Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp24 №  1 s. 4—5
  • İnsanlar nəyin əsasında qərar verir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnsanlar nəyin əsasında qərar verir?
  • Gözətçi qülləsi (kütləvi) 2024
  • Başlıqlar
  • Oxşar material
  • QƏRARLAR HİSSLƏRƏ ƏSASLANANDA
  • QƏRARLAR BAŞQALARININ FİKRİNƏ ƏSASLANANDA
  • DOĞRU QƏRAR VERMƏK ÜÇÜN ƏN YAXŞI BƏLƏDÇİ
  • Hamını düşündürən sual
    Gözətçi qülləsi (kütləvi) 2024
  • Ön söz
    Gözətçi qülləsi (kütləvi) 2024
  • Uşaqların mənəvi dəyərləri olmalıdır
    Oyanın! 2019
  • Allah qarşısında təmiz vicdan
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Gözətçi qülləsi (kütləvi) 2024
wp24 №  1 s. 4—5
Öncəki məqalədə təsvir olunan gənc oğlan kompasa baxaraq yuxarı qalxır. O, uçurumun kənarına çatır.

Hisslərimizə həmişə etibar edə bilərik?

İnsanlar nəyin əsasında qərar verir?

Əksər insanlar bəzi hərəkətlərin tamamilə doğru, bəzilərinin isə yanlış olduğunu düşünürlər. Misal üçün, qatillik, cinsi təcavüz və pedofiliya (uşaqların cinsi istismarı) əksəriyyət tərəfindən qınanır. Ədalət, xeyirxahlıq və şəfqət kimi keyfiyyətlər isə alqışlanır. Amma bir çoxları düşünür ki, həyatın digər sahələrində, məsələn, cinsi münasibətlər, dürüstlük və uşaq tərbiyəsində konkret qayda qoymaq düzgün deyil. Onların fikrincə, verdikləri istənilən qərar münasibdir. İnsanlar çox vaxt hisslərinə və başqalarının fikirlərinə əsasən qərar verirlər. Bəs bu, həmişə işə yarayır?

QƏRARLAR HİSSLƏRƏ ƏSASLANANDA

İnsan adətən vicdanına və hisslərinə əsasən qərar verir (Romalılara 2:14, 15). Azyaşlı uşaqlar belə, haqsızlığın nə olduğunu bilirlər, həmçinin səhv hərəkət edəndə özlərini günahkar hiss edirlər. Vaxt ötdükcə vicdanımızı ailəmizin, yaşıdlarımızın, müəllimlərimizin aşıladığı dəyərlər formalaşdırır. Həmçinin cəmiyyət, din və mədəniyyət də öz təsirini göstərir. Qərar verəndə vicdanımız etdiyimiz seçimin dəyərlərimizə uyğun olub-olmadığını bizə bildirir.

Vicdanımız bizi başqalarına qarşı anlayışlı, qədirbilən, ədalətli və şəfqətli olmağa təşviq edir. Həmçinin o bizi yaxınlarımıza zərər verməkdən, xəcalət və günahkarlıq hissindən çəkindirə bilər.

Hisslərimizə həmişə etibar edə bilərik? Qerik cavanlığında sürdüyü həyat tərzi ilə bağlı belə demişdi: «Öz bildiyim kimi yaşayırdım». Amma o gördü ki, bunun axırı yaxşı olmadı. O yaşadığı həyat tərzini belə təsvir etmişdi: «Mən əxlaqsızlığın, narkomaniyanın, sərxoşluğun və zorakılığın zülmət qaranlığında itib-batmışdım».

QƏRARLAR BAŞQALARININ FİKRİNƏ ƏSASLANANDA

Qərarlar verəndə çox vaxt hisslərimizlə yanaşı, başqalarının fikrini də nəzərə alırıq. Bunun sayəsində onların təcrübəsindən və hikmətindən yararlana bilirik. Onların fikirlərinə uyğun davrananda ailəmizin, dostlarımızın və cəmiyyətin hörmətini qazanırıq.

Başqalarının fikirlərinə həmişə etibar edə bilərik? Prisila adlı qadın gənc yaşlarında əksər yaşıdları kimi əxlaqsız həyat tərzi sürürdü. O başa düşdü ki, başqalarının fikri ilə oturub-durmaq xoşbəxtlik gətirmir. Prisila demişdi: «Hamı kimi həyat tərzi sürməyin xeyrini görmədim. Mən ağılsız qərarlar verdim və həyatımı təhlükəyə atdım».

DOĞRU QƏRAR VERMƏK ÜÇÜN ƏN YAXŞI BƏLƏDÇİ

Qərar verəndə hisslərimiz və başqalarının fikri vacib rol oynayır. Amma təkcə bunlara əsasən qərar vermək heç də həmişə müsbət nəticə vermir. Bəzən qərarımızın nəticəsini öncədən görə bilməməyimiz həm özümüzə, həm də başqalarına ziyan vura bilər (Məsəllər 14:12). Üstəlik, zəmanət yoxdur ki, istər öz dəyərlərimiz, istərsə də ətrafımızdakı insanların dəyərləri bizə xeyir gətirəcək və onları sonradan dəyişməyə ehtiyac qalmayacaq. Bundan savayı, əvvəllər yanlış sayılan bəzi hərəkətlər indi normal qəbul edilir və ya tam əksinə, əvvəl xoş qarşılanan bəzi hərəkətlər indi pis qarşılanır.

Gənc oğlan xəbərdarlıq nişanı qoyulmuş qayalıq yerdə dayanıb. Digərləri isə xəbərdarlıq nişanına məhəl qoymur.

Başqalarının fikirlərinə həmişə etibar edə bilərik?

Bəs düzü səhvdən ayırd etmək üçün daha etibarlı bələdçi var? Nəyin əsasında qərar versək, sonradan peşman olmarıq?

Bəli, bizə daima doğru qərarlar verməyə kömək edəcək etibarlı bir bələdçi var. Növbəti məqalədə məhz bu bələdçi haqda danışacağıq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş