Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 103
  • Multitaskinq barədə nəyi bilməliyəm?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Multitaskinq barədə nəyi bilməliyəm?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Səndə multitaskinq bacarığı var?
  • Multitaskinq yalanı
  • Daha yaxşı üsul
  • Texnologiyanın təsiri. Düşüncənizə
    Oyanın! 2021
  • Elektron cihazlar. Nikah üçün təhlükədir?
    Ailələrə komək
  • Diqqətimi cəmləməyi necə öyrənə bilərəm?
    Gənclərin sualları
  • Əsil dostu necə tapmaq olar?
    Oyanın! 2016
Əlavə
Gənclərin sualları
ijwyp məqalə 103
Bir neçə işi görməyə çalışan yeniyetmə oğlan. Dostu ilə görüntülü danışır, dərs oxuyur və telefonu ilə İnternetdə axtarış aparır.

GƏNCLƏRİN SUALLARI

Multitaskinq barədə nəyi bilməliyəm?

  • Səndə multitaskinq bacarığı var?

  • Multitaskinq yalanı

  • Daha yaxşı üsul

  • Həmyaşıdların nə deyir?

Səndə multitaskinq bacarığı var?

Multitaskinq bacarığın var? Yəni eyni anda bir neçə işi görə bilirsən? Çoxları fikirləşir ki, «rəqəmsal immiqrantlar»la, yəni texnologiyaya sonradan öyrəşən yaşlı nəsillə müqayisədə «rəqəmsal nəsil» adlanan, yəni texnologiya dövründə böyüyən gənclərdə multitaskinq daha yaxşı alınır. Bəs bu fikirdə həqiqət var?

DÜZ yoxsa SƏHV?

  • Multitaskinq vaxt udmağa kömək edir.

  • Təcrübə qazandıqca bir dəfəyə bir neçə işi görmək asanlaşır.

  • Gənclər multitaskinqdə yaşlılardan daha bacarıqlıdır.

Əgər fikirlərdən birini «düz» hesab edirsənsə, deməli «multitaskinq yalanı»na aldanmısan.

Multitaskinq yalanı

İki işi eyni vaxtda görməyi bacardığını düşünürsən? Diqqətin yayınmadan bir neçə işi eyni vaxtda görmək olar. Məsələn, musiqiyə qulaq asa-asa evi təmiz yığışdırmaq mümkündür.

Ancaq diqqət tələb edən iki işi birdən görsən, hər iki iş keyfiyyətsiz olacaq. Ketrin adlı bir gənc multitaskinqi «eyni vaxtda hər şeyi korlamaq bacarığı» adlandırır.

«Bir dəfə söhbət edəndə telefonuma mesaj gəldi. Söhbət edə-edə mesaja cavab yazdım. Nəticədə, nə qarşımdakını düz-əməlli eşitdim, nə də mesajı düz-əməlli yazdım» (Kaleb).

Texnologiya üzrə ekspert Şerri Törkl yazır: «Eyni zaman kəsiyində birdən çox iş gördüyümüzü düşünəndə... gördüyümüz hər növbəti işin keyfiyyəti aşağı düşür. Multitaskinq beynimizi stimulyasiya edərək bizə enerji verir və nəticədə, məhsuldar olduğumuzu düşündüyümüz halda, əslində, məhsuldarlığımızı itiririk»a.

«Hərdən elə bilirəm ki, eyni vaxtda həm yazışıb, həm də kiminləsə danışmağı bacarıram. Ancaq bir də görürəm ki, yazmalı olduğum şeyi bərkdən demişəm, deməli olduğum şeyi isə mesaja yazmışam» (Tamara).

Eyni vaxtda bir neçə işi görməyə çalışan adamlar yersiz yerə həyatlarını ağırlaşdırır. Məsələn, onların ev tapşırığını etməyə vaxtı çox gedir. Yaxud bir işi iki dəfə görməli olurlar. Hər iki halda onların istədikləri işi görməyə vaxtları qalmır.

Psixoterapevt və məktəb məsləhətçisi Tomas Kerstinq deyir: «Beyini lazımi informasiyaların səliqə ilə yığıldığı şkafla müqayisə etsək, eyni anda çoxlu iş görənlərin beynini səliqəsiz bir şkafa bənzətmək olardı»b.

«Eyni vaxtda nə qədər çox iş görürsən, bir o qədər vacib məqamı nəzərdən qaçırırsan. Axırda görürsən ki, işin birə-beş artıb, vaxtını da boş-boşuna sərf etmisən» (Teresa).

Maşın yol ayrıcında iki yerə bölünüb, maşının hissələri hərəsi bir tərəfə gedir.

Eyni vaxtda bir neçə işi görəndə, sanki, iki yolda eyni vaxtda maşın sürməyə çalışırsan

Daha yaxşı üsul

  • Bir dəfəyə ancaq bir işə fokuslanmağı öyrən. Bu, çətin ola bilər, xüsusilə də, bir neçə işi birdən görməyə, məsələn, dərs oxuyan vaxt mesajlaşmağa öyrəşmisənsə. Ancaq Müqəddəs Kitab «daha vacib şeyləri ayırd etməyi» öyrənməyə səsləyir (Filippililərə 1:10). Bütün işlər eyni dərəcədə vacib olmur. Buna görə də, əvvəlcə hansı işin daha vacib olduğunu müəyyənləşdir və tamamlayana kimi diqqətini yalnız ona cəmlə.

    «Dağınıq fikir uşaq kimidir. Bəzən ona istədiyini etməyə icazə vermək ən asan yol kimi görünsə də, “yox” demək lazımdır» (Mariya).

  • Diqqəti yayındıran şeyləri uzaqlaşdır. Dərs oxuyarkən telefona baxmaq vərdişin var? Telefonunu başqa otağa apar qoy, televizoru söndür, sosial şəbəkələri isə yadından çıxart. Müqəddəs Kitabda deyilir: «Vaxtınızın qədrini bilin» (Koloslulara 4:5).

    «Gördüm ki, fikrimi ancaq bir işə toplamaq daha yaxşıdır. Siyahıda onun üstündən xətt çəkib növbəti işə keçəndə ləzzət alıram» (Onya).

  • Söhbət edəndə diqqətin həmsöhbətində olsun. Söhbət vaxtı tez-tez telefona baxsan, söhbətdən də yayınarsan, həmsöhbətinə qarşı da nəzakətsizlik edərsən. Müqəddəs Kitabda deyilir: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Mətta 7:12).

    «Hərdən bacımla danışanda ya kiminləsə yazışır, ya da telefonla oynayır. Həmin an elə bil başımdan tüstü çıxır! Amma düzünü desəm, hərdən özüm də eyni şeyi edirəm» (Deyvid).

Həmyaşıdların nə deyir?

Ceyvn.

«Nəsə vacib işim olanda, telefonu səssiz rejimə qoyuram və bütün diqqətimi həmin işə cəmləyirəm. Onda həm çox iş görürəm, həm də işimi daha yaxşı görürəm» (Ceyvn).

Kiyara.

«Eyni anda ancaq bir işi görmək çətin ola bilər. Amma diqqətini bir işə cəmləyəndə işin keyfiyyəti yaxşı olur. Keyfiyyət isə kəmiyyətdən min dəfə yaxşıdır» (Kiyara).

Xülasə: Multitaskinq barədə nəyi bilməliyəm?

  • Diqqət tələb edən iki işi birdən görsən, hər iki iş keyfiyyətsiz olacaq.

  • Eyni vaxtda bir neçə işi görməyə çalışan adamlar yersiz yerə həyatlarını ağırlaşdırır.

  • Daha yaxşı nəticə əldə etmək üçün bir dəfəyə ancaq bir işə fokuslan

  • Söhbət vaxtı başqa nəsə etsən, söhbətdən də yayınarsan, həmsöhbətinə qarşı da nəzakətsizlik edərsən.

  • Eyni vaxtda bir neçə işi görmək istəyi güclü ola bilər, buna görə də diqqəti yayındıran şeyləri özündən uzaqlaşdır.

a «Reclaiming Conversation» kitabından.

b «Disconnected» kitabından.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş