Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 4/06 s. 3
  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • RƏHBƏRLİK ŞURASININ MƏKTUBU
  • Müqəddəs ibadətimiz 2006
  • Oxşar material
  • Allahın lütfü barəsindəki müjdəni təbliğ edin
    Gözətçi qülləsi 2016
  • Lütfünə görə Allaha minnətdarıq
    Gözətçi qülləsi 2016
  • Lütf sizi azad etdi
    Gözətçi qülləsi 2016
  • «Xeyirxahlıq qanunu» dilinizdə olsun
    Gözətçi qülləsi 2022
Müqəddəs ibadətimiz 2006
km 4/06 s. 3

RƏHBƏRLİK ŞURASININ MƏKTUBU

«ATAMIZ Allah və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!» Yığıncaqlara yazdığı məktubların çoxunu Pavel bu cür diləklə başlayırdı. Biz də öz məktubumuzu belə bir diləklə başlamaq istəyirik (Efes. 1:2).

İsa Məsihin fidiyə qurbanlığında zühur etmiş Allahın lütfü bizim üçün necə də qiymətlidir! Fidiyənin sayəsində Allah bizi saleh sayır. Hətta dayanmadan Müqəddəs Kitabı öyrənsəydik, xoş xəbəri təbliğ etsəydik və ya başqa yaxşı işlər görsəydik belə, biz heç zaman buna öz qüvvəmizlə nail ola bilməzdik. Günahlarımızın bağışlanmasını və əbədi həyatı göstərdiyimiz sə’yin müqabilində verilən əmək haqqı kimi almırıq. Bunlar Allahın İsa Məsih vasitəsilə göstərdiyi lütfünü ifadə edən bəxşişlərdir (Rom. 11:6).

Pavel həmimanlılarına yazırdı: «Biz... sizə yalvarırıq ki, Allahın lütfünü boş yerə qəbul etməyəsiniz. Çünki O deyir: “Səni münasib vaxtda eşitdim və xilas günündə sənə yardım etdim”. Bax indi münasib vaxtdır, indi xilas günüdür». Bu cür ‘münasib vaxtdan’ biri birinci əsrdə Yerusəlimin dağıdılmasından əvvəl olmuşdur. Yehovanı sevən səmimi insanlar ruhani mə’nada xilas edilmişdilər. Bunun nəticəsi o olmuşdur ki, eramızın 70-ci ilində Yerusəlim dağıdılanda, şəhərdən qaçan bütün sadiq adamlar sözün əsl mə’nasında həyatlarını xilas etmişdilər (2 Kor. 6:1, 2).

Bu gün biz də ‘münasib vaxtda’ və ‘xilas günündə’ yaşayırıq. Yehovanın Öz xidmətçiləri kimi qəbul etdiyi insanlar və ruhani mə’nada xilas olunanlar, lap yaxında olan «Rəbbin möhtəşəm günü»ndən sağ çıxmağa ümid bəsləyirlər (Sef. 1:14).

Yehovanın yaxınlaşmaqda olan günü haqqında biliyə sahib olmağımız bizim üzərimizə ciddi məs’uliyyət qoyur. Birincisi, biz insanları xəbərdar etməliyik. İkincisi, həlim insanların da xilas olunmaları və Yehovanın lütfünə hay vermələri üçün onlara kömək etməliyik. Pavel başqaları qarşısında olan məs’uliyyətini dərk edirdi. O yazırdı: «Əgər Müjdəni... təbliğ etmirəmsə, vay halıma!» Onu təbliğ etməyə təşviq edən nə idi? O yazırdı: «Müdriklərə və cahillərə borcluyam. Beləliklə... var gücümlə Müjdəni təbliğ etməyə hazıram» (1 Kor. 9:16; Rom. 1:14, 15).

İnsanları xəbərdarlıq etmək işini Yehova çox vacib sanır: əgər biz bu tapşırığa e’tinasız yanaşsaq, Allah bizi məs’uliyyətə cəlb edəcək. Biz Yehovanın Yezekelə nə dediyini xatırlayırıq: «Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et. Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məs’uliyyəti Mən sənin üzərinə qoyacağam» (Yez. 3:17, 18).

Bu son günlərdə yaşamaq olduqca çətindir. Sizin çoxsaylı vəzifələriniz var: ailə, iş, məktəb, yığıncaqdakı işlər və təbliğ xidməti. Bundan əlavə, bir çoxları xəstəlik, mə’yusluq və yaşla əlaqədar nasazlıq keçirir və hətta tə’qiblərə mə’ruz qalırlar. Bütün bunların hamısı, doğrudan da, ağır yükdür. İsa kimi, biz də sizin dərdinizə şərikik. O demişdir: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm» (Mat. 11:28). Müxtəlif sınaqlara baxmayaraq Yehovaya sədaqətlə xidmət etməyə çalışan sizlərin hamısına ürəkdən minnətdarlığımızı bildirmək istəyirik.

Sizin sə’ylə təbliğ etməyiniz və şagirdlər hazırlamağınız, həmçinin Yehovanın xeyir-duası sayəsində hər həftə bütün dünyada orta hesabla 4 764 adam vəftiz olunmuşdur. Ötən xidmət ili ərzində 1 417 yeni yığıncaq təşkil olunmuşdur. Biz dua edirik ki, artıq 120-dən çox dildə nəşr olunan «Müqəddəs Kitab əslində nəyi öyrədir?» adlı yeni kitab, milyonlarla insanlara bu «xilas günündə» Yehovadan lütf və sülh almağa kömək etsin. Ümid edirik ki, Yehova ümidlərimizi həyata keçirəcək.

Əmin olun ki, Rəhbərlik şurası sizi sevir və sizin üçün dua edir. Həmçinin bizim üçün dua etdiyinizə görə sizə öz minnətdarlığımızı bildirmək də istəyirik.

Sizin qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik şurası

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş