Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwyp məqalə 27
  • Niyə mənim dostlarım yoxdur?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Niyə mənim dostlarım yoxdur?
  • Gənclərin sualları
  • Başlıqlar
  • Oxşar material
  • Test
  • Dostluq və tənhalıq haqda faktlar
  • Döyüşdə necə qalib gəlmək olar?
  • Yalqızlığın daşını atın
    Oyanın! 2015
  • Tənhalığa qalib gələ bilərsən
    Gözətçi qülləsi 2002
  • Tənhalığa dostluqla qalib gəlin. Müqəddəs Kitab necə kömək edə bilər?
    Əlavə mövzular
  • Siz tək deyilsiniz, Yehova sizinlədir
    Gözətçi qülləsi 2021
Gənclərin sualları
ijwyp məqalə 27
Tənhalıq hissindən əziyyət çəkən yeniyetmə qız

GƏNCLƏRİN SUALLARI

Niyə mənim dostlarım yoxdur?

İnternetdə dostlarının keçirdiyi axırıncı şənliyin şəkillərinə baxırsan. Bütün dostların orada imiş, gözəl vaxt keçiriblər. Amma nə isə çatışmır, daha doğrusu, kimsə çatışmır — sən!

«Bəs məni niyə çağırmadılar?» — deyə təəccüblənirsən.

Sonra başlayırsan hirslənməyə. Özünü xəyanətə uğramış kimi hiss edirsən. Sanki, bütün dostların səni bir anda atıb gediblər. Səni qəribə bir tənhalıq hissi bürüyür. «Niyə mənim dostlarım yoxdur?» — deyə gileylənirsən!

  • Test

  • Dostluq və tənhalıq haqda faktlar

  • Döyüşdə necə qalib gəlmək olar?

  • Yaşıdların nə deyir?

  • Qorxularını necə aşa bilərsən?

Test

Doğrudur, yoxsa səhv?

  1. Əgər çoxlu dostların varsa, heç vaxt özünü tənha hiss etməyəcəksən.

  2. Əgər sosial şəbəkəyə qoşulsan, heç vaxt özünü tənha hiss etməyəcəksən.

  3. Çoxlu mesajlaşsan, heç vaxt özünü tənha hiss etməyəcəksən.

  4. Başqaları üçün nə isə etsən, heç vaxt özünü tənha hiss etməyəcəksən.

Bu fikirlərin dördü də səhvdir.

Nəyə görə?

Dostluq və tənhalıq haqda faktlar

  • Dostlarının çox olması sənin tənha olmayacağına zəmanət vermir.

    «Mən dostlarıma qayğı göstərirəm, amma bəzən mənə elə gəlir ki, onlar mənə qarşı bu cür deyillər. Ən pis tənhalıq o tənhalıqdır ki, ətrafında çoxlu dostların var, lakin onlar səni sənin onları sevdiyin kimi sevmir, ya da sən onlara lazım deyilsən» (Anna).

  • Sosial şəbəkəyə qoşulmağın heç vaxt tənha olmayacağına zəmanət vermir.

    «Bəzi insanlar, sanki, dost kolleksiyası toplayırlar. Ancaq evi qiymətli əşyalarla doldurmaq hələ heç kimə sevildiyini hiss etdirməyib. Əgər insanlarla mənalı münasibət qurmamısansa, onlayn dostlar, cansız əşya kimi, heç bir işinə yaramayacaq» (Elayn).

  • Səhərdən axşama kimi yazışmaq heç vaxt tənha olmayacağına zəmanət vermir.

    «Bəzən insan özünü tənha hiss edəndə başlayır iki dəqiqədən-bir telefonunu yoxlamağa ki, birdən dost-tanışlarından kimsə ona mesaj yazar. Lakin heç bir mesaj almadığını görəndə insan özünü daha betər hiss edir!» (Serina).

  • Başqaları üçün nə isə etmək heç vaxt tənha olmayacağına zəmanət vermir.

    «Həmişə çalışırdım ki, dostlarım üçün yaxşılıq edim, ancaq sonra gördüm ki, onlar mənə qarşı belə deyillər. Yox, peşman deyiləm, sadəcə onların bu cür münasibəti mənə bir az qəribə gəlir» (Riçard).

Nəticə. Tənhalıq vəziyyətdən çox düşüncə tərzidir. Canet adlı bir gənc qız deyir: «Bu, xaricdən yox, insanın daxilindən gəlir».

Özünü tənha hiss edəndə və ya heç bir dostunun olmadığını düşünəndə nə etmək olar?

Döyüşdə necə qalib gəlmək olar?

Dəyərsizlik hissindən əziyyət çəkən yeniyetmə qız

Özünə inamın olsun.

«Tənhalığa inamsızlıq hissi səbəb ola bilər. İnsan fikirləşə bilər ki, başqalarının diqqətinə layiq deyil, bu da ona ünsiyyət etməyə və onunla dost olmaq istəyənlərli yaxınına buraxmağa çətinlik törədir» (Canet).

Müqəddəs Kitabda deyilir: «Yaxınını özünü sevdiyin kimi sev» (Qalatiyalılara 5:14). Yaxşı dostluq münasibətlərimizin olması üçün biz müəyyən dərəcədə özümüzə dəyər verməyi bacarmalıyıq, ancaq qürurlanacaq dərəcədə ifrata varmamalıyıq (Qalatiyalılara 6:3, 4).

Özünü yazıqlayan yeniyetmə oğlan

Özünü yazıqlama.

«Tənhalıq qumda batmaq kimidir. Çabaladıqca ondan çıxmaq daha da çətinləşir. Əgər tənhalığa sənin düşüncə tərzinə büsbütün hakim kəsilməsinə yol versən, özün üçün tənhalıq partisi qurmuş olacaqsan, heç kəs də ora gəlmək istəməyəcək» (Erin).

Müqəddəs Kitabda deyilir: «Məhəbbət... öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5). Əslində, özümüz haqda həddindən çox fikirləşəndə başqalarına qarşı daha az şəfqətli oluruq, bunun ucbatından da bizə dost ola biləcək insanlar bizdən uzaq dururlar (2 Korinflilərə 12:15). Unutma: əgər sən uğurlu olub-olmadığını başqalarının hərəkətləri ilə ölçürsənsə, onda sən batdın! «Heç kəs mənə zəng etmir», yaxud da «Heç kəs məni heç yerə çağırmır», — deməklə sən, mahiyyət etibarilə, öz xoşbəxtliyini başqalarından asılı vəziyyətə qoyursan. Kiməsə bu qədər səlahiyyət verməyə dəyər, səncə?

A teenage boy refusing a cigarette

Dost qazanmaq üçün öz dəyərlərini aşağı salma.

«Tənha insanlar diqqət istəyir. Onlar hətta elə səviyyəyə gəlib çata bilərlər, bu diqqəti kimdən gəldi qəbul edə bilərlər. Onların istədiyi yeganə şey sevildiklərini hiss etməkdir. Lakin bəzi insanlar bu ehtiyacı hiss edib, əvvəlcə diqqət göstərə, sonra da səndən istifadə edə bilərlər. Onda sən özünü əvvəlkindən də tənha hiss edəcəksən» (Brianna).

Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmət qazanar, axmaqlarla ayaqlaşan bədbəxt olar» (Süleymanın məsəlləri 13:20). Ac adam hər şey yeyir. Dost üzünə həsrət qalan insan da bəzən özünə yanlış yerdə dost axtarır. Onun hətta başqalarının həyatları ilə oynayan insanların qurbanına çevrilmək ehtimalı var, üstəlik, o düşünə bilər ki, bu cür münasibətlər normaldır və bundan yaxşısını gözləməyi dəyməz.

Nəticə. Hamımızda bəzən özümüzü tənha hiss etdiyimiz anlar olur, kimdəsə az, kimdəsə çox. Bu, üzücü hiss olsa da, hissdən başqa heç nə deyil. Bizdə bu və ya digər hisslərin yaranmasına, adətən, müəyyən fikirlər səbəb olur və bu fikirləri nəzarətdə saxlamaq öz əlimizdədir.

Həmçinin başqalarından nə gözlədiyinə dair realist ol. Yuxarıda sözləri gətirilən Canet deyir: «Heç də hər kəs sənin ən yaxşı və əbədi can dostun ola bilməz, ancaq rifahını düşünən insanları tapmaq mümkündür. Elə bu bəsdir. Bu, tənhalıqdan azad olmağına kömək edir».

Əlavə köməyə ehtiyacın var? «Qorxularını necə aşa bilərsən?» başlığını oxu. Həmçinin «Tənhalıqdan yaxa qurtarmağın üsulları» adlı çalışma vərəqini yüklə.

YAŞIDLARIN NƏ DEYİR?

Vanessa

«Özünü tənha hiss etdiyini kiməsə de. Hisslərini özündə saxlama. Çox ehtimal ki, tanışlarının arasında da özlərini tənha hiss edənlər var. Əksər vaxt insana ona batmağa qoymayan bircə yaxşı dost lazımdır» (Vanessa).

Teylor

«Tənha olduğun üçün həmişə başqalarını günahlandırmaq düzgün deyil! Bəzən insan özü-özünü başqalarından təcrid edir. Buna görə də dostlarının yanına qayıt! Alınmırsa, özünə təzə dostlar tap, bu hətta əvvəllər heç ağlının ucundan keçirmədiyin insanlar ola bilər» (Teylor).

Qorxularını necə aşa bilərsən?

«Bir rəfiqəm var. O, xroniki tənhalıq hissindən əziyyət çəkir. Ona elə gəlir ki, onu heç kim görmür və heç kəs sevmir, halbuki o, qayğısına qalan insanlarla əhatə olunub. Rəfiqəm kənardan möhkəm görünür, buna görə də onun, əslində, dəyərsizlik hissindən əziyyət çəkdiyi heç kəsin ağlına gəlmir. Məncə, bu, ona yeni dostlar qazanmağına mane olur. Qarşılaşdığı insanlar onu soyuq hesab edir. İsrarlı olmayan insan ondan yan gəzəcək.

O həm də başqalarından zərbə alacağından elə qorxur ki, kimsə onunla tanış olmaq istəyəndə dərhal onun niyyətini şübhə altına alır və ya fikirləşir ki, bu dostluqdan heç nə çıxan deyil. Rəfiqəm də özünü tənha hiss edir, çünki əksər insanlar onu başa düşmür, o isə öz hisslərini bölüşmək istəmir.

Fikrimcə, rəfiqəm bir şeyi başa düşməlidir ki, insanlarla nəyisə bölüşəndə arada bağlılıq yaranır və onlar səni daha yaxşı başa düşürlər. Bu, onlara səninlə həsrətində olduğun dostluğu qurmağa kömək edir. Ümid edirəm ki, rəfiqəm əvvəl-axır dəyişəcək və dostluqla bağlı qorxularını aşacaq» (Elayn).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş