MÜTALİƏ ÜÇÜN TÖVSİYƏ
Şəkillərdən tam yararlanın
Nəşrlərimizdə çoxlu şəkillər yer alır. Onların hər biri bizə vacib şeylər öyrədir. Bəs bu şəkillərdən tam yararlanmaq üçün nə edə bilərsiniz?
Məqaləni oxumamışdan qabaq şəklə nəzər yetirin. Bu sizdə məqaləni oxumaq üçün maraq və həvəs oyadacaq. Adətən insan dadlı yemək görəndə iştahası yaranır. Buna görə də özünüzdən soruşun: «Şəkildə nə görürəm?» (Ams. 7:7, 8).
Məqaləni oxuyarkən düşünün: «Nəyə görə bu şəkillər burada yer alır?» Şəkillərin izahı və ya şəkilaltı yazılar varsa, onları oxuyun. Şəkil və mövzu arasındakı əlaqəni görməyə çalışın. Görün şəkildən öyrəndiklərinizi həyatınızda necə tətbiq edə bilərsiniz.
Məqaləni oxuyandan sonra şəkillər vasitəsilə əsas fikirləri təkrarlayın. Sonra gözlərinizi yumub şəkilləri və onlardan öyrəndiyiniz fikirləri yadınıza salmağa çalışın.
Bu nəşrdəki şəkillərə yenidən nəzər salın. Görün öyrəndiyiniz fikirləri yada sala bilirsiniz?