Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yb17 s. 136—137
  • Müqəddəs Kitabda yazılanları öz gözümlə gördüm!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Kitabda yazılanları öz gözümlə gördüm!
  • Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Oxşar material
  • Düşünürdüm bəxtəvər insanam
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • Həyatımı dəyişən üç sual
    Gözətçi qülləsi 2015
  • Ərim durmadan oxuyurdu
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
  • İstəyirdim mənə Yehova yol göstərsin
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
Əlavə
Yehovanın Şahidlərinin illik fəaliyyəti 2017
yb17 s. 136—137

GÜRCÜSTAN

Müqəddəs Kitabda yazılanları öz gözümlə gördüm!

Pepo Devidze

  • DOĞUM TARİXİ: 1976

  • VƏFTİZ TARİXİ: 1993

  • QISA MƏLUMAT: Pepo pravoslav kimi böyüyüb və kilsənin adət-ənənələrinə çox bağlı olub. Sonralar Müqəddəs Kitabdakı həqiqətləri tapıb və həyat yoldaşı ilə birlikdə Beyteldə xidmət edib. Hal-hazırda onlar xüsusi öncüldürlər.

Pepo Devidze

YEHOVANIN ŞAHİDLƏRİ haqda ilk dəfə Kutaisi şəhərində kollecdə oxuyanda eşitmişdim. Qonşular demişdi ki, Yehovanın Şahidləri ibadətlərində heç bir ikonadan istifadə etmirlər və İsa Məsihin Allah olduğuna inanmırlar. Yehovanın Şahidlərinin öyrətdikləri mənim bir pravoslav kimi əziz tutduğum inanclara zidd idi.

1992-ci ilin yayında mən öz şəhərimə, Sakeriyə qayıdanda gördüm ki, burada da Yehovanın Şahidləri var. Anam bu insanlar barədə çox yaxşı şeylər eşitmişdi. Mən onlar haqda mənfi fikirdə olduğum üçün o, mənə dedi: «Get, hər şeyi özün gör».

Pavle və Paata adlı iki öncül qardaş tez-tez qonşumuzdakı bir ailəyə baş çəkirdi. O biri qonşular da gəlib onlara qulaq asır, suallar verirdilər. Mən onların müzakirələrində iştirak etmək qərarına gəldim. Qardaşlar verdiyim hər suala uyğun Müqəddəs Kitabdan ayə açır və mənim özümə oxutdururdular. Bu, məndə böyük təəssürat oyatdı; mən Müqəddəs Kitabda yazılanları öz gözümlə gördüm!

Çox keçməmiş qardaşların dərs keçdiyi insanların sırasına mən də qoşuldum. Növbəti yay bu qrupdan, mən də daxil olmaqla, on nəfər vəftiz oldu. Sonralar anam da Yehovanın Şahidi oldu.

Verdiyim hər sualın cavabını Müqəddəs Kitabdan özümə oxutdurduqlarına görə qardaşlara indiyədək minnətdaram. Bu, mənə uşaqlıqdan inandığım təlimlərin səhv olduğunu qəbul etməyə kömək etdi. İndi xidmətdə mən də ayələri insanların özünə oxutdururam, çünki bir zaman özüm bunun xeyrini görmüşəm.

Pepo Devidze və həyat yoldaşı
    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş