Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 may s. 2—7
  • Bizə nümunə olan sadiq mələklər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bizə nümunə olan sadiq mələklər
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • MƏLƏKLƏR TƏVAZÖKARDIR
  • MƏLƏKLƏR İNSANLARI SEVİR
  • MƏLƏKLƏR DÖZÜMLÜDÜR
  • MƏLƏKLƏR YIĞINCAĞIN RUHANİ TƏMİZLİYİNİ QORUYUR
  • Mələklər ‘xidmətçi ruhlardır’
    Gözətçi qülləsi 2009
  • Mələklər kimlərdir və ya nələrdir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Mələklər insanlara kömək edir
    Böyük Müəllimdən öyrən
  • Mələklər bizə necə kömək edir?
    Gözətçi qülləsi (kütləvi) 2017
Əlavə
Gözətçi qülləsi 2025
w25 may s. 2—7

TƏLİM MƏQALƏSİ 19

NƏĞMƏ 6 Göylər Allahın əzəmətini bəyan edir

Bizə nümunə olan sadiq mələklər

«Yehovaya alqış edin, ey Onun mələkləri» (ZƏB. 103:20).

ƏSAS FİKİR

Görək sadiq mələklərin nümunəsini necə izləyə bilərik.

1, 2. a) Mələklərlə aramızda hansı fərqlər var? b) Mələklərlə aramızda hansı ortaq cəhətlər var?

YEHOVA bizi həqiqətə cəlb edəndə məhəbbətin hökm sürdüyü ailəsinə dəvət etdi. Bu ailə dünyanın dörd tərəfindən olan bacı-qardaşlardan və milyonlarla mələkdən ibarətdir (Dən. 7:9, 10). Adətən mələklər barədə düşünəndə ağlımıza onlarla aramızdakı fərqlər gəlir. Məsələn, mələklər insanlardan çox-çox əvvəl mövcud olublar (Əyy. 38:4, 7). Bizdən daha qüdrətlidirlər. Həmçinin onlar müqəddəsliyin və salehliyin elə bir pilləsindədirlər ki, biz qeyri-kamil olduğumuz üçün o pilləyə çata bilmərik (Luka 9:26).

2 Mələklərlə aramızdakı bu fərqlərə baxmayaraq, ortaq cəhətlərimiz də az deyil. Məsələn, mələklər kimi biz də Yehovanın gözəl xüsusiyyətlərini əks etdirə bilirik. Bizim də iradə azadlığımız var. Onlar kimi hər birimizin öz adı, öz xasiyyəti, öz təyinatı var. Bundan əlavə, həm mələklər, həm də biz Yaradana ibadət etmək tələbatı ilə yaradılmışıq (1 But. 1:12).

3. Mələklərdən nə öyrənə bilərik?

3 Mələklərlə aramızda çoxlu oxşar cəhətlər olduğu üçün onların nümunəsindən həm ruhlanırıq, həm də çox şey öyrənirik. Bu məqalədə mələklərin təvazökarlığından, insanlara olan sevgisindən, dözümündən və yığıncağın ruhani təmizliyini qorumaq üçün gördüyü işlərdən danışacağıq. Həmçinin onların nümunəsini izləməyin yollarını öyrənəcəyik.

MƏLƏKLƏR TƏVAZÖKARDIR

4. a) Mələklərin təvazökar olduğu nədən görünür? b) Nəyə görə mələklər təvazökardırlar? (Zəbur 89:7).

4 Sadiq mələklər təvazökardır. Onlar təcrübəli, qüdrətli, hikmətli olsalar da, Yehovanın göstərişlərinə tabe olurlar (Zəb. 103:20). Mələklər Yehovanın verdiyi tapşırığı icra edərkən heç vaxt gördükləri işlərlə öyünmürlər və fövqəlbəşər güclərini nümayiş etdirmirlər. Onlar Yehovanın tapşırdığı istənilən işi canla-başla görürlər, hətta bu işdə adları heç vaxt keçməsə dəa (Yar. 32:24, 29; 2 Pad. 19:35). Mələklər Yehovaya məxsus şərəfi heç vaxt özlərinə götürmürlər. Bəs onların bu qədər təvazökar olmasına səbəb nədir? Yehovaya sevgi və Ona olan dərin ehtiram hissi. (Zəbur 89:7 ayəsini oxuyun.)

5. Yəhyaya səhvini göstərən mələyin təvazökar olduğu nədən görünür? (Həmçinin şəklə baxın.)

5 Mələklərin təvazökarlığını göstərən bir hadisəyə baxaq. Təxminən eramızın 96-cı ilində adı məlum olmayan bir mələk həvari Yəhyaya heyrət doğuran vəhy verir (Vəhy 1:1). Yəhya bu vəhyi görəndə mələyə səcdə qılmağa cəhd edir. Amma mələk dərhal Yəhyanı dayandırıb deyir: «Dayan! Bunu etmə! Mən sadəcə sənin kimi və... qardaşların kimi bir qulam. Allaha səcdə qıl» (Vəhy 19:10). O necə də təvazökar idi! Mələyin şan-şöhrətdə gözü yox idi. O, dərhal Yəhyanın diqqətini Yehovaya yönəltdi. Bundan əlavə, o, Yəhyaya yuxarıdan aşağı da baxmadı. Bu mələk Yəhyadan daha uzun müddət Yehovaya qulluq etsə də və ondan xeyli qüdrətli olsa da, təvazökarcasına onun kimi bir qul olduğunu dedi. Hətta o, ahıl yaşda olan bu həvarinin səhvini göstərəndə bunu kobud şəkildə etmədi, onunla mehriban danışdı. Yəqin, başa düşürdü ki, Yəhyanı heyrət bürüdüyü üçün bu cür davranıb.

Mələk həvari Yəhyanın ona baş əyib səcdə qılmasına imkan vermir.

Mələk Yəhya ilə danışanda və ona səhvini deyəndə təvazökarlıq göstərmişdi (5-ci abzasa baxın)


6. Mələklər kimi necə təvazökar ola bilərik?

6 Mələklər kimi necə təvazökar ola bilərik? Onlar kimi biz də aldığımız təyinatlara görə lovğalanmırıq, yaxud nəyəsə öz gücümüzlə nail olduğumuzu deyib öyünmürük (1 Kor. 4:7). Bundan əlavə, Yehovaya uzun müddət xidmət etsək də, təşkilatda müəyyən məsuliyyətlərimiz olsa da, başqalarından üstün olduğumuzu düşünmürük. Məsuliyyətlərimiz artdıqca təvazökarlığımız daha da artmalıdır (Luka 9:48). Mələklər kimi biz də özümüzü heç kəsdən üstün tutmaq istəmirik. Əksinə, insanlara qulluq etmək istəyirik.

7. Kiməsə düzəliş edəndə və ya məsləhət verəndə təvazökar olduğumuzu necə göstərə bilərik?

7 Həmçinin dindaşımıza və ya övladımıza səhvini göstərmək və ya məsləhət vermək lazım gələndə də bunu təvazökarlıqla edirik. Bəzən kiməsə ciddi məsləhət verməli oluruq. Yəhyaya səhvini mehriban şəkildə göstərən mələk kimi biz də insana qol-qanadını qırmadan ciddi məsləhət verə bilərik. Özümüzü başqalarından üstün saymasaq, Müqəddəs Kitaba əsaslanan məsləhəti məhəbbətlə və hörmətcil şəkildə verə biləcəyik (Kol. 4:6).

MƏLƏKLƏR İNSANLARI SEVİR

8. a) Luka 15:10 ayəsindən mələklərin insanları sevdiyi necə görünür? b) Mələklər təbliğ işində bizə necə kömək edir? (Şəklə baxın.)

8 Mələklər insanlara qarşı soyuq, laqeyd deyillər. Onlar insanları sevirlər. Ciddi günah işləyən insan tövbə edəndə, Yehovadan uzaqlaşan insan Ona geri qayıdanda, yaxud kimsə həqiqəti öyrənib həyatında dəyişikliklər edəndə mələklər sevinir. (Luka 15:10 ayəsini oxuyun.) Bu ruhani varlıqlar təbliğ işində də fəal iştirak edirlər (Vəhy 14:6). Onlar insanlara birbaşa təbliğ etməsələr də, təbliğçini Yehova haqda öyrənmək istəyən insanın yanına yönəldə bilərlər. Əlbəttə, bu o demək deyil ki, təbliğdə baş vermiş hər xüsusi hadisədə mələklərin rolu olub. Axı Yehova insanlara kömək etmək və ya xidmətçilərini istiqamətləndirmək üçün başqa vasitələrdən də, məsələn, müqəddəs ruhundan istifadə edə bilər (Həv. 16:6, 7). Bununla belə, mələklər təbliğ işində bizə çox kömək edir. Odur ki, xoş müjdəni bəyan edəndə mələklərin bizə dəstək olacağına əmin ola bilərik. («Onların duası cavabsız qalmadı» adlı çərçivəyə baxın.)b

Bir ər-arvad ədəbiyyat arabası ilə şəhərin küçəsi ilə gedir. Başlarının üstündəki mələklər bacının fikrini skamyada kədərli oturan qadına yönəldirlər.

Bir ər-arvad bir az əvvəl ictimai şahidliyi bitirib evə qayıdır. Yolda bacı kədərli bir qadın görür. Bacı başa düşür ki, mələklər bizi həqiqəti axtaran insanlara yönəldə bilər. Buna görə də həmin qadınla danışıb ona təsəlli verir (8-ci abzasa baxın)


Onların duası cavabsız qalmadı

Ola bilərmi ki, aşağıdakı hadisələrdə Yehova mələklərdən istifadə edib?

  • Peruda yaşayan 12 yaşlı təbliğçi anası ilə telefon vasitəsilə şahidlik verərkən bir qadına zəng edir. Sən demə, bu qadın həmin vaxt Allaha dua edirmiş ki, ona kömək etməsi üçün kimisə göndərsin. Qadın bu balaca təbliğçinin zənginə duasının cavabı kimi baxır və Müqəddəs Kitabı öyrənməyə razılaşır. Qısa müddət sonra qadın ibadət görüşlərində iştirak etməyə başlayır.

  • Rumıniyada bir qadın Müqəddəs Kitabı bir müddət öyrənir, amma sonra bu dərsləri dayandırır. Sonralar o, İtaliyada bir ailədə xəstə baxıcısı kimi işləyən vaxt yenidən dərs keçmək istəyir. Amma o ərazidə Yehovanın Şahidlərindən heç kimi tanımadığı üçün dua edib Yehovadan kömək diləyir. Üstündən çox keçməmiş həmin ailə onu bazarlıq etmək üçün mağazaya göndərir. Ona mağazanın sahibi ilə söhbət etməməyi tapşırıb belə deyirlər: «O, Yehovanın Şahididir, müştəriləri ilə Müqəddəs Kitab haqda danışır». Belə də olur, qardaş bu qadına təbliğ edir. Qadın bunun duasının cavabı olduğunu düşünür. O, yenidən dərs keçməyə başlayır və ruhani cəhətdən yaxşı inkişaf edir. Onun gözəl nümunəsini görüb oğullarından biri də Müqəddəs Kitabı öyrənməyə və ibadət görüşlərində iştirak etməyə başlayır.

  • Yehovanın Şahidi olan bir ər-arvad maşınlarını satmaq qərarına gəlir. Onlar maşına baxmağa gələn bir ər-arvada fürsətdən istifadə edib təbliğ edirlər. Onlara maşını nəyə görə satdığını izah edirlər. Deyirlər ki, həyatlarını sadələşdirib insanlara Müqəddəs Kitab haqda öyrətməyə daha çox vaxt ayırmaq istəyirlər. Maşına baxmağa gələn kişi deyir: «Dünən Allaha dua edib demişdim ki, “ay Allah, nə olar, kimisə qarşıma çıxar mənə kömək etsin. İçimdə böyük bir boşluq var, həqiqəti tapmaq istəyirəm”». O, Yehovanın Şahidləri ilə olan bu görüşünə duasının cavabı kimi baxır. Nəticədə, həm o, həm də yoldaşı Müqəddəs Kitabı öyrənməyə razılaşır. Onların iki balaca qızı da Müqəddəs Kitabı öyrənməyə başlayır. Bu ailə hal-hazırda ibadət görüşlərimizə qatılır.

9. Mələklər kimi insanları sevdiyimizi necə göstərə bilərik?

9 Mələklər kimi insanları sevdiyimizi necə göstərə bilərik? Kiminsə Yehovanın Şahidi kimi bərpa olunduğu elan ediləndə mələklər kimi biz də sevinirik. Əlimizdən gələni etməliyik ki, bacımız və ya qardaşımız geri qayıtdığına görə sevindiyimizi və onu sevdiyimizi görsün (Luka 15:4—7; 2 Kor. 2:6—8). Bundan əlavə, təbliğ işində əlimizdən gələni etməklə də mələklərin nümunəsini izləmiş oluruq (Vaiz 11:6). Həmçinin mələklər təbliğ işində bizə dayaq olduğu kimi biz də müxtəlif yollarla bacı-qardaşlara xidmətdə dayaq ola bilərik. Məsələn, yeni təbliğçi ilə xidmətdə əməkdaşlıq etmək olar. Yaxud yaşlı, səhhətində problemi olan bacı-qardaşları özümüzlə təbliğə apara bilərik.

10. Saranın nümunəsindən nə öyrənirik?

10 Əgər şəraitimiz ürəyimiz istəyən qədər təbliğ etməyə imkan vermirsə, nə edə bilərik? Hətta bu vəziyyətdə də mələklərlə əməkdaşlıq etmək olar. Gəlin Hindistanda yaşayan Sarac adlı bacının nümunəsinə nəzər salaq. Təxminən 20 il öncül kimi xidmət edəndən sonra onun səhhətində ciddi problemlər yarandı və o vaxtdan yataq xəstəsi oldu. Sara buna görə qəm dəryasına batmışdı. Amma ruhani ailəsinin dəstəyi və Müqəddəs Kitabı müntəzəm mütaliə etməsi sayəsində Saranın kədəri yavaş-yavaş sevincə döndü. Əlbəttə ki, bu vəziyyətdə o, başqa üsullarla təbliğ etməli idi. Səhhəti heç oturub məktub yazmağa da yol vermədiyi üçün Sara yalnız telefon vasitəsilə şahidlik verirdi. O, maraqlanan insanlara təkrarən zəng edirdi. Həmin insanlar onu təbliğ etməsi üçün tanışlarına da yönəldirdi. Nəticədə, bir neçə ayın içində Saranın düz 70 şagirdi oldu! Hətta hamısına dərs keçməyə gücü çatmadığı üçün bəzilərini yığıncaqdakı digər təbliğçilərə ötürdü. Hal-hazırda şagirdlərin çoxu yığıncaqlarda iştirak edir. Şübhəsiz, Sara kimi xidmətdə əlindən gələni edən bacı-qardaşlarla əməkdaşlıq etmək mələklərə böyük zövq verir.

MƏLƏKLƏR DÖZÜMLÜDÜR

11. Mələklərin əsl dözüm göstərdiyi nələrdən görünür?

11 Mələklər dözüm sahəsində bizim üçün əsl nümunədirlər. Min illərdir ki, onlar haqsızlığa və pisliyə tab gətirirlər. Bir zamanlar onlarla birlikdə xidmət edən Şeytanın və digər ruhani varlıqların Yehovaya üsyan etdiyinin şahidi olublar (Yar. 3:1; 6:1, 2; Yhd. 6). Müqəddəs Kitabda bir sadiq mələyin üzləşdiyi çətinlikdən danışılır. Güclü bir cin ona müqavimət göstərmişdi (Dən. 10:13). Bundan əlavə, mələklər bəşər tarixi boyunca çox az insanın Yehovaya qulluq etdiyini görüblər. Bütün bunlara baxmayaraq, onlar Yehovaya sevinclə və şövqlə xidmət etməyə davam edirlər. Onlar əmindirlər ki, Yehova lazım bildiyi vaxtda haqsızlığa son qoyacaq.

12. Dözüm göstərməyə bizə nə kömək edə bilər?

12 Mələklər kimi necə dözümlü ola bilərik? Onlar kimi bəzən biz də haqsızlığın şahidi oluruq və ya təqiblərlə üzləşirik. Bununla belə, Yehovanın lazım bildiyi vaxtda bütün pisliklərə son qoyacağına əminlik bizdə də var. Buna görə də sadiq mələklərdən nümunə götürərək yaxşı iş görməkdən yorulmuruq (Qal. 6:9). Həm də Yehova bizə dözüm göstərməyə kömək edəcəyinə söz verir (1 Kor. 10:13). Yehovadan müqəddəs ruh diləyə bilərik. Bu ruh bizdə səbir və sevinc xüsusiyyətini yetişdirir (Qal. 5:22; Kol. 1:11). Təqiblə üzləşən zaman nə edə bilərsiniz? Yehovaya tamamilə etibar edin. Təşvişə düşməyin. O, hər zaman sizə arxa-dayaq olacaq, sizi güclü edəcək (İbr. 13:6).

MƏLƏKLƏR YIĞINCAĞIN RUHANİ TƏMİZLİYİNİ QORUYUR

13. Axırzamanda mələklərə hansı xüsusi tapşırıq həvalə olunub? (Mətta 13:47—49).

13 Axırzamanda Yehova mələklərə xüsusi bir tapşırıq verib. (Mətta 13:47—49 ayələrini oxuyun.) Bu gün bütün dünyada milyonlarla insan xoş xəbərə maraq göstərir. Onlardan bəziləri Yehovanın xidmətçisi olmaq üçün həyatlarında dəyişikliklər edir, digərləri isə yox. Yehova mələklərə «pisləri salehlərdən» ayırmağı tapşırıb. Deməli, onlar yığıncağın paklığını qoruyur. Amma bu o demək deyil ki, Yehovanın xalqı ilə əlaqəsini kəsən insan daha heç vaxt geri qayıda bilməz. Bu, yığıncaqda heç vaxt problemlərin olmayacağı da demək deyil. Hər necə olsa da, mələklərin yığıncağın təmizliyini qorumaq üçün var gücləri ilə çalışdığına əmin ola bilərik.

14, 15. Mələklərdən nümunə götürərək yığıncağın əxlaqi və ruhani təmizliyini necə qoruya bilərik? (Həmçinin şəkillərə baxın.)

14 Mələklər kimi yığıncağın paklığını necə qoruya bilərik? Yığıncağın ruhani və əxlaqi təmizliyini qorumaq üçün öz öhdəmizə düşəni etməliyik. Bunun üçün ilk növbədə Yehova ilə öz münasibətimizi möhkəm saxlamağa çalışmalıyıq. Buna necə nail ola bilərik? Yehovanı sevən insanlarla oturub-durmalıyıq və Onunla dostluğumuza xələl gətirəcək istənilən şeydən uzaq olmalıyıq (Zəb. 101:3). Həmçinin dindaşlarımıza Yehovaya sadiq qalmağa kömək edə bilərik. Məsələn, kiminsə ciddi günah işlədiyini bilsək, necə davranmalıyıq? Həmin insanı sevdiyimiz üçün onu ağsaqqallarla danışmağa təşviq edəcəyik. Əgər o danışmasa, onda özümüz ağsaqqallara bu barədə məlumat verəcəyik. Biz istəyirik ki, ruhani cəhətdən zəif olan dindaşımız tez bir zamanda kömək alsın (Yaq. 5:14, 15).

15 Təəssüf ki, ciddi günah işləyənlərdən bəziləri artıq Yehovanın Şahidi ola bilməz. Belə olanda biz daha onlarla oturub-durmuruqd (1 Kor. 5:9—13). Bunun sayəsində yığıncağın paklığı qorunur. Bundan əlavə, artıq Yehovanın Şahidi olmayan insanla oturub-durmamaqla, əslində, ona yaxşılıq etmiş oluruq. Bizim qəti mövqeyimizi görüb, ola bilsin, o, Yehovaya geri dönməyin vacibliyini anlayacaq. Geri dönsə, bizə də Yehova və mələklərlə birgə sevinmək düşər (Luka 15:7).

Şəkillər: 1) İki bacı parkda skamyada oturub qəhvə içir. Onlardan biri danışan vaxt, o birisi üzünü çevirib başqa yerə baxır. 2) Dindaşı ilə danışan bacı sonra ibadət evində iki ağsaqqala yaxınlaşır.

Dindaşımızın ciddi günah işlədiyini bilsək, nə etməliyik? (14-cü abzasa baxın)e


16. Mələklərdən hansı sahələrdə nümunə götürəcəksiniz?

16 Ruhani aləmi iman gözü ilə görmək və mələklərlə çiyin-çiyinə əməkdaşlıq etmək bizim üçün, doğrudan da, böyük şərəfdir! Gəlin mələklərin təvazökarlığından, insanlara olan sevgisindən, dözümündən, yığıncağın ruhani və əxlaqi təmizliyini qorumaq üçün gördüyü işlərdən örnək alaq. Əgər mələklərin nümunəsini izləsək, onda biz də əbədiyyən Yehovanın ailəsinin üzvü olacağıq!

MƏLƏKLƏRDƏN NÜMUNƏ GÖTÜRƏRƏK...

  • necə təvazökar ola bilərik?

  • insanlara sevgimizi necə göstərə bilərik?

  • yığıncağın ruhani təmizliyini necə qoruya bilərik?

NƏĞMƏ 123 Allahın qoyduğu nizama tabe olaq

a Yüz milyonlarla mələk olsa da, Müqəddəs Kitabda onlardan yalnız ikisinin, Mikayılın və Cəbrayılın adı çəkilib (Dən. 12:1; Luka 1:19).

b Daha çox hadisə haqda oxumaq üçün «Gözətçi qülləsi nəşrlərinin indeksi»ndən «Mələklər» başlığı altında «mələklərin rəhbərliyi (nümunələr)» yarımbaşlığına (rus.) baxın.

c Ad şərtidir.

d «Rəhbərlik Şurasının müraciəti 2 (2024)» adlı videoda izah olunduğu kimi, artıq Yehovanın Şahidi olmayan insan yığıncağa gələndə hər bir təbliğçi Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanına uyğun olaraq onunla qısaca salamlaşıb-salamlaşmamaqla bağlı özü qərar verəcək.

e ŞƏKLİN İZAHI. Bacı öz rəfiqəsini ağsaqqallarla danışmağa təşviq edir. Rəfiqəsi bunu etmədiyi üçün bacı özü ağsaqqallara bu barədə məlumat verir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş