Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mrt məqalə 36
  • Ədalətli iqtisadi sistem mümkündür?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ədalətli iqtisadi sistem mümkündür?
  • Əlavə mövzular
  • Başlıqlar
  • Oxşar material
  • Allahın həll edəcəyi iqtisadi problemlər
  • Sürətlənən qlobal inflyasiya. Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Dünyadakı qida qıtlığı barədə Müqəddəs Kitabda nə deyilir?
    Əlavə mövzular
  • Allahın Hökuməti peyğəmbər üçün niyə önəmlidir?
    Gözətçi qülləsi 2014
  • Əbədi yaşamaq üçün nə edə bilərsiniz?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə mövzular
mrt məqalə 36
Xarabalıqların yanında duran kişi çoxmərtəbəli lüks yaşayış binalarına baxır

Ədalətli iqtisadi sistem mümkündür?

Ədalətsiz iqtisadi vəziyyətdən narazıçılıq günü-gündən artır: müxtəlif ölkələrdə insanlar küçələrə axışıb etiraz aksiyaları keçirir. COVID-19 pandemiyası iqtisadi vəziyyəti daha da ağırlaşdırıb, bu səbəbdən vətəndaş iğtişaşlarının sayı da artıb, çünki karantin, ərzaq qıtlığı və tibbi xidmətlərin əlçatmaz olması səbəbindən kasıblarla varlılar arasındakı uçurum daha da böyüyüb.

Dünyanı cənginə alan iqtisadi problemlərin sonunu görəcəyik? Bəli. Müqəddəs Kitabda Allahın üzləşdiyimiz problemləri necə həll edəcəyi göstərilir.

Allahın həll edəcəyi iqtisadi problemlər

Problem. İnsanlar hamının tələbatını təmin edən iqtisadi sistem yaratmağa müvəffəq olmayıb.

Həlli. Allah insan hökumətlərini Öz hökuməti ilə əvəz edəcək. Bu hökumət Allahın Padşahlığı adlanır və göydən bütün yeri idarə edəcək (Dənyal 2:44; Mətta 6:10).

Nəticə. Ümumdünya hökumət olaraq, Allahın Padşahlığı yer üzünü mükəmməl idarə edəcək. İnsanlar kasıbçılığın nə olduğunu daha bilməyəcək və iqtisadi sabitsizlikdən daha əziyyət çəkməyəcəklər (Zəbur 9:7—9, 18). Onlar əllərinin zəhmətindən zövq alacaq, ailələri ilə birgə səmərəli və dolğun həyat yaşayacaqlar. Müqəddəs Kitabda vəd edilir: «Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək» (Əşiya 65:21, 22).

Problem. İnsanlar onlara əzab-əziyyət verən və yoxsulluğa düçar edən hadisələrdən qaça bilmir.

Həlli. Allah Padşahlığı vasitəsilə əzabların və qeyri-sabitliyin səbəblərini aradan qaldıracaq.

Nəticə. Allah Özü insanların qayğısına qalacaq; nə özləri, nə də ailələri onları zəruri şeylərdən məhrum edə biləcək hadisələrlə daha heç vaxt üzləşməyəcək. Məsələn, müharibələr, ərzaq qıtlığı, pandemiyalar keçmişdə qalacaq (Zəbur 46:9; 72:16; Əşiya 33:24). Allah deyir: «Mənim xalqım dinclik hökm sürən yurdlarda, təhlükəsiz yerlərdə, sakit məkanlarda yaşayacaq» (Əşiya 32:18).

Problem. Tamahkar, xudbin insanlar çox vaxt başqalarını istismar edir.

Həlli. Allahın Padşahlığının təbəələri insanlara səmimi məhəbbət göstərməyi şəxsi maraqlarından üstün tutmağı öyrənəcəklər (Mətta 22:37—39).

Nəticə. Allahın Padşahlığının rəhbərliyi altında yaşayacaq insanların hər biri «öz xeyrini [güdməyən]» məhəbbət təzahür etdirəcək (1 Korinflilərə 13:4, 5). Müqəddəs Kitabda deyilir: «Müqəddəs dağımın heç bir yerində onlardan xətər gəlməyəcək, heç nəyi tələf etməyəcəklər. Çünki sular dənizi doldurduğu kimi, dünya başdan-başa Yehovaa barədə biliklə dolacaq» (Əşiya 11:9).

Müqəddəs Kitabda deyilir ki, biz axırzamanda yaşayırıq və tezliklə Allah bütün iqtisadi problemlərə son qoymaq vədini gerçəkləşdirəcəkb (Zəbur 12:5). Ancaq Müqəddəs Kitabdakı prinsiplərin köməyi ilə siz artıq indidən üzləşdiyiniz maddi çətinliklərin öhdəsindən gələ bilərsiniz. Məsələn, «Daha az pulla necə dolanmaq olar?» və «Pula düzgün münasibət» (türk) adlı məqalələrə baxın.

Müqəddəs Kitab və iqtisadiyyat barədə yanlış fikirlər

Yanlış. Kasıbçılığın sonu olmayacaq, çünki İsa demişdi: «Kasıblar həmişə yanınızdadır» (Mətta 26:11).

Fakt. İsa sadəcə bir gerçəkliyi ifadə etmişdi: nə qədər ki bu haqsız dünya durur, kasıblar həmişə olacaq. Ancaq İsa «yoxsullara müjdə» çatdırırdı, o cümlədən Allahın Padşahlığının kasıbçılığı həmişəlik aradan qaldıracağı barədə vədi onlarla bölüşürdü (Luka 4:18, 43).

Yanlış. Allahı razı salmaq istəyənlər kasıb olmalıdır, çünki İsa demişdi: «Get, nəyin varsa, hamısını sat, kasıblara payla» (Mətta 19:21).

Fakt. İsa bu sözlərlə davamçılarının kasıb yaşamalı olduğunu demək istəmirdi. O, var-dövlətinin əsiri olan gənc oğlana konkret göstəriş verdi. İsa onu həyatını sadələşdirib onun davamçısı olmağa dəvət edirdi.

Yanlış. Allah insanları var-dövlətlə xeyir-dualandırır, çünki Müqəddəs Kitabda yazılıb: «Yehovanın verdiyi bərəkətdir insana sərvət gətirən» (Məsəllər 10:22).

Fakt. Müqəddəs Kitabda «Yehovanın verdiyi [bərəkət]» deyildikdə adətən ruhani sərvətlər, məsələn, mənalı həyat, Allahla yaxşı münasibətdə olmaq və gələcəyə dair gözəl ümid nəzərdə tutulur (Zəbur 25:14; Yəhya 17:3). Allah keçmişdə bəzi xidmətçilərini var-dövlətlə xeyir-dualandırsa da, əksər xidmətçiləri varlı deyildi (Yaradılış 24:34, 35; Yaqub 2:5). Hətta İsa Məsih çox az əşyaya sahib idi (Mətta 8:20).

Yanlış. Müqəddəs Kitab kommunizmi təbliğ edir, çünki birinci əsrdə yaşamış məsihilər haqda yazılıb: «[Onların] hər şeyləri ümumi idi. Onlar əmlaklarını [satırdılar]» (Həvarilərin işləri 2:44, 45).

Fakt. Bu ayələrdə müvəqqəti tədbirdən danışılır: belə ki, məsihilər imana yeni gələnlərə maddi yardım göstərmək üçün pul yığmaq qərarına gəlmişdilər. Bu adamlar Yerusəlimə yəhudilərin Əllinci gün bayramına gəlmişdilər (Həvarilərin işləri 2:5). Ancaq məsihiliyi qəbul edəndə yeni imanları barədə daha çox öyrənmək üçün Yerusəlimdə planlaşdırdıqlarından daha çox qalmalı oldular. Bu səbəbdən məsihilər könüllü şəkildə pul yığıb onları ərzaq və qalmaq üçün yerlə təmin etdilər (Həvarilərin işləri 2:41, 42, 46, 47).

a Müqəddəs Kitaba əsasən, «Yehova» Allahın adıdır (Zəbur 83:18).

b Müqəddəs Kitaba etibar etmək üçün hansı səbəblərin olduğu haqda öyrənmək üçün «Həqiqət qaynağı Müqəddəs Kitab» adlı məqaləyə baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş