Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 171
  • İblisin görünüşü necədir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İblisin görünüşü necədir?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Kitabın cavabı
  • Müqəddəs Kitabda İblis necə təsvir olunur?
  • Şeytana qarşı durun və o qaçacaq!
    Gözətçi qülləsi 2006
  • ‘İblisə qarşı durmaqda’ İsanı təqlid edin
    Gözətçi qülləsi 2008
  • Müqəddəs yazılara aid suallara cavab
    Gözətçi qülləsi 2013
  • İblis kimdir və ya nədir?
    Gözətçi qülləsi (kütləvi) 2016
Əlavə
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 171

İblisin görünüşü necədir?

Müqəddəs Kitabın cavabı

İblis gözəgörünməz ruhani varlıqdır. Bu o deməkdir ki, onun bədəni cismani deyil (Efeslilərə 6:11, 12).

Əlində yaba tutmuş İblisin təsviri. O buynuzlu, quyruqlu, keçiyəbənzər məxluq kimi təsvir olunub.

Adətən İblisi buynuzlu, quyruqlu, əlində yaba tutmuş keçiyəbənzər məxluq kimi təsvir edirlər. Bəzi alimlərin fikrincə, İblisin bu cür təsviri orta əsr rəssamlarının əsərlərindən qaynaqlanır. Bu rəssamlar isə çox ehtimal ki, şifahi xalq ədəbiyyatının və qədim mifologiyanın təsiri altında İblisi bu cür çəkirdilər.

  • Müqəddəs Kitabda İblis necə təsvir olunur?

  • Müqəddəs Kitabda İblis barədə ayələr

Müqəddəs Kitabda İblis necə təsvir olunur?

Müqəddəs Kitabda İblis müxtəlif bənzətmələrlə təsvir olunur. Bu bənzətmələr İblisin zahiri görünüşünü yox, xarakterini açıqlayır. Bir neçə nümunəyə nəzər salaq:

  • Nur mələyi. O özünü elə göstərir ki, guya insanlara yaxşı bir şey təklif edir. Əslində isə məqsədi onları Allahın yolundan döndərib öz yoluna çəkməkdir (2 Korinflilərə 11:14).

  • Nərildəyən şir. O, Allahın xidmətçilərinə amansız hücumlar edir (1 Butrus 5:8).

  • Böyük əjdaha. O, qorxuncdur, güclüdür və çox böyük zərər yetirməyə qadirdir (Vəhy 12:9).

Müqəddəs Kitabda İblis barədə ayələr

  • 2 Korinflilərə 11:14: «Şeytan da nur mələyi cildinə girir».

    Mənası: Şeytan insanları Allahın yolundan döndərib öz yoluna çəkmək üçün özünü yaxşı biri kimi qələmə verir.

  • Efeslilərə 6:1: «İblisin hiylələrinə sinə gərmək üçün Allahın verdiyi bütün yaraqları əyninizə geyinin».

    Mənası: İblis insanları Allahın itaətindən çıxarmaq üçün fəndlər işlədir.

  • Yaqub 4:7: «Allaha tabe olun, İblisə müqavimət göstərin və o, sizdən qaçacaq».

    Mənası: Allaha itaət etməklə İblisə qalib gəlmək olar.

  • 1 Butrus 5:8: «Düşməniniz İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır».

    Mənası: İblis Allaha itaət edənlərə nifrət edir və onların Allahla dostluğunu pozmaq istəyir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş