Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 66
  • Cəhənnəm — əbədi əzab yeri var?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Cəhənnəm — əbədi əzab yeri var?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Müqəddəs Kitabın cavabı
  • Əbədi əzab yeri var?
  • İsa Məsihin varlı adam və İlazər haqqında məsəlinin mənası nədir?
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 66
İnsanların odlu cəhənnəmdə əzab çəkdiyini göstərən dini təsvir

Cəhənnəm. Əbədi əzab yeri var?

Müqəddəs Kitabın cavabı

Odlu cəhənnəmə inanan bir çox insanlar onu bu məqalədəki şəkildə təsvir olunduğu kimi təsəvvür edirlər və inanırlar ki, pis insanlar orada əbədi əzab çəkir. Bəs Müqəddəs Kitabda bu barədə nə deyilir?

Bu məqalədə

  • Əbədi əzab yeri var?

  • İsa Məsihin varlı adam və İlazər haqqında məsəlinin mənası nədir?

  • Müqəddəs Kitabın orijinal mətnində istifadə olunan sözlər

  • Odlu cəhənnəm təliminin tarixi

Əbədi əzab yeri var?

Xeyr. Yaxşı və ya pis əməl sahibi olmalarından asılı olmayaraq, ölümdən sonra insanlar heç nə hiss etmir və heç nə bilmirlər. Müqəddəs Kitabda deyilir: «Gedəcəyin Məzarda nə iş, nə niyyət, nə elm, nə də hikmət var» (Vaiz 9:10). Deməli, ölülər heç nə hiss etmədiklərinə görə Məzarda əzab çəkmirlər. Ona görə Müqəddəs Kitabda deyilir: «Qoy şər adamlar rüsvay olsunlar, qoy onlar Məzarda sussunlar» (Zəbur 31:17; 115:17).

  • Allah demişdi ki, günahın cəzası ölümdür, cəhənnəmdə əbədi əzab çəkmək yox. Allah ilk insan Adəmə Onun qanunlarını pozduğu təqdirdə öləcəyini demişdi (Yaradılış 2:17). O, cəhənnəmdə əbədi əzab barədə heç nə deməmişdi. Adəm günah edəndən sonra Allah onun cəzası haqda dedi: «Torpaqsan, torpağa da qayıdacaqsan» (Yaradılış 3:19). Yəni o artıq mövcud olmayacaqdı. Əgər Allah Adəmi cəhənnəmə göndərsəydi, O bu barədə mütləq deyərdi. Allah Onun qanunlarına itaətsizliyə görə cəza növünü dəyişməyib. Adəmin günahından xeyli müddət sonra Allah Müqəddəs Kitabda bu sözləri yazdırdı: «Günahın ödədiyi haqq ölümdür» (Romalılara 6:23). Əlavə cəzaya ehtiyac yoxdur, çünki «ölmüş adam günahdan azaddır» (Romalılara 6:7).

  • Kiməsə əbədi əzab vermək fikri Allahda ikrah doğurur (Ərəmya 32:35). Əbədi əzab barədə təlim Allahın xislətinə ziddir, çünki Müqəddəs Kitabda deyilir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). O istəyir ki, biz Ona əbədi əzab qorxusundan yox, məhəbbətdən irəli gələrək ibadət edək (Mətta 22:36—38).

İsa Məsihin varlı adam və İlazər haqqında məsəlinin mənası nədir?

İsa Məsihin söylədiyi bu məsəl Luka 16:19—31 ayələrində yazılıb. Məsəl əxlaq dəyərləri aşılayan və Allahın hər hansı bir məsələyə baxışını göstərən qısa hekayədir. Varlı adam və İlazər məsəlində real insanlardan söhbət getmir (Mətta 13:34). Daha ətraflı məlumat üçün «Varlı adam və dilənçi İlazər kim idi?» məqaləsinə baxın.

Müqəddəs Kitabın orijinal mətnində istifadə olunan sözlər

Burada gətirilən siyahıdan da göründüyü kimi, Müqəddəs Kitab tərcüməçiləri orijinal dillərdə fərqli mənaları olan müxtəlif sözləri «cəhənnəm» kimi tərcümə etməklə çaşqınlıq yaradıblar. Bəzi hallarda elə təəssürat yaranır ki, onlar bunu qəsdən ediblər və məqsədləri insanları pislərin məhv ediləcəyinə yox, əbədi əzab çəkəcəyinə inandırmaq olub.

  • Şeol (ᾅδης, ibranicə), hades (שְׁאוֹל, yunanca)

    Mənası: ümumbəşər məzar (Mətta 16:18).

    Səhv tərcüməsi: cəhənnəm («İncil—1993»)

  • Hinnom vadisi (γέεννα, yunanca)

    Mənası: əbədi məhv (Mətta 5:30)

    Səhv tərcüməsi: cəhənnəm («Müqəddəs Kitab Şirkəti—2009», «İncil—1993», «İncil—1996»)

  • Tartar (ταρταρόω, yunanca)

    Mənası: pis ruhani varlıq olan cinlərin alçaldılmış halına işarə edən anlayış (2 Butrus 2:4)

    Səhv tərcüməsi: cəhənnəm («Müqəddəs Kitab Şirkəti—2009», «İncil—1993», «İncil—1996»)

  • Dibsiz quyu (ἄβυσσος, yunanca)

    Mənası: məhbus və ya dustaqlıq halı anlamında işlənir (Vəhy 20:1)

    Səhv tərcüməsi: cəhənnəm («İncil—1993»)

Odlu cəhənnəm təliminin tarixi

Bütpərəst mənşəyi. Qədim misirlilər odlu cəhənnəmə inanırdılar. Eramızdan əvvəl 16-cı əsrə aid olduğu güman edilən «Amduat» kitabında «odlu çuxura başıaşağı atılan və… alovdan canlarını qurtara bilməyənlərdən» danışılır («The Egyptian Heaven and Hell»).

Erkən məsihilər bu təlimi öyrətmirdilər. «Diqqətəlayiq məqam odur ki, Əhdi-Cədiddə [erkən məsihilərin] öyrətdikləri təlimlər arasında cəhənnəm təlimi yoxdur» («A Dictionary of Christian Theology»).

Yunan fəlsəfəsinin təsiri. «Eramızın 2-ci əsrinin ortalarından başlayaraq yunan fəlsəfəsi ilə tanış olan məsihilər imanlarını fəlsəfi şəkildə ifadə etməyə başladılar. Ən uyğun gördükləri fəlsəfi cərəyan platonizm [Platonun təlimləri] cərəyanı idi» («Encyclopædia Britannica»). Bu cərəyanın təlimlərinə ölümdən sonra insanların odda işgəncə çəkməsi barədə təlim də daxil idi. «Klassik yunan dövrünün bütün filosoflarından cəhənnəm barədə ənənəvi təsəvvürlərə ən çox təsir edən Platon olub» («The History of Hell»).

Cəhənnəm təlimi işgəncələrə haqq qazandırmaq üçün istifadə olunurdu. İspan inkvizisiyası kimi tanınan dövrdə kilsə təlimlərinə qarşı çıxmaqda təqsirli bilinənləri dirəyə bağlayıb yandırırdılar. Onlara bu cəzanı verənlər hesab edirdilər ki, «cəhənnəm odunun nə olduğunu əvvəlcədən dadan» bu insanlar ölümdən əvvəl tövbə edəcəklər («The Spanish Inquisition», müəllifi Cin Pleydi). Eynilə, İngiltərə kraliçası I Mariya təxminən 300 protestantı odda yandırmışdı. O inanırdı ki, «kilsə təlimlərinə qarşı çıxanların ruhu əbədiyyən cəhənnəmdə yanacaq, ona görə də yer üzündə onları yandırmaqla Allahın verəcəyi cəzanı təqlid etmək qəbahət deyil» («Universal History», müəllifi Aleksandr Titler).

Müasir dəyişikliklər. Bəzi dini cərəyanlar odlu cəhənnəm haqqında təlimlərini yumşaldıblar. Onlar bunu yanlış təlimdən imtina etmək üçün deyil, öz üzvlərini razı salmaq məqsədi ilə ediblər (2 Timutiyə 4:3). Professor Cekson Kerol deyir: «İnsanlar mülayim, yumşaq Allaha ibadət etmək istəyir... Günah və təqsir barədə söhbətlər indiki cəmiyyətdə yaxşı qarşılanmır».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş