Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 97
  • Nəyə görə üzr istəməliyəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Nəyə görə üzr istəməliyəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Nəyə görə üzr istəmək lazımdır?
  • Necə üzr istəmək lazımdır?
  • Xoşbəxt ailənin sirri. Üzr istəyin
    Ailələrə komək
  • Üzr istəmək nə üçün çətindir?
    Gözətçi qülləsi 2003
  • Üzr istəmək barışığın açarıdır
    Gözətçi qülləsi 2003
  • 8. Örnək
    Oyanın! 2018
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 97
Şagird sinifdə oturub, müəllim onu danlayıb.

GƏNCLƏRİN SUALLARI

Nəyə görə üzr istəməliyəm?

Növbəti vəziyyətlərdə nə edərdin?

  1. Müəllim dərs vaxtı özünü pis apardığına görə səni danlayır.

    Müəllimdən üzr istəməlisən, hətta məsələni böyütdüyünü düşünsən də?

  2. Dostun onun haqqında xoşagəlməz söz dediyindən xəbər tutur.

    Dostundan üzr istəməlisən, hətta dediyin sözün düz olduğunu düşünsən də?

  3. Hirsini saxlamayıb atana cavab qaytarmısan.

    Atandan üzr istəməlisən, hətta onun səni əsəbləşdirdiyini düşünsən də?

Bütün bu sualların cavabı «bəli»dir. Bəs nəyə görə hətta özünü təqsirkar bilməsən də, üzr istəməlisən?

  • Nəyə görə üzr istəmək lazımdır?

  • Necə üzr istəmək lazımdır?

  • Həmyaşıdların nə deyir?

Nəyə görə üzr istəmək lazımdır?

  • Üzr istəmək yetkinlik əlamətidir. Dediyin və etdiyin şeylərə görə məsuliyyəti üzərinə götürəndə göstərirsən ki, yetkin insana lazım olan əsas xüsusiyyətləri özündə yetişdirirsən.

    «Təvazökarlıq və səbir adama üzr istəməyə və qarşındakı insanı dinləməyə kömək edir» (Reyçel).

  • Üzr istəmək barışmağa kömək edir. «Bağışla» deməyi bacaran insan göstərir ki, özünün haqlı, qarşı tərəfin haqsız olduğunu sübut etmək yox, sülh yaratmaq istəyir.

    «Hətta təqsirkar olmadığını düşünsən də, əsas məsələ sülh yaratmaq olmalıdır. “Bağışla” deməklə heç kim ölmür, amma dostluq möhkəmlənir» (Miriyam).

  • Üzr istəyəndə insan özünü yaxşı hiss edir. Sözlə və ya hərəkətlə kiminsə qəlbini yaralamağın verdiyi peşmançılıq ağır yükdür. Üzr istəyəndə isə həmin yükü çiynindən atırsana.

    «Bəzən anamla və ya atamla düşünmədən danışırdım. Özümü pis hiss edirdim, amma üzr istəməyə də çətinlik çəkirdim. Üzr istəyəndə isə ürəyim rahat olurdu, çünki ailəmizdə sülh olurdu» (Nia).

    Yeniyetmə oğlan belində böyük daş daşıyır.

    Peşmançılıq ağır yük kimidir, üzr istəyəndə o yükdən azad olursan

Üzr istəmək asandır? Xeyr. Dina adlı gənc qız dəfələrlə olub ki, anasına qarşı etdiyi kobudluğa görə üzr istəməli olub. O deyir: «“Bağışla” demək asan deyil. Elə bil, adamın dilindən daş asılır, sözü heç cür dilinə gətirə bilmirsən!»

Necə üzr istəmək lazımdır?

  • Mümkündürsə, insandan üz-üzə üzr istə. Belə edəndə qarşındakı insan sənin səmimi-qəlbdən peşman olduğunu görür. Ancaq sms-lə üzr istəyəndə insan səmimiyyətinə inanmaya bilər. Hətta sms-də kədərli emoji qoysan da, üzrxahlığın ona səmimi gəlməyə bilər.

    Məsləhət. Əgər insandan üz-üzə üzr istəyə bilmirsənsə, ona zəng etmək, yaxud açıqca yazmaq olar. Hansı üsulu seçirsən-seç, deyəcəyin sözləri yaxşı-yaxşı götür-qoy et.

    Müqəddəs Kitab məsləhəti: «Saleh adam cavab verməzdən qabaq ürəyində fikirləşər» (Məsəllər 15:28).

  • Dərhal üzr istə. Məsələ nə qədər uzansa, bir o qədər ciddi görünəcək və səninlə xətrinə dəydiyin insan arasında anlaşılmazlıqlar artacaq.

    Məsləhət. Qarşına məqsəd qoy. Məsələn, «bu gün üzr istəyəcəyəm». Özünə vaxt qoy və dediyini et.

    Müqəddəs Kitab məsləhəti: «Çalış məsələni tez həll edəsən» (Mətta 5:25).

  • Səmimi-qəlbdən üzr istə. «Bilməzdim ki, sənin xətrinə dəyər» sözləri üzr istəmək deyil! «Hərəkətinə görə məsuliyyəti üzərinə götürdüyünü görəndə xətrinə dəydiyin insan adətən sənə hörmətlə yanaşır», — deyə Janel qeyd edir.

    Məsləhət. Üzr istəyəndə minnət qoyma. Sözlərindən belə çıxmasın: «Sən səhvini boynuna alsan, mən də öz səhvimə görə üzr istəyərəm».

    Müqəddəs Kitab məsləhəti: «Buna görə də gəlin sülhə aparan... şeylərə can ataq (Romalılara 14:19).

Həmyaşıdların nə deyir?

Valeri.

«Üzr istəmək üçün insandan təvazökarlıq tələb olunur, xüsusilə də heç bir günahının olmadığını düşünürsənsə. Hətta belə olanda da, çalışıram, sözlərim xoş və ürəkaçan olsun. Məqsədim odun üstünə yağ tökmək deyil, odu söndürməkdir» (Valeri).

Filip.

«Üzr istəyəndə göstərirsən ki, özündən çox qarşındakını fikirləşirsən. Üzr istəmək çətin olsa da, bunun sayəsində adam yaxşı dost olur və münasibətlər daha da möhkəmlənir» (Filip).

Kendal.

«Bəzən kimsə kiçik bir şeyə çox həssas yanaşıb inciyir. Amma bu o demək deyil ki, sən düzsən, o səhvdir. Yaxşı olar ki, onun hisslərini nəzərə alasan. Əgər sözümlə, hərəkətimlə kiminsə qəlbinə dəymişəmsə, üzr istəməliyəm» (Kendal).

Xülasə: Nəyə görə üzr istəməliyəm?

  • Üzr istəmək yetkinlik əlamətidir.

  • Üzr istəmək barışmağa kömək edir.

  • Üzr istəyəndə insan özünü yaxşı hiss edir.

Necə etməli?

  • Mümkündürsə, insandan üz-üzə üzr istə.

  • Dərhal üzr istə.

  • Səmimi-qəlbdən üzr istə.

a Kiminsə əşyasını itirmisənsə, yaxud zərər vurmusansa, yaxşı olardı ki, üzr istəməklə yanaşı, vurduğun zərəri də ödəyəsən.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş