçik irəliləyişi belə görməyə çalışın. Vaxt və səbir sayəsində nikahınızın yenidən möhkəm olacağına ümidinizi itirməyin (Vaiz 7:8; 1 Kor. 13:4).

Ağsaqqalların köməyi

  • Əgər arvad etiraz etmirsə, onların hər ikisi ilə müntəzəm söhbət edin. Arvada öz hisslərini açıq deməyə şərait yaradın (Əşy. 32:1, 2; 1 Salon. 5:14; 1 But. 5:2, 3).

  • Pornoqrafiyanın asılılıq yaratdığını başa düşün və bu vərdişdən qurtulmağın yolları barədə məlumatlı olun.

  • Problem həll olunmuş kimi görünsə belə, çox yəqin ki, ərə bundan sonra da kömək etmək lazım gələcək.

  • Ehtiyatlı olun ki, ərin hərəkətlərinə bəraət qazandırmayasınız və ya arvadın müəyyən dərəcədə günahlı olduğuna eyham vurmayasınız.

  • Arvadı özünə Yehovanın gözü ilə baxmağa, mütaliə və dua vasitəsilə daima özünü ruhani cəhətdən qidalandırmağa təşviq edin.

  • Arvadı əmin edin ki, Yehova, ağsaqqallar şurası və yığıncaq onu sevir, ona hörmət edir və dəyər verir.

ƏRİNİZ PORNOQRAFİYAYA BAXMAĞA DAVAM EDİR?

Ola bilsin, yoldaşınız bu vərdişini tərgitdikdən bir müddət sonra yenidən pornoqrafiyaya baxmağa başlayıb. Bəs bu o deməkdir ki, o, etdiyi hərəkətə görə peşman deyil, yaxud da heç vaxt düzəlməyəcək? Əslində yox. Əgər onda asılılıq yaranıbsa o, bütün ömrü boyu bu vərdişlə mübarizə aparmalı olacaq. Hətta uzun illər sonra da bu vərdişi yenidən geri qayıda bilər. Bunun baş verməməsi üçün o özünə daha sərt məhdudiyyətlər qoymalıdır. Bu vərdişi ilə mübarizədə qalib gəldiyini düşünsə də, ola bilsin, gördüyü tədbirləri davam etdirməlidir (Məs. 28:14; Mət. 5:29; 1 Kor. 10:12). O, düşüncə tərzini yeniləşdirməlidir və pisliyə, yəni həm pornoqrafiyaya, həm də bununla bağlı olan masturbasiya kimi digər natəmiz əməllərə nifrət etməyi öyrənməlidir (Efes. 4:23; Zəb. 97:10; Rom. 12:9). Yoldaşınız bütün bunları etməyə hazırdır? Onda vəziyyət heç də ümidsiz deyile.

Həmin bacı Müqəddəs Kitabı oxuyur.

Diqqətinizi Yehova ilə münasibətinizə cəmləyin

Əgər yoldaşınız bu problemdən qurtulmağa can atmırsa, onda necə? Aydındır ki, vaxtaşırı daxilinizdə məyusluq və qəzəb olacaq, xəyanət hissini yaşayacaqsınız. Məsələni Yehovanın öhdəsinə buraxın, bu sizə sakitləşməyə kömək edəcək (1 But. 5:7). Mütaliə və dua vasitəsilə Yehovaya yaxınlaşmağa davam edin. Əmin olun ki, O da sizə yaxınlaşacaq. Əşiya 57:15 ayəsində yazıldığı kimi Yehova «məzlum, fağır adamların arasında» məskən salıb onların ruhunu dirçəldir. Bacardığınız qədər yaxşı məsihi olmağa çalışın. Ağsaqqallardan kömək istəyin. Həmçinin bir gün yoldaşınızın dəyişəcəyinə ümidinizi itirməyin (Rom. 2:4; 2 But. 3:9).

a Məqalədə pornoqrafiyaya baxan ərlərdən danışılır. Bununla belə, burada gətirilən prinsiplərin çoxu pornoqrafiyaya baxan qadınların ərlərinə də kömək edəcək.

b Pornoqrafiyaya baxmaq Müqəddəs Kitaba əsasən boşanmaq üçün səbəb deyil (Mət. 19:9).

c Bəzi adlar şərtidir.

d jw.org saytında və nəşrlərimizdə faydalı məlumatlar var. Məsələn, jw.org saytında «Pornoqrafiya ailənizi dağıda bilər» və «Pornoqrafiya zərərsiz əyləncədir, yoxsa zərərlidir?» adlı məqalələri, həmçinin «Gözətçi qülləsi» jurnalının 2014-cü il 1 aprel sayının 10—12 səhifələrində yerləşən «Yoldançıxaran şeylərə uymamaq mümkündür!» adlı məqaləni oxuya bilərsiniz.

e Pornoqrafiya asılılıq yaradan vərdiş olduğu üçün bəzi ər-arvadlar ağsaqqallardan ruhani kömək almaqla yanaşı, mütəxəssislərin köməyinə də üz tuturlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş